Azərbaycan Prezidenti
İlham Əliyev ABŞ Dövlət Departamentinin
Beynəlxalq kommunikasiya və informasiya siyasəti üzrə əlaqələndiricisi
Filip Verveyerin
başçılıq etdiyi nümayəndə
heyətini qəbul etmişdir
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev noyabrın 2-də ABŞ Dövlət
Departamentinin Beynəlxalq kommunikasiya və informasiya siyasəti
üzrə əlaqələndiricisi Filip Verveyerin
başçılıq etdiyi nümayəndə heyətini qəbul
etmişdir.
Dövlət başçısı Azərbaycan
Respublikası ilə Amerika Birləşmiş Ştatları
arasında əməkdaşlıq əlaqələrinin
müxtəlif sahələrdə uğurla inkişaf etdiyini
vurğuladı. Azərbaycanın beynəlxalq tədbirlər
keçirməkdə böyük təcrübəyə malik
olduğunu qeyd edən Prezident İlham Əliyev BMT-nin Azərbaycan
hökuməti ilə birgə təşkil etdiyi VII
İnternet İdarəçilik Forumunun Bakıda keçirilməsini
ölkəmizdə informasiya və kommunikasiya
texnologiyalarının sürətli inkişafına
yaradılan şəraitin
göstəricisi kimi dəyərləndirdi. Dövlət
başçısı informasiya və kommunikasiya
texnologiyaları sektorunun artıq Azərbaycanda prioritet sahələrdən
birinə çevrildiyini vurğuladı.
ABŞ Dövlət Departamentinin Beynəlxalq kommunikasiya və informasiya siyasəti
üzrə əlaqələndiricisi Filip Verveyer VII İnternet
İdarəçilik Forumunun təşkilinə görə
Azərbaycan hökumətinə minnətdarlığını
ifadə etdi. Forumun ölkəmizdə keçirilməsinin əhəmiyyətini
vurğulayan Filip Verveyer tədbirdə ABŞ-dan bir çox rəsmi
şəxslərin iştirak edəcəyini bildirdi.
AzərTAc
Azərbaycan.-2012.-
3 noyabr.- S.1.