F.B.Xəlilovaya Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi
haqqında
Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq və "Azərbaycan Respublikası
Prezidentinin fərdi təqaüdünün təsis edilməsi
haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il
11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara
alıram:
1. Azərbaycan ədəbiyyatının
təbliğindəki xidmətlərinə görə Firəngiz
Böyük Ağa qızı Xəlilovaya (Firəngiz
Ulutürkə) Azərbaycan Respublikası Prezidentinin fərdi
təqaüdü verilsin.
2. Azərbaycan Respublikasının Nazirlər
Kabineti bu sərəncamdan irəli gələn məsələləri
həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
2 noyabr 2012-ci il
Azərbaycan.-2012.-
3 noyabr.- S.1.