Neftçi məişəti
Neftçilər yerin
təkindən və dənizin dibindən "qara
qızıl" adlanan sərvəti
üzə çıxaran fədakar insanlardır. Onlar ölkəmizin qüdrətini
artırmaq, dünyada Azərbaycanın üzünü ağ etmək
üçün var güc və bacarıqla
çalışırlar. Bu hünərvər
peşənin sahibləri həmişə hörmət-izzət
yiyəsi olublar. Son
illərdə onlara qayğı və diqqət
daha da
artırılıb. İnsan amili önə çəkilərək
neftçilərin sağlamlığı, təhlükəsizliyi
üçün ardıcıl tədbirlər
görülür.
Sadə sözlərlə
desək, neftçilər çətin, bəzən hətta
ekstremal şəraitdə işləyirlər.
Yayın qızmarı, yaxud
qışın şaxtası, sıx buruqlar,
yaxud açıq dəniz və ən
mürəkkəb avadanlıqlar...
Neftçi daim
bunların əhatəsindədir. Odur ki, hər bir neftçinin səhhəti qorunmalı, o, evindən sağ-salamat
çıxdığı kimi sağ-salamat da ailəsinin,
övladlarının yanına qayıtmalıdır. Elə buna görə də
neftçilərin səhhətinə qayğı göstərilməsi,
onlar üçün
təhlükəsiz əmək və rahat məişət
şəraiti yaradılması, istirahətlərinin
yaxşı təşkil edilməsi xüsusi
önəm daşıyır. İstər quruda
çalışan, istərsə də iş
yeri dənizin qoynundakı estakadalarda, özüllərdə olan neftçilərə hərtərəfli
qayğı göstərilir.
"Abşeronneft" Neft və
Qazçıxarma İdarəsində bunun
əyani şahidi olduq.
Burada
"Azərbaycan Respublikası Dövlət Neft
Şirkətinin 2007-2010-cu illər üçün
sosial-iqtisadi inkişaf
proqramı"na müvafiq olaraq, 50 yerlik yeməkxana
istifadəyə verilib və müasir avadanlıqla təchiz edilib. Şirkətin 2011-2015-ci illəri əhatə
edən həmin məqsədli proqramına uyğun
olaraq, hazırlanmış plan isə idarənin mədənləri
ərazisində 100 nəfərlik yeməkxana binasının
inşasını nəzərdə tutub.
İndi neftçinin bağlama düzəldib evindən işə
azuqə gətirdiyi vaxtlar artıq arxada qalmaqdadır. Lakin dəniz
obyektlərində, adalarda elə yerlər
var ki, orada
işləyənlər birbaşa yeməkxanaya
gələ bilmirlər. Yaxud günlərlə
əmək növbəsində olan neftçi könlünə düşən
hansısa bir yeməyi özü
hazırlamaq istəyir.
Qeyd edək ki,
"Abşeronneft"in
bir sıra sex və
sahələri Pirallahı adasında yerləşir. İdarənin
istismar etdiyi
yataqların bir hissəsi isə dənizdədir.
Odur ki, günlərlə
Xəzərin qoynunda, özüllərdə
qalan işçilər də az deyil.
Neftçinin məişəti təşkil
olunarkən bütün bunlar
nəzərə alınır. Məsələn, elə
sözügedən "Abşeronneft"də dəniz
özüllərində çalışanlar standart
elektrik plitələri ilə təmin olunub. Soyuqdan qorunmaq üçün isə
onlara qızdırıcı radiatorlar verilib. Bir çox yerlərdə
soyuducular da var.
Neftçilərə
iş yerlərində
qablaşdırılmış saf su paylanır. Sudan söz düşmüşkən, son bir-iki ildə "ƏKS-OSMOS"
qurğuları istər "Abşeronneft"in əməkçilərinin, istərsə də
bütövlükdə ada sakinlərinin
köməyinə gəlib. Bu
qurğuların təmizləyib saf hala saldığı dəniz suyu
məişətdə geniş istifadə
olunur. Bu su içmək üçün
də tam yararlıdır. Zərərli iş sahələrində
çalışanlara isə üstəlik hər gün süd də verilir.
Neftçinin səhhətində bir problem yaranarsa,
o, dərhal həkim təyinatı ilə
müalicəyə göndərilir. Yay
aylarında idarə bir çox
əməkçilərinə Nabran, Balakən,
Qusar bölgələrindəki istirahət
zonalarına yollayışlar verir və əlbəttə
ki, onların dəyərini ödəyir.
Neft Azərbaycan xalqının
milli sərvətidir. O, ölkənin inkişafında,
tərəqqisində mühüm
rol oynayır. Müstəqil respublikamızda bütün
sərvətlər insanların
rifahına xidmət edir. Elə bu baxımdan
da dövlətimiz bu sərvətləri üzə çıxaran,
o cümlədən neft
hasil edən insanların sağlamlığına
böyük dəyər
verir.
Flora SADIQLI
Azərbaycan.-2012.-
4 noyabr.- S.4.