Azərbaycan Respublikası və
Tacikistan Respublikası
arasında 2012-ci
il iyulun 12-də Bakı şəhərində
imzalanmış sənədlərin təsdiq edilməsi
haqqında
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası və
Tacikistan Respublikası arasında 2012-ci il iyulun 12-də
Bakı şəhərində imzalanmış
aşağıdakı sənədlər təsdiq edilsin:
1.1. Azərbaycan Respublikası Hökuməti
və Tacikistan Respublikası Hökuməti arasında gənclərlə
iş və idman sahəsində əməkdaşlıq
haqqında Saziş;
1.2. Azərbaycan Respublikası Xarici
İşlər Nazirliyi və Tacikistan Respublikası Xarici
İşlər Nazirliyi arasında əməkdaşlıq
haqqında Protokol;
1.3. Azərbaycan Respublikasının Kənd
Təsərrüfatı Nazirliyi və Tacikistan
Respublikasının Kənd Təsərrüfatı Nazirliyi
arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq
haqqında Saziş.
2. Azərbaycan Respublikasının Nazirlər
Kabineti bu fərmanın 1.1-1.3-cü bəndlərində
göstərilən sənədlərin müddəalarının
həyata keçirilməsi üçün zəruri tədbirlər
görsün.
3. Azərbaycan Respublikasının Xarici
İşlər Nazirliyi həmin sənədlərin qüvvəyə
minməsi üçün zəruri olan dövlətdaxili
prosedurların yerinə yetirildiyi barədə Tacikistan
Respublikası Hökumətini xəbərdar etsin.
Azərbaycan.-2012.- 4 noyabr.-
S.1.