2011-ci il
noyabrın 2-də Bakı şəhərində
imzalanmış «Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi və Argentina
Respublikasının Elm, Texnologiya
və Səmərəli İnnovasiya Nazirliyi arasında elmi, texnoloji tədqiqat və innovasiya
sahələrində Anlaşma Memorandumu»nun təsdiq edilməsi
haqqında
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər
tutaraq qərara alıram:
1. 2011-ci il noyabrın 2-də Bakı şəhərində
imzalanmış "Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi və Argentina
Respublikasının Elm, Texnologiya
və Səmərəli İnnovasiya Nazirliyi arasında elmi, texnoloji tədqiqat və innovasiya
sahələrində Anlaşma Memorandumu" təsdiq edilsin.
2. Azərbaycan
Respublikasının İqtisadi İnkişaf Nazirliyi bu fərmanın 1-ci hissəsində göstərilən
Anlaşma Memorandumunun
müddəalarının həyata keçirilməsini təmin
etsin.
3. Azərbaycan Respublikasının Xarici
İşlər Nazirliyi həmin Anlaşma Memorandumunun qüvvəyə
minməsi üçün zəruri olan dövlətdaxili
prosedurların yerinə yetirildiyi barədə Argentina
Respublikası Hökumətini xəbərdar etsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
1 noyabr 2012-ci il
Azərbaycan.-2012.-
4 noyabr.- S.1.