2012-ci il iyunun 7-də Bakı şəhərində
imzalanmış «Azərbaycan Respublikasının Kənd Təsərrüfatı
Nazirliyi və Latviya Respublikasının Kənd Təsərrüfatı
Nazirliyi arasında əməkdaşlıq haqqında
Anlaşma Memorandumu»nun təsdiq edilməsi barədə
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. 2012-ci il iyunun
7-də Bakı şəhərində imzalanmış "Azərbaycan
Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və
Latviya Respublikasının Kənd Təsərrüfatı
Nazirliyi arasında əməkdaşlıq haqqında
Anlaşma Memorandumu" təsdiq edilsin.
2. Azərbaycan
Respublikasının Kənd Təsərrüfatı Nazirliyi
bu fərmanın 1-ci hissəsində göstərilən
Anlaşma Memorandumunun müddəalarının həyata
keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici
İşlər Nazirliyi həmin Anlaşma Memorandumunun qüvvəyə
minməsi üçün zəruri olan dövlətdaxili
prosedurların yerinə yetirildiyi barədə Latviya
Respublikası Hökumətini xəbərdar etsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 1 noyabr
2012-ci il
Azərbaycan.-2012.-
4 noyabr.- S.1.