“Azərbaycan
qadını» jurnalının payız
buraxılışı təqdim edilmişdir
Noyabrın 2-də Beynəlxalq Muğam Mərkəzində "Azərbaycan
qadını" jurnalının payız buraxılışı təqdim olunmuşdur. Dövlət və
hökumət nümayəndələrinin, Milli
Məclisin deputatlarının və KİV təmsilçilərinin
iştirak etdikləri tədbirdə bildirilmişdir ki, nəfis
şəkildə, xüsusi zövqlə
hazırlanan "Azərbaycan qadını"
jurnalının hər nömrəsi oxucular
tərəfindən maraqla
qarşılanır.
Qeyd olunmuşdur ki, jurnalın yeni nömrəsində
oxuculara bir-birindən maraqlı bədii-publisistik
yazılar, eləcə də ölkəmizin həyatında parlaq hadisəyə çevrilən mühüm beynəlxalq layihələri əks
etdirən materiallar təqdim olunmuşdur.
Bu yaxınlarda Azərbaycan paytaxtında keçirilən
və dünyada siyasi
baxımdan böyük əhəmiyyət
daşıyan Krans
Montana Forumunun
23-cü toplantısı, həmin tədbirdə Azərbaycanın
birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya Forumun ali mükafatı - "Prix
de la Fondation"un təqdim olunması jurnalın son
nömrəsinin əsas materiallarındandır.
M.V.Lomonosov adına Moskva
Dövlət Universitetinin Bakı
filialının yeni tədris kompleksinin açılışı, "Yarat!" Müasir İncəsənət Məkanının
yeni layihələri də "Azərbaycan
qadını"nın diqqətindən
yayınmamışdır.
Jurnalın səhifələrində
oxucular görkəmli mədəniyyət
və ədəbiyyat xadimlərinin xatirəsini əbədiləşdirən
ev-muzeylərin yaradılması tarixi ilə
tanış olacaq, qiymətli
eksponatların ardınca keçmişə səyahət edəcəklər.
Daim maraqla
qarşılanan "Pyedestal"
rubrikasında unudulmaz sənətkar Müslüm Maqomayevlə bağlı Tamara Sinyavskayanın və dünya
şöhrətli müğənninin dostlarının xatirələri
oxuculara təqdim olunur.
Gənc rəssam
Cəmilə Səttarın adı sənətsevərlərə
orijinal rəsmləri və "İnsan tarakanlarla"
adlı silsilə heykəltəraşlıq işləri ilə
tanışdır. Onunla aparılan
söhbət-müsahibə də oxucuların marağına
səbəb olacaqdır.
Jurnalın
səhifələrində yer alan "Yalnız hədəfi görməli
", "Taleyin səsi", "Hisslərin
harmoniyası" yazılarında oxucuları Azərbaycan
idmançısı İradə Aşumova,
müğənni İlhamə Qasımova, gənc pianoçu Günay Ağalarova ilə maraqlı görüşlər
gözləyir.
"Azərbaycan qadını"
jurnalının hər nömrəsinin maraqlı bir mədəniyyət
layihəsi ilə təqdimatı artıq ənənəyə
çevrilmişdir. Bu dəfə iştirakçılara
"Dəlisov yubiley" filmi təqdim olunmuşdur. Filmin
rejissoru Sergey Aldonin, ssenari müəllifi həmyerlimiz Nərgiz
Bağırzadədir. Nərgiz Bağırzadənin kino əsərinin
Moskvada keçirilən premyerası böyük maraqla
qarşılanmışdır. Azərbaycan
Yazıçılar Birliyinin üzvü olan müəllif həm
də qısametrajlı bədii filmlər rejissorudur. Onun əsərləri
20-dən çox beynəlxalq festivalda nümayiş
olunmuş, bir sıra mükafatlar qazanmışdır. "Dəlisov yubiley" onun ilk tammetrajlı filmidir.
AzərTAc
Azərbaycan.-2012.-
3 noyabr.- S.3.