Azərbaycan
Respublikası və Çin Xalq Respublikası arasında 2012-ci il iyunun 12-də
Pekin şəhərində imzalanmış sənədlərin
təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası və
Çin Xalq Respublikası arasında 2012-ci il iyunun 12-də
Pekin şəhərində imzalanmış
aşağıdakı sənədlər təsdiq edilsin:
1.1. Azərbaycan Respublikasının
İqtisadi İnkişaf Nazirliyi və Çin Xalq
Respublikasının Kommersiya Nazirliyi arasında əməkdaşlıq
haqqında Memorandum;
1.2. Azərbaycan Respublikasının İqtisadi
İnkişaf Nazirliyi
və Çin Xalq
Respublikasının (ÇXR) Sincan-Uyğur
Muxtar Rayonu (SUMR)
Hökuməti arasında Azərbaycan-Çin ticarət-iqtisadi
əməkdaşlığı üzrə Hökumətlərarası
Komissiya çərçivəsində
Azərbaycan Respublikası və SUMR arasında ticarət-iqtisadi
əməkdaşlıq üzrə İşçi
Qrupunun yaradılması haqqında Protokol.
2. Azərbaycan
Respublikasının İqtisadi İnkişaf Nazirliyi bu fərmanın 1.1-ci və 1.2-ci bəndlərində
göstərilən sənədlərin müddəalarının
həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici
İşlər Nazirliyi həmin sənədlərin qüvvəyə
minməsi üçün zəruri olan dövlətdaxili
prosedurların yerinə yetirildiyi barədə Çin Xalq
Respublikası Hökumətini xəbərdar etsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
1 noyabr 2012-ci il
Azərbaycan.-2012.-
4 noyabr.- S.1.