İnkişafın yeni
mərhələsi
Hələ üç il əvvəl
Ağsuya səfəri zamanı bir çox yeni obyektlərin təməlqoyma və
açılış mərasimlərində iştirak
edən Prezident İlham
Əliyev ictimaiyyətin nümayəndələri ilə
görüşündə rayonda
görülən işlərdən
razılığını bildirmişdi:
"Mən rayonda gedən proseslərlə
bu gün yaxından
tanış olmuşam və sizi bütün bu gözəl nailiyyətlər münasibəti
ilə ürəkdən təbrik etmək istəyirəm. Rayon rəhbərliyi çox
səmərəli işləyir və nəticələr də
göz qabağındadır. Bu nəticələri nə gizlətmək, nə
də danmaq olar, hər
şey göz
qabağındadır. İş olan yerdə nəticə də vardır. 4 il bundan əvvəl Ağsuda olarkən mənzərə tam başqa idi. Amma bu
gün Ağsu, deyə
bilərəm ki, Azərbaycan
rayonlarının arasında ən qabaqda
gedən rayonlardan biridir.
Çox böyük
işlər görülür. İnsanların
məşğulluğu üçün praktiki işlər aparılır".
Prezident İlham Əliyevin Ağsuda
görülən işlərlə bağlı söylədiyi
xoş sözlərdən, verdiyi tapşırıq və tövsiyələrdən
sonra həyata keçirilən
çoxsaylı layihələr, görülən
abadlıq-quruculuq işləri rayonu
tamamilə müasir diyara
çevirib. Ağsulular bu gün də əzmlə
çalışır, dövlətin diqqət və
qayğısından bəhrələnərək rayonu daha da
inkişaf etdirmək üçün
bütün imkanlardan
istifadə edirlər.
Odur ki, regionların sosial-iqtisadi
inkişafına dair ikinci
Dövlət Proqramında nəzərdə
tutulan tədbirlər müvəffəqiyyətlə
həyata keçirilir. Əhalinin həyat
şəraitinin və sosial müdafiəsinin
yaxşılaşdırılması, sahibkarlığın inkişaf etdirilməsi, yeni
iş yerlərinin açılması
istiqamətində xeyli iş görülüb. Rayona gələn
hər kəs bunun şahidi
olur.
RİH
başçısı Ənvər Seyidəliyev söhbət
əsnasında bildirdi ki,
nəzərdə tutulan layihələrin
icrasında heç bir
ləngimə və ya çətinlik yoxdur. Yenidənqurma işləri Heydər Əliyev,
Vidadi, Azərbaycan, Ü.Hacıbəyli və
digər küçələrdə indi
də davam etdirilir.
Zövqlə, milli memarlıq üslubu ilə görülmüş
işlər insanın gözünü-könlünü
oxşayır.
Şəhərdə
Dünya Bankının pilot
layihəsi üzrə su və kanalizasiya xətləri dəyişdirilir. Dağlardan 25 kilometrlik məsafədən
Ağsu şəhərinə və üç kəndə - Elabad,
Pirhəsənli, Qaraqaşlı kəndlərinə içməli
su çəkilib. Əlavə olaraq, Girdimançay
hövzəsindən yeni su
xəttinin çəkilişi üçün
tamamlama işləri gedir.
Üç min yerlik şəhər stadionu,
sutkada 800 ton istehsal gücünə malik
çörək zavodu istifadəyə verilib. Rayonun Padar kəndində saatda
30 kubmetr qum-çınqıl istehsal edən karxana, Pirhəsənli
kəndində kənd təsərrüfatı məhsullarının
saxlanılması üçün 500 tonluq soyuducu anbar tikilir. Dövlət Miqrasiya Xidmətinin regional
idarəsi üçün inzibati binanın, "Aqrolizinq"
ASC-nin Ağsu rayon filialı üçün
istehsalat bazasının, həmçinin onlarca ticarət, məişət və servis xidməti obyektlərinin də
inşası davam edir.
Xəstəxana kompleksinin tikinti
işləri də öz
qaydasındadır. Yaxınlarda idman
sağlamlıq kompleksinin inşasına da başlanılacaq. Qarabağ
müharibəsi əlilləri və şəhid ailələri
üçün 54 mənzilli yeni yaşayış binasının, həmçinin
baytarlıq idarəsinin yeni
binasının layihə-smeta sənədləri
hazırlanır. Ağsu şəhərində
sahibkarlar tərəfindən ticarət mərkəzinin,
bank və sığorta şirkətləri
filialları üçün ofislərin,
eləcə də bir sıra digər
obyektlərin tikintisi davam
edir.
Ölkə rəhbərinin
sərəncamı ilə Ağsuda kənd
yollarının tikintisi üçün
Prezidentin Ehtiyat Fondundan 6 milyon manat vəsait ayrılıb. RİH
başçısı Ə.Seyidəliyev bildirdi
ki, həmin vəsait əsasında
Ağsu-Gəgəli-Ləngəbiz-Göylər avtomobil yolunun yenidən
qurulmasına başlanılıb. Həmin yolda
inşa edilən 3 körpüdə son tamamlama işləri görülür.
"Yeniləşən
Azərbaycana yeni məktəb" layihəsi
çərçivəsində 2012-ci ildə tikilmiş
180 yerlik Ləngəbiz tam
və 80 yerlik Nəmirli əsas məktəbləri
dərs ilində qapılarını şagirdlərin
üzünə açıb. Qəşəd, Rəhimli tam orta məktəbləri
üçün 180 yerlik
yeni binaların tikintisi
davam edir.
Bəli, dövlətin və dövlət
başçısının qayğısı sayəsində
Ağsu inkişafın yeni mərhələsini
yaşayır. Müasir dövrün tələblərinə
uyğun tikinti-quruculuq, yenidənqurma işləri,
yolların, küçələrin
abadlaşdırılması, təhsil və tibb müəssisələrinin
tikilib istifadəyə verilməsi, həmçinin
genişmiqyaslı abadlıq tədbirləri yeniləşən
Ağsunun reallıqlarıdır.
Telman NƏZƏRLİ
Azərbaycan.-2012.-
3 noyabr.- S.6.