«Secret Cinema» və «Future Shorts» qısametrajlı filmlər festivalının müəllifləri payız mövsümünün açılışını elan edirlər

 

 "Secret Cinema" və "Future Shorts" qısametrajlı filmlər festivalının müəllifləri və yaradıcıları yeni, atəşli, ehtirasla dolu payız mövsümünün açılışını elan edirlər.

AzərTAc xəbər verir ki, dünyanın ən nəhəng qısametrajlı film festivalı olan bu tədbir Yer kürəsinin 90 ölkəsindən gəlmiş və 285 şəhərin 40 min tamaşaçısını əhatə edən "Malaria No More UK" xeyriyyə fondu ilə əməkdaşlıq şəraitində həyata keçirilən layihədir.

Bu il oktyabrın 1-də "Future Shorts" qısametrajlı filmlər festivalının yeni mövsümünün açılışı Londonda elan olunmuşdur. Hazırda festival öz beynəlxalq prokat şəbəkəsini və tamaşaçı auditoriyasını genişləndirməkdədir. Festival qısametrajlı filmlər sahəsində çəkilən ən yeni filmləri təqdim edərək onları ən gözlənilməz və möhtəşəm məkanlarda nümayiş etdirir. Artıq festival çərçivəsində Buxarestin "Jenin" kinoteatrında ("Cinema Jenin") və Londonun bir neçə dəbdəbəli klublarında filmlərin nümayişləri keçirilmişdir.

Cari il oktyabrın 1-dən dekabrın 31-dək davam edəcək məxsusi payız proqramı çərçivəsində çağdaş meqapolis sakinlərinin ümid və diləklərindən bəhs edən 5 oyun qısametrajlı film nümayiş olunacaqdır. Bu müddətdə proqram çərçivəsində nümayiş olunacaq filmlər sırasında "Naxa balığı" filminin rejissorunun çəkdiyi və Tom Ueytsin kadrarxası səhnələrini səsləndirdiyi "Corc Baldessarinin qısa tarixçəsi" ekran əsərini, BAFTA mükafatının "Ən yaxşı qısametrajlı film" nominasiyasının qalibi və həmin nominasiya üzrə Sandens müstəqil kinofestivalının mükafatçısı "Ayin" filmini, Traybekdə keçirilmiş kinofestivalın münsiflər heyətinin xüsusi mükafatının sahibi "Qara hava balonu" filmini, habelə dünyada artıq 50-dən çox mükafat qazanmış "Sadə qəhvə" və "Auf Der Strecke" filmlərini qeyd etmək olar.

Bu il keçiriləcək "Future Shorts" festivalı fəaliyyəti malyariya kimi qorxunc xəstəliyin profilaktikası üzərində qurulan və bu xəstəlikdən əziyyət çəkən insanların həyatlarını xilas etməyə çalışan "Malaria No More UK" xeyriyyə fondu ilə əməkdaşlıq şəraitində reallaşacaqdır.  Britaniya Krallığının bütün film həvəskarları bu payızın xeyriyyə nümayişlərində iştirak etmək fürsətindən yararlanaraq hər an insan həyatına son qoyan malyariya və digər ölümcül xəstəliklərlə mübarizə üçün tələb olunan maliyyə vəsaitlərinin toplanılmasında əllərindən gələn yardımı göstərmək niyyətindədirlər.

Festival çərçivəsində Bakıda təşkil olunacaq nümayişlər noyabrın 23-24-də "Park Cinema" kinoteatrının ("Park Bulvar" ticarət və əyləncə  mərkəzinin 4-cü mərtəbəsi) böyük zalında keçiriləcəkdir. Seanslar saat 19.00 və 21.00-da başlanacaqdır. Festivalda iştirak etmək istəyənlər biletləri birbaşa kinoteatrın kassalarından ala bilərlər.

"Future Cinema", habelə "Future Shorts", "Secret Cinema", "Secret Screenings", "The Other Cinema", "Secret Restaurant i Secret Swimming" festivallarının müəllifləri tamaşaçılara oyun kinosu, musiqi, səhnələşdirilmiş tamaşa və canlı performansın müəyyən mənada birləşməsini təqdim etməklə, kinematoqrafın qavranılmasının yeni formalarını yaratmaq niyyətindədirlər.

Yaradılması hələ 2005-ci ildə planlaşdırılan "Future Cinema" Assosiasiyası kino həvəskarlarının hisslərini coşduran vasitələrin müxtəlifliyi hesabına məşhurlaşmışdır. Layihə müəllifləri tərəfindən təşkil olunan bütün tədbirlər unudulması mümkün olmayan hadisələrə çevrilmişdir.

 Bundan əlavə, "Future Cinema" yaradıcılıq layihələrinin həyata keçirilməsi üçün tələb olunan istedadların axtarışı, müxtəlif brend məhsullarının reklam kampaniyalarının işlənib hazırlanması və yeni kinoməhsulların buraxılışı ilə məşğul olan agentlik kimi fəaliyyət göstərir.

Hazırda keçirilən "Future Shorts" festivalı kinematoqrafa keyfiyyətcə yeni baxışları ilə seçilən tamaşaçı auditoriyasının formalaşması ilə bağlı səkkizillik sınaq və səylərin nəticəsidir. 2003-cü ildən etibarən festival dünyada milyonlarla tamaşaçıya yaratdığı əsərlərə baxmaq fürsətini verən kinematoqrafçıların beynəlxalq platformasının yaradılması ilə məşğuldur.

 

 

Azərbaycan.-2012.- 3 noyabr.- S.7.