Dahi Nizami Gəncəvinin orijinal
əlyazmalarından ibarət sərgi
açılmışdır
Noyabrın 3-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzi
və AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin birgə təşkilatçılığı
ilə bu muzeydə dahi
Nizami Gəncəvinin və Şərqin
inciləri sayılan digər əsərlərin orijinal əlyazmalarından ibarət sərgi
açılmışdır.
AzərTAc xəbər
verir ki, Nizami Gəncəvinin 870 illiyi
ilə bağlı keçirilən tədbirlər çərçivəsində
təşkil olunan sərgidə 40-dan çox ölkədən
toplanılmış misilsiz əlyazmalar ilk dəfə nümayiş
etdirilmişdir. Sərgidə,
həmçinin XII əsrə aid "İncil", müxtəlif dövrlər və
mədəniyyətlərin "Qurani-kərim"i, dahi Nizaminin "Xəmsə"sinə
Hindistan, Misir, İran, Mərkəzi Asiya
xalqlarının yazdıqları əlyazmalar, qızıl
işləməli illüstrasiyalar nümayiş olunmuşdur.
Sərginin
açılışında ABŞ Dövlət Departamentinin qadın məsələləri
üzrə əlaqələndiricisi xanım Melanne
Verveyer, ABŞ Dövlət Departamentinin beynəlxalq kommunikasiya
və informasiya siyasəti üzrə əlaqələndiricisi
Filip Verveyer, ABŞ, Misir, Qırğız Respublikasının Azərbaycandakı
səfirləri və bir sıra dövlət qurumlarının
nümayəndələri iştirak
etmişlər.
Qonaqlara əlyazmalar
barəsində ətraflı məlumat verilmişdir.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin
qısa müddətdə gördüyü
işlərlə bağlı videofilm nümayiş etdirilmişdir.
Mərkəzin
himayədarlar şurasının xüsusi
qərarı ilə xanım Melanne Verveyer dünyada qadın
problemlərinin həllində, yoxsul
ölkələrdə gənc qızların maarifləndirilməsi
istiqamətində fəaliyyətinə görə Nizami Gəncəvi Beynəlxalq Mükafatı
ilə təltif olunmuşdur.
Xanım Melanne Verveyer onun fəaliyyətinə
belə böyük dəyər verildiyinə görə minnətdarlığını
bildirmiş və Nizami Gəncəvinin əlyazmaları ilə
tanışlığın onun üçün böyük
şərəf olduğunu qeyd etmişdir.
Azərbaycan.-2012.-
4 noyabr.- S.5.