Azərbaycan Respublikası və Belarus Respublikası arasında 2012-ci il avqustun 28-də Minsk şəhərində imzalanmış sazişlərin təsdiq edilməsi haqqında

 

 Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

 Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası və Belarus Respublikası arasında 2012-ci il avqustun 28-də Bakı şəhərində imzalanmış aşağıdakı sazişlər təsdiq edilsin:

1.1. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Belarus Respublikasının Ədliyyə Nazirliyi arasında məhkəmə ekspertizası sahəsində əməkdaşlıq haqqında Saziş;

1.2. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Belarus Respublikasının Səhiyyə Nazirliyi arasında dərman vasitələrinin keyfiyyətinə nəzarət və onların qeydiyyatdan keçirilməsi sahəsində əməkdaşlıq haqqında Saziş.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu fərmanın 1.1-ci və 1.2-ci bəndlərində göstərilən sazişlərin müddəalarının həyata keçirilməsi üçün zəruri tədbirlər görsün.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həmin sazişlərin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Belarus Respublikası Hökumətini xəbərdar etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 noyabr 2012-ci il

 

Azərbaycan.-2012.- 4 noyabr.- S.1.