Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında 2012-ci il sentyabrın 11-də Qəbələ
şəhərində imzalanmış sənədlərin təsdiq
edilməsi haqqında
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər
tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası və
Türkiyə Respublikası arasında 2012-ci il sentyabrın
11-də Qəbələ şəhərində
imzalanmış aşağıdakı sənədlər təsdiq
edilsin:
1.1. Azərbaycan Respublikası Hökuməti
və Türkiyə Respublikası Hökuməti arasında
texniki tənzimləmə, standartlaşdırma,
uyğunluğun qiymətləndirilməsi, akkreditasiya və
metrologiya sahələrində əməkdaşlıq
haqqında Anlaşma Memorandumu;
1.2. Azərbaycan Respublikası Xarici
İşlər Nazirliyi və Türkiyə Respublikası Xarici
İşlər Nazirliyi arasında diplomatların mübadiləsi
haqqında Anlaşma Memorandumu;
1.3. Azərbaycan Respublikasının Nəqliyyat
Nazirliyi və Türkiyə Respublikasının Nəqliyyat, Dənizçilik
və Kommunikasiya Nazirliyi arasında beynəlxalq kombinə
edilmiş yük daşımalarının inkişaf etdirilməsinə
dair Anlaşma Memorandumu;
1.4. "Azərbaycan Televiziya və Radio
Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti və
Türkiyə Radio Televiziya Qurumu arasında Əməkdaşlıq
Protokolu.
2. Azərbaycan Respublikasının Nazirlər
Kabineti bu fərmanın 1.1-1.4-cü bəndlərində
göstərilən sənədlərin müddəalarının
həyata keçirilməsi üçün zəruri tədbirlər
görsün.
3. Azərbaycan Respublikasının Xarici
İşlər Nazirliyi həmin sənədlərin qüvvəyə
minməsi üçün zəruri olan dövlətdaxili
prosedurların yerinə yetirildiyi barədə Türkiyə
Respublikası Hökumətini xəbərdar etsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
1 noyabr 2012-ci il
Azərbaycan.-2012.-
3 noyabr.- S.1.