Uğurların sayı
artır
Yaşanan inkişaf respublikamızın şimal
bölgəsinin sosial-iqtisadi həyatında
özünəməxsus çəkiyə malik
olan Xaçmazın da
simasında aydın müşahidə olunur.
Regionların inkişafına dair
ikinci Dövlət Proqramının
icrası çərçivəsində infrastruktur
təminatının yaxşılaşdırılması, müasir tipli obyektlərin yaradılması, mövcud obyektlərin beynəlxalq standartlara uyğunlaşdırılması, ixracyönümlü məhsul
istehsalının stimullaşdırılması istiqamətində
tədbirlər davam edir.
Həmçinin əhalinin kommunal xidmətlərlə
təminatının yaxşılaşdırılması, məşğulluq
səviyyəsinin artırılması, yoxsulluğun
səviyyəsinin azaldılması xüsusi
diqqət mərkəzində saxlanılır.
Xaçmazdakı
tərəqqi çoxşaxəli xarakter
daşıyır. Sənaye, digər profilli
istehsal müəssisələri, sosial həyat, infrastruktur
və başqa sahələrdəki inkişaf bir-birini
tamamlayır. Onun özəl sektorda ixracın
stimullaşdırılması və ixrac
mallarının çeşidinin
artırılması, ticarət,
iaşə və məişət sahələrində xidmət
səviyyəsinin daha da
yüksəldilməsi, istehlak və ərzaq
mallarının keyfiyyətinə və təhlükəsizliyinə
nəzarətin gücləndirilməsi əsas fəaliyyət
istiqamətləri sırasında yer
alır. Qeyri-neft sektorunun
genişləndirilməsi, rəqabətədavamlı
sənaye məhsullarının istehsalının dəstəklənməsi
qarşıya qoyulan əsas məqsədlərdən
sayılır. Sahibkarlığın inkişafı, iş adamlarının hüquqlarının
qorunması, onların normal fəaliyyəti
üçün münbit
şəraitin yaradılması istiqamətində
ardıcıl tədbirlər görülür.
Məhz bunun nəticəsidir ki, hazırda rayonda region üçün
nümunə ola biləcək onlarca iri və kiçik sahibkarlıq müəssisələri
fəaliyyət göstərir.
Sahibkarlığın
inkişafı ümumi daxili
məhsul istehsalının artım dinamikasında da özünü göstərir.
9 ay ərzində rayonun
aqrar təsərrüfatlarında 6564 ton diri çəkidə ət,
28190,6 ton süd, 15,2 milyon ədəd yumurta,
188 ton yun istehsal olunmuşdur. Təsərrüfatlarda hazırda
58 min qaramal, 93 min baş davar
var. Bu dövrdə rayon üzrə ümumilikdə 81149 ton kənd təsərrüfatı məhsulları
istehsal edilmiş, hər
hektarın məhsuldarlığı 22,7 sentner
olmuşdur. Hazırda təsərrüfatlarda
meyvə-tərəvəz yıgımı davam
edir, şumlama işi aparılır.
Ölkəmizin ərzaq
təhlükəsizliyinin təminatı birbaşa
aqrar sahənin inkişafından
asılıdır. Bunu yaxşı başa düşən xaçmazlılar,
torpağın hər qarışından səmərəli
istifadə etməyə çalışırlar. Yüksək
dövlət qayğısı sayəsində kənd təsərrüfatının
maddi texniki
bazasının gücləndirilməsi istiqamətində xeyli iş görülmüşdür.
Hər biri 2000 tonluq 5
və 500 tonluq 1 soyuducu
anbarı tikilib istifadəyə verilmişdir. 6000 və 500 tonluq daha 2 anbarın tikintisi başa çatmaq üzrədir.
Hazırda isə rayonda birinin
sahəsi 4, digərinin 2 hektar olmaqla 2 istixana, 1 meyvə-tərəvəz
qurudulması sexi də fəaliyyət
göstərir.
Xaçmazda tikinti-quruculuq
işləri də genişlənir - yaşayış məntəqələri
abadlaşdırılır, yol infrastrukturunun inkişafı və bərpası
istiqamətində genişmiqyaslı layihələr həyata
keçirilir, müasir
inzibati binalar və
yaşayış binaları tikilir.
Orijinallığı ilə seçilən "Heydər
bulağı" və "İlham
bulağı" kompleksləri arasında 4 hektar
ərazidə müasir üslubda
salınmış park da
Xaçmaz şəhərinin
simasını xeyli dəyişib. Burada hündürlüyü 12 metr
olan samovar
quraşdırılıb, şəlalələr, əhali üçün istirahət köşkləri
qoyulub, yaşıllıq zolaqları
arasında səkilər salınıb, müxtəlif ölkələrdən
gətirilmiş yüzlərlə ağac,
bəzək və gül kolu
əkilib.
Rayonda əhaliyə göstərilən
səhiyyə, kommunal xidmətləri barədə də
xoş sözlər söyləmək olar. Son dövrlərdə
mövcud səhiyyə ocaqlarının maddi-texniki bazası
möhkəmləndirilmiş, bir çoxu əsaslı təmir
olunmuş, yeni korpuslar tikilmişdir. Kommunal xidmətlərlə
əhalinin daha geniş təbəqəsini əhatə etmək
üçün isə ərazilər, yaşayış məntəqələri
qazlaşdırılır, yeni elektrik, içməli su xətləri
çəkilir, digər infrastruktur layihələr həyata
keçirilir.
Akif ƏLİYEV
Azərbaycan.-2012.-
3 noyabr.- S.6.