Azərbaycan Prezidenti
İlham Əliyev Rusiya Federal
Məclisi Federasiya Şurasının sədr
müavini və Azərbaycan-Rusiya
Parlamentlərarası komissiyası həmsədrinin
başçılıq etdiyi nümayəndə
heyətini qəbul etmişdir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev noyabrın 2-də Rusiya Federasiyası Federal
Məclisi Federasiya Şurasının sədr
müavini, Azərbaycan-Rusiya Parlamentlərarası
komissiyasının həmsədri xanım Svetlana
Orlovanın
başçılıq etdiyi
nümayəndə heyətini qəbul etmişdir.
Ölkələrimiz
arasında ikitərəfli münasibətlərin bütün istiqamətlərdə uğurla inkişaf etdiyini bildirən dövlət
başçısı bu münasibətlərin
möhkəmlənməsində parlamentlərarası əlaqələrin
rolunu diqqətə çatdırdı. Prezident İlham Əliyev əməkdaşlığın
daha da genişləndirilməsi üçün qarşılıqlı təcrübə
mübadiləsinin önəmini vurğuladı.
Rusiya Federasiyası Federal
Məclisi Federasiya Şurasının sədr
müavini xanım Svetlana
Orlova Azərbaycan-Rusiya Parlamentlərarası
komissiyasının fəaliyyəti barədə dövlət
başçısına məlumat verdi.
Azərbaycana sonuncu səfərindən
ötən dövr ərzində ölkəmizdə
çox böyük
inkişafın şahidi olduğunu
deyən Svetlana Orlova bu inkişaf proseslərinin
onlarda dərin təəssürat
yaratdığını vurğuladı.
Görüşdə Azərbaycan
Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli
münasibətlərin müxtəlif sahələrdə daha
da genişləndirilməsi ilə bağlı
qarşılıqlı maraq doğuran məsələlər
ətrafında fikir mübadiləsi aparıldı.
AzərTAc
Azərbaycan.-2012.-
3 noyabr.- S.11.