Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust
tarixli 911 nömrəli fərmanı ilə
təsdiq edilmiş «İnzibati və yardımçı vəzifələrin
Təsnifat Toplusu»nda dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin
2003-cü il 4 avqust tarixli 911 nömrəli fərmanı ilə
təsdiq edilmiş "İnzibati və yardımçı
vəzifələrin Təsnifat Toplusu"nu "Dövlət
qulluğu haqqında" Azərbaycan Respublikasının
Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan
Respublikasının 2012-ci il 20 aprel tarixli 345-IVQD nömrəli
qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara
alıram:
1. Azərbaycan Respublikası Prezidentinin
2003-cü il 4 avqust tarixli 911 nömrəli fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2003, ¹ 8, maddə 440;
2006, ¹ 3, maddə 229, ¹ 6, maddə 498; 2007, ¹ 2, maddələr
86, 101, ¹ 3, maddələr 217, 227, ¹ 7, maddə 714, ¹ 9, maddə
867, ¹ 10, maddə 948, ¹ 12, maddə 1242; 2008, ¹ 1, maddə 9, ¹ 3,
maddələr 173, 179, ¹ 6, maddə 499, ¹ 8, maddələr 717,
723; 2009, ¹ 2, maddə 66, ¹ 6, maddələr 419, 421, 422; 2010, ¹
2, maddə 80, ¹ 3, maddə 183, ¹ 10, maddə 850) ilə təsdiq
edilmiş "İnzibati və yardımçı vəzifələrin
Təsnifat Toplusu"nun 1-ci hissəsinin 1.9-cu, 1.10-cu bəndləri,
2-ci və 3-cü hissələri aşağıdakı
redaksiyada verilsin:
"1.9. Dövlət orqanlarında
aşağıdakı inzibati vəzifələr nəzərdə
tutulur:
1.9.1. Azərbaycan Respublikası Prezidenti
Administrasiyasının rəhbəri;
1.9.2. Azərbaycan Respublikasının
dövlət müşaviri;
1.9.3. Azərbaycan Respublikası Prezidentinin
Katibliyinin rəisi;
1.9.4. Azərbaycan Respublikası Prezidentinin
müşaviri;
1.9.5. Azərbaycan Respublikası Prezidentinin
köməkçisi;
1.9.6. Azərbaycan Respublikası Prezidentinin
mətbuat katibi;
1.9.7. Azərbaycan Respublikası Prezidentinin
Protokol Xidmətinin rəisi;
1.9.8. Azərbaycan Respublikası Prezidentinin
Administrasiyası rəhbərinin müavini;
1.9.9. Azərbaycan Respublikası Prezidentinin
Administrasiyasında şöbə müdiri;
1.9.10. Azərbaycan Respublikası
Prezidentinin Protokol Xidməti rəisinin müavini;
1.9.11. Azərbaycan Respublikası
Prezidentinin Administrasiyasında şöbə müdirinin
müavini;
1.9.12. Azərbaycan Respublikası
Prezidentinin Administrasiyası rəhbərinin köməkçisi;
1.9.13. Azərbaycan Respublikası
Prezidentinin işlər müdiri və onun birinci müavini;
1.9.14. Azərbaycan Respublikası
Prezidentinin işlər müdirinin müavini;
1.9.15. Azərbaycan Respublikası
Prezidentinin işlər müdirinin köməkçisi;
1.9.16. dövlət orqanı
aparatının rəhbəri;
1.9.17. dövlət orqanı
aparatının rəhbərinin müavini;
1.9.18. dövlət orqanı rəhbərinin
müşaviri, köməkçisi;
1.9.19. Azərbaycan Respublikası Milli Məclisinin,
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və
Azərbaycan Respublikası Nazirlər Kabinetinin aparatları rəhbərlərinin
köməkçiləri;
1.9.20. Azərbaycan Respublikası Baş
nazirinin müavininin köməkçisi;
1.9.21. Azərbaycan Respublikası Milli Məclisi
Sədrinin müavininin köməkçisi;
1.9.22. Dövlət müşavirinin
köməkçisi;
1.9.23. Azərbaycan Respublikasının
insan hüquqları üzrə müvəkkilinin
(ombudsmanın) köməkçisi;
1.9.24. Azərbaycan Respublikasının
Korrupsiyaya qarşı mübarizə üzrə
Komissiyasının katibi;
1.9.25. Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Mətbuat xidmətinin rəhbəri və onun
müavini;
1.9.26. mərkəzi icra hakimiyyəti
orqanları yanında yaradılan dövlət agentliklərinin
və dövlət xidmətlərinin rəhbərləri;
1.9.27. mərkəzi icra hakimiyyəti
orqanları yanında yaradılan dövlət agentlikləri və
dövlət xidmətləri rəhbərlərinin müavinləri;
1.9.28. yerli icra hakimiyyəti
başçısının birinci müavini, müavini;
1.9.29. dövlət orqanı aparatında
şöbə müdiri;
1.9.30. dövlət orqanı aparatında
şöbə müdirinin müavini;
1.9.31. dövlət orqanında işlər
müdiri;
1.9.32. dövlət orqanında işlər
müdirinin müavini;
1.9.33. mərkəzi icra hakimiyyəti
orqanları yanında, tabeliyində olan orqanların rəhbərləri;
1.9.34. mərkəzi icra hakimiyyəti
orqanları yanında, tabeliyində olan orqanların rəhbərlərinin
müavinləri;
1.9.35. sektor müdiri;
1.9.36. baş mühasib, baş məsləhətçi;
1.9.37. böyük məsləhətçi;
1.9.38. aparıcı məsləhətçi;
1.9.39. məsləhətçi, məhkəmə
iclasının katibi, hakimin köməkçisi;
1.9.40. yerli icra hakimiyyəti
başçısının inzibati ərazi dairəsi üzrə
nümayəndəsi və onun müavini;
1.9.41. yerli icra hakimiyyəti
başçısının sahə inzibati ərazi dairəsi
üzrə nümayəndəsi və onun müavini.
1.10. Dövlət orqanlarında
aşağıdakı yardımçı vəzifələr
nəzərdə tutulur:
baş mütəxəssis, böyük
mütəxəssis, aparıcı mütəxəssis,
mütəxəssis (kargüzar, makinaçı, kuryer, arxiv
qeydiyyatçısı, liftçi, sürücü və
sair işçilər).
II. İnzibati və yardımçı vəzifələrin
təsnifatları və adları:
2.1. "Dövlət qulluğu
haqqında" Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə
müvafiq olaraq inzibati vəzifələrin
aşağıdakı təsnifatları və adları vardır:
2.1.1. İnzibati vəzifələrin ali təsnifatı:
Azərbaycan Respublikası Prezidenti
Administrasiyasının rəhbəri;
Azərbaycan Respublikası Milli Məclisi
Aparatının rəhbəri, Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi Aparatının rəhbəri,
Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının rəhbəri;
Azərbaycan Respublikasının dövlət
müşaviri.
2.1.2. İnzibati vəzifələrin
birinci təsnifatı:
Azərbaycan Respublikası Prezidentinin
Katibliyinin rəisi;
Azərbaycan Respublikası Prezidentinin
müşaviri;
Azərbaycan Respublikası Prezidentinin
köməkçisi;
Azərbaycan Respublikası Prezidentinin mətbuat
katibi;
Azərbaycan Respublikası Prezidentinin
Protokol Xidmətinin rəisi;
Azərbaycan Respublikası Prezidentinin
Administrasiyası rəhbərinin müavini;
Azərbaycan Respublikası Prezidentinin
Administrasiyasında şöbə müdiri;
Azərbaycan Respublikası Prezidentinin
işlər müdiri, Azərbaycan Respublikası Prezidentinin
Xüsusi Tibb Xidmətinin rəisi və onların birinci
müavinləri;
Azərbaycan Respublikası Milli Məclisinin,
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və
Azərbaycan Respublikası Nazirlər Kabinetinin aparatları rəhbərlərinin
müavinləri və həmin dövlət orqanlarının
aparatlarında şöbə müdirləri;
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Mətbuat xidmətinin rəhbəri;
Azərbaycan Respublikası Ali Məhkəməsi,
Naxçıvan Muxtar Respublikası Ali Məclisi, Azərbaycan
Respublikası Hesablama Palatası, Məhkəmə-Hüquq
Şurası və Azərbaycan Respublikasının insan
hüquqları üzrə müvəkkili (ombudsman)
aparatlarının rəhbərləri;
Azərbaycan Respublikası Baş nazirinin,
Azərbaycan Respublikası Milli Məclisi və Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsi sədrlərinin
müşavirləri, köməkçiləri.
2.1.3. İnzibati vəzifələrin ikinci
təsnifatı:
Azərbaycan Respublikası Prezidentinin
Protokol Xidməti rəisinin müavini;
Azərbaycan Respublikası Prezidentinin
Administrasiyasında şöbə müdirinin müavini;
Azərbaycan Respublikası Prezidentinin
Administrasiyası rəhbərinin köməkçisi;
Azərbaycan Respublikası Prezidentinin
işlər müdirinin və Azərbaycan Respublikası Prezidentinin
Xüsusi Tibb Xidməti rəisinin müavinləri;
Azərbaycan Respublikası Milli Məclisinin
və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
aparatlarında şöbə müdirinin müavini;
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Aparatında şöbə müdirinin müavini;
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Mətbuat xidməti rəhbərinin müavini;
Azərbaycan Respublikası Milli Məclisinin,
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin, Azərbaycan
Respublikası Nazirlər Kabinetinin işlər müdirləri
və onların müavinləri;
Azərbaycan Respublikası Ali Məhkəməsi,
Naxçıvan Muxtar Respublikası Ali Məclisi, Azərbaycan
Respublikası Hesablama Palatası, Məhkəmə-Hüquq
Şurası, Azərbaycan Respublikasının İnsan
hüquqları üzrə müvəkkili (ombudsman)
aparatları rəhbərlərinin müavinləri və həmin
dövlət orqanlarında şöbə müdirləri;
Naxçıvan Muxtar Respublikası Ali Məclisi
Sədrinin müşaviri, köməkçisi;
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi,
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti və
Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları
üzrə müvəkkili (ombudsman) aparatlarının rəhbərləri;
Azərbaycan Respublikası Milli Məclisi Sədrinin
müavininin və Azərbaycan Respublikası Baş nazirinin
müavininin köməkçiləri;
Azərbaycan Respublikasının mərkəzi
icra hakimiyyəti orqanları yanında yaradılan dövlət
agentliklərinin və dövlət xidmətlərinin rəhbərləri,
Azərbaycan Respublikasının Sahibkarlığa Kömək
Milli Fondunun icraçı direktoru;
Bakı Şəhər İcra Hakimiyyəti
başçısının birinci müavini və
müavini.
2.1.4. İnzibati vəzifələrin
üçüncü təsnifatı:
Azərbaycan Respublikası Prezidentinin
Administrasiyasında sektor müdiri, baş məsləhətçi,
böyük məsləhətçi, aparıcı məsləhətçi,
məsləhətçi;
Azərbaycan Respublikası dövlət
müşavirinin köməkçisi;
Azərbaycan Respublikası Prezidentinin
Katibliyində sektor müdiri, baş məsləhətçi,
böyük məsləhətçi, aparıcı məsləhətçi,
məsləhətçi;
Azərbaycan Respublikası Prezidentinin
işlər müdirinin və Azərbaycan Respublikası
Prezidentinin Xüsusi Tibb Xidməti rəisinin köməkçiləri;
Azərbaycan Respublikası Prezidentinin
İşlər İdarəsində və Azərbaycan
Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətində
şöbə müdiri, onun müavini, sektor müdiri,
baş mühasib, baş məsləhətçi,
böyük məsləhətçi, aparıcı məsləhətçi,
məsləhətçi;
Azərbaycan Respublikası Milli Məclisinin
və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
aparatlarında sektor müdiri, baş məsləhətçi,
böyük məsləhətçi, aparıcı məsləhətçi,
məsləhətçi;
Azərbaycan Respublikası Milli Məclisi və
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi
aparatları rəhbərlərinin köməkçiləri;
Azərbaycan Respublikası Milli Məclisinin
işlər müdirinin köməkçisi;
Azərbaycan Respublikası Milli Məclisinin
və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
İşlər İdarəsində şöbə müdiri
və şöbə müdirinin müavini, sektor müdiri,
baş mühasib, baş məsləhətçi,
böyük məsləhətçi, aparıcı məsləhətçi,
məsləhətçi;
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Aparatında sektor müdiri, baş məsləhətçi,
böyük məsləhətçi, aparıcı məsləhətçi,
məsləhətçi;
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Aparatı rəhbərinin köməkçisi;
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin İşlər İdarəsində şöbə
müdiri, onun müavini, sektor müdiri, baş mühasib,
baş məsləhətçi, böyük məsləhətçi,
aparıcı məsləhətçi, məsləhətçi;
Azərbaycan Respublikası Ali Məhkəməsinin,
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Azərbaycan
Respublikası Hesablama Palatasının, Məhkəmə-Hüquq
Şurasının, Azərbaycan Respublikasının İnsan
hüquqları üzrə müvəkkilinin (ombudsmanın)
aparatlarında şöbə müdirinin müavini;
Azərbaycan Respublikasının Ali Məhkəməsi
sədrinin, Azərbaycan Respublikasının Hesablama
Palatası sədrinin və Azərbaycan Respublikasının
insan hüquqları üzrə müvəkkilinin
(ombudsmanın) köməkçiləri;
Azərbaycan Respublikası Ali Məhkəməsinin
İşlər müdiri və onun müavini;
Azərbaycan Respublikası apelyasiya məhkəmələri,
Azərbaycan Respublikası Mərkəzi Seçki
Komissiyası, Azərbaycan Respublikası mərkəzi icra
hakimiyyəti orqanları və onlara bərabər tutulan
orqanlar, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında
olan icra hakimiyyəti orqanları, Milli Televiziya və Radio
Şurası aparatlarının rəhbərləri və
onların müavinləri;
Bakı Şəhər İcra Hakimiyyəti
başçısı Aparatının rəhbəri;
Azərbaycan Respublikasının Korrupsiyaya
qarşı mübarizə üzrə Komissiyasının
katibi;
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi,
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti,
Naxçıvan Muxtar Respublikasının İnsan
hüquqları üzrə müvəkkili (ombudsman)
aparatlarının rəhbərlərinin müavinləri və
onların aparatlarında şöbə müdirləri;
Azərbaycan Respublikası mərkəzi
icra hakimiyyəti orqanlarının yanında yaradılan
dövlət agentlikləri və dövlət xidmətləri
rəhbərlərinin müavinləri, Azərbaycan
Respublikasının Sahibkarlığa Kömək Milli Fondunun
icraçı direktorunun müavini.
2.1.5. İnzibati vəzifələrin
dördüncü təsnifatı:
Azərbaycan Respublikası Ali Məhkəməsinin
Aparatında sektor müdiri, baş məsləhətçi,
böyük məsləhətçi, aparıcı məsləhətçi,
məsləhətçi, məhkəmə iclasının
katibi, hakimin köməkçisi;
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin,
Azərbaycan Respublikası Hesablama Palatasının, Məhkəmə-Hüquq
Şurasının və Azərbaycan Respublikasının
İnsan hüquqları üzrə müvəkkilinin
(ombudsmanın) aparatlarında sektor müdiri, baş
mühasib, baş məsləhətçi, böyük məsləhətçi,
aparıcı məsləhətçi, məsləhətçi;
Naxçıvan Muxtar Respublikası Baş
nazirinin müşaviri, köməkçisi;
Naxçıvan Muxtar Respublikasının
Bakı şəhərində Daimi Nümayəndəliyi rəhbərinin
müavini;
Azərbaycan Respublikasının insan
hüquqları üzrə müvəkkilinin (ombudsmanın)
regional mərkəzlərinin rəhbərləri və
onların müavinləri;
Azərbaycan Respublikası apelyasiya məhkəmələrinin,
Azərbaycan Respublikası Mərkəzi Seçki
Komissiyasının, Azərbaycan Respublikası mərkəzi
icra hakimiyyəti orqanlarının və onlara bərabər
tutulan orqanların, Azərbaycan Respublikası Nazirlər
Kabinetinin yanında olan icra hakimiyyəti orqanlarının,
Bakı Şəhər İcra Hakimiyyəti
başçısının, Milli Televiziya və Radio
Şurasının aparatlarında şöbə müdirləri
və onların müavinləri;
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin,
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin və
Naxçıvan Muxtar Respublikasının İnsan
hüquqları üzrə müvəkkilinin (ombudsmanın)
aparatlarında şöbə müdirlərinin müavinləri;
yerli icra hakimiyyəti (Bakı Şəhər
İcra Hakimiyyəti istisna olmaqla)
başçısının birinci müavini və
müavini;
Bakı Şəhər İcra Hakimiyyəti
başçısının köməkçisi;
Azərbaycan Respublikası mərkəzi
icra hakimiyyəti orqanlarının və onlara bərabər
tutulan orqanların, Azərbaycan Respublikası Nazirlər
Kabinetinin yanında olan icra hakimiyyəti orqanlarının rəhbərlərinin
müşavirləri, köməkçiləri;
Milli Televiziya və Radio Şurası sədrinin
köməkçisi.
2.1.6. İnzibati vəzifələrin
beşinci təsnifatı:
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin
Aparatında sektor müdiri, baş mühasib, baş məsləhətçi,
böyük məsləhətçi, aparıcı məsləhətçi,
məsləhətçi, məhkəmə iclasının
katibi, hakimin köməkçisi;
Naxçıvan Muxtar Respublikası Nazirlər
Kabinetinin, Naxçıvan Muxtar Respublikasının insan
hüquqları üzrə müvəkkilinin (ombudsmanın),
Azərbaycan Respublikası Mərkəzi Seçki
Komissiyasının, Azərbaycan Respublikası mərkəzi
icra hakimiyyəti orqanlarının və onlara bərabər
tutulan orqanların, Azərbaycan Respublikası Nazirlər
Kabinetinin yanında olan icra hakimiyyəti orqanlarının,
Bakı Şəhər İcra Hakimiyyəti
başçısının, Milli Televiziya və Radio
Şurasının aparatlarında və Azərbaycan
Respublikasının Korrupsiyaya qarşı mübarizə
üzrə Komissiyasının Katibliyində sektor müdiri,
baş mühasib, baş məsləhətçi,
böyük məsləhətçi, aparıcı məsləhətçi,
məsləhətçi;
Azərbaycan Respublikası apelyasiya məhkəmələrinin
aparatlarında sektor müdiri, baş mühasib, baş məsləhətçi,
böyük məsləhətçi, aparıcı məsləhətçi,
məsləhətçi, məhkəmə iclasının
katibi, hakimin köməkçisi;
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi
sədrinin və Naxçıvan Muxtar Respublikasının
insan hüquqları üzrə müvəkkilinin
(ombudsmanın) köməkçiləri;
Azərbaycan Respublikası mərkəzi
icra hakimiyyəti orqanlarının Naxçıvan Muxtar
Respublikası üzrə idarələrinin rəhbərləri
və onların müavinləri;
Naxçıvan Muxtar Respublikası mərkəzi
icra hakimiyyəti orqanları aparatlarının rəhbərləri;
Naxçıvan Muxtar Respublikasının
Bakı şəhərində Daimi Nümayəndəliyində
sektor müdiri, baş mühasib, baş məsləhətçi,
böyük məsləhətçi, aparıcı məsləhətçi,
məsləhətçi;
Azərbaycan Respublikasının mərkəzi
icra hakimiyyəti orqanları yanında yaradılan dövlət
agentliklərinin və dövlət xidmətlərinin, Azərbaycan
Respublikasının Sahibkarlığa Kömək Milli
Fondunun, Naxçıvan Muxtar Respublikası Mərkəzi
Seçki Komissiyasının, Naxçıvan Muxtar
Respublikası mərkəzi icra hakimiyyəti
orqanlarının, Naxçıvan Muxtar Respublikası
Televiziya və Radio Şurasının, ağır cinayətlər
məhkəmələrinin, inzibati-iqtisadi məhkəmələrin,
hərbi məhkəmələrin aparatlarında şöbə
müdiri və onun müavini;
Naxçıvan Muxtar Respublikası mərkəzi
icra hakimiyyəti orqanlarının rəhbərlərinin
köməkçiləri;
Azərbaycan Respublikasının və
Naxçıvan Muxtar Respublikasının mərkəzi icra
hakimiyyəti orqanlarının yerli bölmələrinin, Azərbaycan
Respublikasının və Naxçıvan Muxtar
Respublikasının mərkəzi icra hakimiyyəti
orqanları yanında, tabeliyində olan orqanların və
Naxçıvan Muxtar Respublikasının mərkəzi icra
hakimiyyəti orqanları yanında yaradılan dövlət
agentliklərinin və dövlət xidmətlərinin,
Bakı Şəhər İcra Hakimiyyəti
başçısı Aparatının birbaşa tabeliyində
olan orqanların rəhbərləri;
Azərbaycan Respublikası Ali Məhkəməsinin
İşlər İdarəsində şöbə müdiri,
onun müavini, sektor müdiri, baş mühasib, baş məsləhətçi,
böyük məsləhətçi, aparıcı məsləhətçi,
məsləhətçi.
2.1.7. İnzibati vəzifələrin
altıncı təsnifatı:
Azərbaycan Respublikasının mərkəzi
icra hakimiyyəti orqanları yanında yaradılan dövlət
agentliklərinin və dövlət xidmətlərinin, Azərbaycan
Respublikasının Sahibkarlığa Kömək Milli Fondunun
aparatlarında, Azərbaycan Respublikasının insan
hüquqları üzrə müvəkkilinin (ombudsmanın)
regional mərkəzlərində, Naxçıvan Muxtar
Respublikasının Mərkəzi Seçki Komissiyasında,
Naxçıvan Muxtar Respublikasının mərkəzi icra
hakimiyyəti orqanlarında, Naxçıvan Muxtar
Respublikasının Televiziya və Radio Şurasında sektor
müdiri, baş mühasib, baş məsləhətçi,
böyük məsləhətçi, aparıcı məsləhətçi,
məsləhətçi;
ağır cinayətlər məhkəmələrinin,
inzibati-iqtisadi məhkəmələrin, hərbi məhkəmələrin
aparatlarında sektor müdiri, baş mühasib, baş məsləhətçi,
böyük məsləhətçi, aparıcı məsləhətçi,
məsləhətçi, məhkəmə iclasının
katibi, hakimin köməkçisi;
yerli icra hakimiyyəti (Bakı Şəhər
İcra Hakimiyyəti istisna olmaqla)
başçılarının aparatlarında şöbə
müdiri və onun müavini;
Azərbaycan Respublikasının mərkəzi
icra hakimiyyəti orqanlarının Naxçıvan Muxtar
Respublikası üzrə idarələrinin aparatlarında
sektor müdiri, baş mühasib, baş məsləhətçi,
böyük məsləhətçi, aparıcı məsləhətçi,
məsləhətçi;
Azərbaycan Respublikasının və
Naxçıvan Muxtar Respublikasının mərkəzi icra
hakimiyyəti orqanlarının yerli bölmələrinin, Azərbaycan
Respublikasının və Naxçıvan Muxtar
Respublikasının mərkəzi icra hakimiyyəti
orqanları yanında, tabeliyində olan orqanların və
Naxçıvan Muxtar Respublikasının mərkəzi icra
hakimiyyəti orqanları yanında yaradılan dövlət
agentliklərinin və dövlət xidmətlərinin,
Bakı Şəhər İcra Hakimiyyəti
başçısı Aparatının birbaşa tabeliyində
olan orqanların rəhbərlərinin müavinləri;
Azərbaycan Respublikasının və
Naxçıvan Muxtar Respublikasının mərkəzi icra
hakimiyyəti orqanları yanında yaradılan dövlət
agentliklərinin və dövlət xidmətlərinin, Azərbaycan
Respublikasının və Naxçıvan Muxtar Respublikasının
mərkəzi icra hakimiyyəti orqanları yanında, tabeliyində
olan orqanların yerli bölmələrinin rəhbərləri
və onların müavinləri.
2.1.8. İnzibati vəzifələrin
yeddinci təsnifatı:
yerli icra hakimiyyəti (Bakı Şəhər
İcra Hakimiyyəti istisna olmaqla) başçılarının
aparatlarında, Azərbaycan Respublikasının və
Naxçıvan Muxtar Respublikasının mərkəzi icra
hakimiyyəti orqanlarının yerli bölmələrində,
Azərbaycan Respublikasının və Naxçıvan Muxtar
Respublikasının mərkəzi icra hakimiyyəti
orqanları yanında, tabeliyində olan orqanlarda, rayon (şəhər)
məhkəmələrinin, Naxçıvan Muxtar
Respublikasının mərkəzi icra hakimiyyəti
orqanları yanında yaradılan dövlət agentliklərinin
və dövlət xidmətlərinin aparatlarında, Bakı
Şəhər İcra Hakimiyyəti başçısı
Aparatının birbaşa tabeliyində olan orqanlarda sektor
müdiri, baş mühasib, baş məsləhətçi,
böyük məsləhətçi, aparıcı məsləhətçi,
məsləhətçi;
Azərbaycan Respublikasının və
Naxçıvan Muxtar Respublikasının mərkəzi icra
hakimiyyəti orqanları yanında yaradılan dövlət
agentlikləri və dövlət xidmətlərinin, Azərbaycan
Respublikasının və Naxçıvan Muxtar
Respublikasının mərkəzi icra hakimiyyəti
orqanları yanında, tabeliyində olan orqanların yerli
bölmələrində sektor müdiri, baş mühasib,
baş məsləhətçi, böyük məsləhətçi,
aparıcı məsləhətçi, məsləhətçi;
yerli icra hakimiyyəti
başçısının inzibati ərazi dairəsi üzrə
və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi,
onun müavini, baş mühasib, baş məsləhətçi,
böyük məsləhətçi, aparıcı məsləhətçi,
məsləhətçi;
yerli icra hakimiyyəti (Bakı Şəhər
İcra Hakimiyyəti istisna olmaqla)
başçısının köməkçisi.
2.2. İnzibati vəzifələrin Təsnifat
Toplusunun 2-ci hissəsində göstərilən dövlət
orqanları rəhbərlərinin və onların müavinlərinin
adları qanunvericiliklə müəyyən edilir.
2.3. "Dövlət qulluğu
haqqında" Azərbaycan Respublikası Qanununun 10.6-cı və
11.2-ci maddələrinə, habelə bu Təsnifat Toplusunun
1.10-cu bəndinə uyğun olaraq yardımçı vəzifələrin
aşağıdakı təsnifatları və adları
vardır:
2.3.1. Yardımçı vəzifələrin
birinci təsnifatı:
Azərbaycan Respublikası Prezidentinin
Administrasiyasında baş mütəxəssis, böyük
mütəxəssis, aparıcı mütəxəssis,
mütəxəssis;
Azərbaycan Respublikası Prezidentinin
Katibliyində baş mütəxəssis, böyük mütəxəssis,
aparıcı mütəxəssis, mütəxəssis;
Azərbaycan Respublikası Prezidentinin İşlər
İdarəsində və Azərbaycan Respublikası
Prezidentinin Xüsusi Tibb Xidmətində baş mütəxəssis,
böyük mütəxəssis, aparıcı mütəxəssis,
mütəxəssis;
Azərbaycan Respublikası Milli Məclisinin,
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və
Azərbaycan Respublikası Nazirlər Kabinetinin aparatlarında
baş mütəxəssis, böyük mütəxəssis,
aparıcı mütəxəssis, mütəxəssis;
Azərbaycan Respublikası Milli Məclisinin,
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və
Azərbaycan Respublikası Nazirlər Kabinetinin İşlər
İdarəsində baş mütəxəssis, böyük
mütəxəssis, aparıcı mütəxəssis,
mütəxəssis.
2.3.2. Yardımçı vəzifələrin
ikinci təsnifatı:
Azərbaycan Respublikası Ali Məhkəməsinin,
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Azərbaycan
Respublikası Hesablama Palatasının, Məhkəmə-Hüquq
Şurasının, Azərbaycan Respublikasının İnsan
hüquqları üzrə müvəkkilinin (ombudsmanın)
aparatlarında baş mütəxəssis, böyük mütəxəssis,
aparıcı mütəxəssis, mütəxəssis;
Azərbaycan Respublikası Ali Məhkəməsinin
İşlər İdarəsində baş mütəxəssis,
böyük mütəxəssis, aparıcı mütəxəssis,
mütəxəssis.
2.3.3. Yardımçı vəzifələrin
üçüncü təsnifatı:
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin,
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin,
Naxçıvan Muxtar Respublikasının insan hüquqları
üzrə müvəkkilinin (ombudsmanın), Azərbaycan
Respublikası apelyasiya məhkəmələrinin və Azərbaycan
Respublikası Mərkəzi Seçki Komissiyasının
aparatlarında, Azərbaycan Respublikasının Korrupsiyaya
qarşı mübarizə üzrə Komissiyasının
Katibliyində, Azərbaycan Respublikası mərkəzi icra
hakimiyyəti orqanlarının və onlara bərabər
tutulan orqanların, Azərbaycan Respublikasının Nazirlər
Kabineti yanında yaradılan icra hakimiyyəti
orqanlarının, Bakı Şəhər İcra Hakimiyyəti
başçısının, Milli Televiziya və Radio
Şurasının, Azərbaycan Respublikasının mərkəzi
icra hakimiyyəti orqanları yanında yaradılan dövlət
agentliklərinin və dövlət xidmətlərinin, Azərbaycan
Respublikasının Sahibkarlığa Kömək Milli Fondunun
aparatlarında, Azərbaycan Respublikasının İnsan
hüquqları üzrə müvəkkilinin (ombudsmanın)
regional mərkəzlərində, Naxçıvan Muxtar
Respublikasının Mərkəzi Seçki
Komissiyasının, Naxçıvan Muxtar Respublikasının
mərkəzi icra hakimiyyəti orqanlarının,
Naxçıvan Muxtar Respublikası Televiziya və Radio
Şurasının aparatlarında, Naxçıvan Muxtar
Respublikasının Bakı şəhərində Daimi
Nümayəndəliyində, ağır cinayətlər məhkəmələrinin,
inzibati-iqtisadi məhkəmələrin, hərbi məhkəmələrin
aparatlarında baş mütəxəssis, böyük mütəxəssis,
aparıcı mütəxəssis, mütəxəssis;
Azərbaycan Respublikasının mərkəzi
icra hakimiyyəti orqanlarının Naxçıvan Muxtar
Respublikası üzrə idarələrinin aparatlarında
baş mütəxəssis, böyük mütəxəssis,
aparıcı mütəxəssis, mütəxəssis.
2.3.4. Yardımçı vəzifələrin
dördüncü təsnifatı:
yerli icra hakimiyyəti (Bakı Şəhər
İcra Hakimiyyəti istisna olmaqla)
başçılarının, Azərbaycan
Respublikasının və Naxçıvan Muxtar
Respublikasının mərkəzi icra hakimiyyəti
orqanlarının yerli bölmələrinin, Azərbaycan
Respublikasının və Naxçıvan Muxtar
Respublikasının mərkəzi icra hakimiyyəti
orqanları yanında, tabeliyində olan orqanların, rayon
(şəhər) məhkəmələrinin, Naxçıvan
Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti
orqanları yanında yaradılan dövlət agentliklərinin
və dövlət xidmətlərinin aparatlarında, Bakı
Şəhər İcra Hakimiyyəti başçısı
aparatının birbaşa tabeliyində olan orqanlarda baş
mütəxəssis, böyük mütəxəssis,
aparıcı mütəxəssis, mütəxəssis;
Azərbaycan Respublikasının və
Naxçıvan Muxtar Respublikasının mərkəzi icra
hakimiyyəti orqanları yanında yaradılan dövlət
agentliklərinin və dövlət xidmətlərinin, Azərbaycan
Respublikasının və Naxçıvan Muxtar
Respublikasının mərkəzi icra hakimiyyəti
orqanları yanında, tabeliyində olan orqanların yerli
bölmələrində baş mütəxəssis,
böyük mütəxəssis, aparıcı mütəxəssis,
mütəxəssis;
yerli icra hakimiyyəti
başçısının inzibati ərazi dairəsi üzrə
və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərində
baş mütəxəssis, böyük mütəxəssis,
aparıcı mütəxəssis, mütəxəssis.
2.4. Dövlət orqanının rəhbəri
Azərbaycan Respublikası Prezidentinin Administrasiyası ilə
razılaşdırmaqla, ştat cədvəlində həmin
orqanın strukturunun profilini əks etdirən vəzifə
adlarını nəzərdə tuta bilər.
2.5. İnzibati vəzifələrin Təsnifat
Toplusunun 2-ci hissəsində nəzərdə tutulmayan vəzifələrin
müvafiq təsnifatlara uyğunlaşdırılması
qanunvericilik, icra və məhkəmə hakimiyyəti
orqanlarının rəhbərləri tərəfindən həll
edilir.
III. İnzibati və yardımçı vəzifələrin
ixtisas dərəcələri
3.1. Dövlət qulluqçusunun ixtisas dərəcəsi
onun ixtisas səviyyəsini göstərir, vəzifə
maaşına əlavə haqq almaq və sosial təminatlardan
istifadə etmək, habelə "Dövlət qulluğu
haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə
tutulmuş hallarda dövlət qulluqçusuna inzibati vəzifə
tutmaq hüququ verir.
3.2. İnzibati vəzifələrin təsnifatına
uyğun olaraq aşağıdakı ixtisas dərəcələri
verilir:
3.2.1. Təsnifat Toplusunun 2.1.1-ci yarımbəndində
nəzərdə tutulan inzibati vəzifələrin ali təsnifatı
üzrə - həqiqi dövlət müşaviri, 1-ci dərəcə
dövlət müşaviri və 2-ci dərəcə
dövlət müşaviri.
3.2.2. Təsnifat Toplusunun 2.1.2-ci yarımbəndində
nəzərdə tutulan inzibati vəzifələrin birinci təsnifatı
üzrə - 1-ci dərəcə dövlət
müşaviri, 2-ci dərəcə dövlət
müşaviri və 3-cü dərəcə dövlət
müşaviri.
3.2.3. Təsnifat Toplusunun 2.1.3-cü
yarımbəndində nəzərdə tutulan inzibati vəzifələrin
ikinci təsnifatı üzrə - 2-ci dərəcə
dövlət müşaviri, 3-cü dərəcə dövlət
müşaviri və dövlət qulluğunun baş
müşaviri.
3.2.4. Təsnifat Toplusunun 2.1.4-cü
yarımbəndində nəzərdə tutulan inzibati vəzifələrin
üçüncü təsnifatı üzrə - dövlət
qulluğunun baş müşaviri, dövlət qulluğunun
müşaviri və dövlət qulluğunun kiçik
müşaviri.
3.2.5. Təsnifat Toplusunun 2.1.5-ci yarımbəndində
nəzərdə tutulan inzibati vəzifələrin
dördüncü təsnifatı üzrə - dövlət
qulluğunun müşaviri, dövlət qulluğunun
kiçik müşaviri və 1-ci dərəcə dövlət
qulluqçusu.
3.2.6. Təsnifat Toplusunun 2.1.6-cı
yarımbəndində nəzərdə tutulan inzibati vəzifələrin
beşinci təsnifatı üzrə - dövlət
qulluğunun kiçik müşaviri, 1-ci dərəcə
dövlət qulluqçusu və 2-ci dərəcə dövlət
qulluqçusu.
3.2.7. Təsnifat Toplusunun 2.1.7-ci yarımbəndində
nəzərdə tutulan inzibati vəzifələrin
altıncı təsnifatı üzrə - 1-ci dərəcə
dövlət qulluqçusu, 2-ci dərəcə dövlət
qulluqçusu və 3-cü dərəcə dövlət
qulluqçusu.
3.2.8. Təsnifat Toplusunun 2.1.8-ci yarımbəndində
nəzərdə tutulan inzibati vəzifələrin yeddinci təsnifatı
üzrə - 2-ci dərəcə dövlət qulluqçusu,
3-cü dərəcə dövlət qulluqçusu və
kiçik dövlət qulluqçusu.
3.3. Yardımçı vəzifələrin
təsnifatına uyğun olaraq aşağıdakı ixtisas dərəcələri
verilir:
3.3.1. Təsnifat Toplusunun 2.3.1-ci yarımbəndində
nəzərdə tutulan yardımçı vəzifələrin
birinci təsnifatı üzrə - dövlət qulluğunun
baş referenti, dövlət qulluğunun böyük referenti
və dövlət qulluğunun 1-ci dərəcə referenti.
3.3.2. Təsnifat Toplusunun 2.3.2-ci yarımbəndində
nəzərdə tutulan yardımçı vəzifələrin
ikinci təsnifatı üzrə - dövlət qulluğunun
böyük referenti, dövlət qulluğunun 1-ci dərəcə
referenti və dövlət qulluğunun 2-ci dərəcə
referenti.
3.3.3. Təsnifat Toplusunun 2.3.3-cü
yarımbəndində nəzərdə tutulan
yardımçı vəzifələrin
üçüncü təsnifatı üzrə - dövlət
qulluğunun 1-ci dərəcə referenti, dövlət
qulluğunun 2-ci dərəcə referenti və dövlət
qulluğunun 3-cü dərəcə referenti.
3.3.4. Təsnifat Toplusunun 2.3.4-cü
yarımbəndində nəzərdə tutulan
yardımçı vəzifələrin dördüncü təsnifatı
üzrə - dövlət qulluğunun 2-ci dərəcə
referenti, dövlət qulluğunun 3-cü dərəcə
referenti və dövlət qulluğunun kiçik
referenti.".
2. 5-ci hissə
ləğv edilsin.
3. Azərbaycan Respublikası Prezidentinin
2003-cü il 4 avqust tarixli 911 nömrəli fərmanı ilə
təsdiq edilmiş "İnzibati və yardımçı vəzifələrin
Təsnifat Toplusu"nun 2.1.4-cü, 2.1.5-ci, 2.1.6-cı və
2.3.3-cü yarımbəndlərində Azərbaycan
Respublikasının mərkəzi icra hakimiyyəti
orqanlarına bərabər tutulan orqanlar dedikdə, Azərbaycan
Respublikası Tarif (qiymət) Şurasının Katibliyi və
Azərbaycan Respublikasının Prezidenti yanında Ali
Attestasiya Komissiyası nəzərdə tutulur.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
1 noyabr 2012-ci il
Azərbaycan.-2012.-
4 noyabr.- S.2.