Şirvan həm
də idmançılar şəhəridir
Şirvan şəhəri
keçən əsrin ortalarından sonra
daha sürətlə inkişaf
etməyə başladı. Neft, energetika, elektrotexnika
müəssisələrində, tikintidə işləmək
üçün nəinki Azərbaycanın,
habelə keçmiş SSRİ-nin,
xüsusilə Rusiyanın müxtəlif şəhərlərindən
buraya çoxlu sayda gənclər gəlməyə
başladılar. Çox çəkmədi
Şirvan neftçilər, energetiklər,
gənclər şəhəri kimi
şöhrət tapdı.
Gənclik isə
gözəllik, gümrahlıq, sağlamlıq deməkdir. Onu əbəs
yerə gecə-gündüz dağlara-daşlara
səs sala-sala, kükrəyə-kükrəyə
axan dağ
çayına bənzətmirlər. İnsan
ömrünün kükrəyən, çağlayan dövrünü
- gənclik illərini isə idmansız təsəvvür etmək
çətindir. Şirvan şəhərində
də adlı-sanlı idmançılar çoxdur.
Bu şəhərin
idman salnaməsini vərəqləyərkən
tanınmış idmançılar Mirələm Bayramoğlu, Ağaisa
Kamalbəyov, Hacıbala Hacıquluoğlu, Zəkulla Həbibov,
Lətif Mollayev, Gürcü
Veqa, Ağamusa Hüseynov və başqaları haqqında
müfəssəl məlumat əldə edirsən. Bütövlükdə Şirvan
şəhər idman məktəbinin
yetirmələrindən 56 nəfəri idman
ustası, 3 nəfəri dünya, 3 nəfəri
Avropa çempionudur.
5 nəfər - Tərlan Əhmədov, Səmədağa
Şıxlarov, İbad Əhmədov, Zöhrab Abbasov, Ramil Nəhmədov əməkdar məşqçidir.
Ayrı-ayrı idmançıların göstərdiyi
şücaət Şirvan şəhər
əhalisi arasında hörmətlə xatırlanır, nəsildən-nəslə
ötürülür.
Eİkinci Dünya
müharibəsi təzə qurtarsa da, onun
ağrı-acısı hələ yaddan
çıxmamışdı. İtkin yolu gözləyənlər ümidlərini
üzmürdülər. Belə vaxtda sovet təbliğat vasitələri daha güclü işləyirdi.
Şəhərlərdə, kəndlərdə konsert briqadaları, sirk
ustaları, pəhləvanlar çıxış edir, müharibə illərinin
ağrı-acısını unutdurmağa
çalışırdılar.
Bir gün xəbər
yayıldı ki, Əli Bayramlı şəhərinə
pəhləvan gəlib. "Nizami"
kinoteatrında rus pəhləvanı səhnəyə
çıxır. Onun göstərdiyi
nömrələr alqışlarla qarşılanır. Amma o özünü
çox lovğa və
təkəbbürlü aparır, hərəkətləri ilə
sanki "Yer
üzündə məndən güclüsü
yoxdur", - deyirdi.
Nömrələrin birindən sonra əda
ilə söylədi: "İndi mənimlə
güləşməyi bacaran kişi varsa, meydana çıxsın". Zala
sükut çökür.
Axı hər kəs pəhləvanla döş-döşə
gəlməyə cürət etmirdi. Cəbhədən
yeni qayıdan, güləşdən
başı çıxan bir gənc oğlan - Zəkulla Həbibov bu
vaxt özündə güc
toplayıb səhnəyə çıxdı: "Kişi mən!" Qonaq
yenə təkəbbüründən qalmadı:
- Nə qədər ki,
qol-qıçın sınmayıb, çıx get!
Zəkulla Həbibov:
- Pəhləvan
istəmirdin? Mən pəhləvan.
Rus pəhləvanı bir
söz demədən 26 yaşlı bu gənci acıqlı halda
süzür və sonra
onunla əl tutur. Əsl
hadisə də elə bundan sonra baş verir. O vaxtadək idman
müəllimi kimi tanınan Z.Həbibov rus pəhləvanının hər bir hərəkətini diqqətlə izləyir,
ona fənd işlətməyə imkan vermir. Birdən rəqibinin
üzərinə atılır və fənd işlədərək
rəqibinin ayaqlarını yerdən üzüb
onu başı üzərinə
qaldırır, bir göz
qırpımında kürəyini yerə vurur.
Rusiyadan gələn pəhləvan bunu gözləmirmiş. Pərt olduğunu büruzə verməmək üçün üzüüstə çevrilib ayağa
qalxmır. Z.Həbibov isə onu ayağa qaldırır, qucaqlayıb öpür.
Şirvanın idman tarixi yaddaqalan
belə hadisələrlə zəngindir. Bunlar
isə adlı-sanlı idman
ustalarının diqqətini cəlb etmişdir.
Vaxtilə beynəlxalq dərəcəli idman
ustası Anatoli Banişevski
demişdir: "Uzun
illərdir, Əli Bayramlı futbolçularının
oyunlarını izləyir, yeri gələndə
məsləhətlərimi də verirəm. Sevinirəm ki, ümidlərim doğrulub.
Əli Bayramlı əsl idman məktəbidir".
Bu isə məşhur voleybolçu
İnna Rıskalın sözləridir:
"Azərbaycanın Əli Bayramlı adlı kiçik şəhərində voleybolçu qızların oyununa
baxdım. Kiçik şəhərin böyük idmançılar şəhərinə
çevriləcəyinə, xüsusilə qızların Əli
Bayramlının idman həyatına böyük şöhrət gətirəcəyinə
şübhəm yoxdur". Sərbəst
güləş üzrə dünya çempionu Xəzər İsayev:
"Şirvan zonası pəhləvanları
ilə həmişə fərqlənib. Əli Bayramlı
güləşçiləri haqqında çox
eşitmişdim. Buraya
gəlişim zamanı buna bir daha əmin oldum. İnanıram ki, güclü pəhləvanlara qənim kəsilən
Əli Bayramlı güləşçilərinin xoş sorağını daha
çox eşidəcəyik". Azərbaycan
Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru,
Milli Məclisin deputatı, Azərbaycan Boks Federasiyasının vitse-prezidenti
Ağacan Əbiyev: "Boks
üzrə beynəlxalq dərəcəli hakim,
təcrübəli məşqçi Vaqif
Gözəlovun timsalında Əli Bayramlı
boksçularının gələcək uğurlarını
görürəm".
İndi Azərbaycan dünya
miqyasında idman ölkəsi kimi tanınır. Londonda keçirilən XXX Yay Olimpiadasında qazanılan nəticələr
bunu bir daha göstərdi. Əldə edilən uğurlar isə ulu
öndər Heydər Əliyev tərəfindən bütün sahələrdə olduğu kimi, idman siyasətində də həyata
keçirilən tədbirlərin məntiqi davamıdır.
Bu gün
respublikamızın hər yerində olduğu
kimi, Şirvan şəhərində
də idman inkişaf dövrünü yaşayır. Hazırda burada 4 uşaq-gənclər idman
məktəbi fəaliyyət göstərir. Yeniyetmə
və gənclər həmin məktəblərdə sərbəst
və yunan-Roma güləşi, boks, cüdo, futbol, voleybol, əl topu, şahmat, dama, stolüstü tennis idman növləri ilə
məşğul olurlar. Şirvan
şəhərində ümumilikdə 17 min
400 nəfərdən çox adam bədən tərbiyəsi və idmanla məşğul olur
ki, onlardan da 7 min 778 nəfəri
qızlardır.
Şəhər
Gənclər və İdman İdarəsi
ölkə rəhbərinin "2009-2014-cü illərdə
Azərbaycanda şahmatın inkişaf
etdirilməsi", "Azərbaycan Respublikasında 2005-2015-ci
illərdə futbolun inkişafına dair Dövlət Proqram"larının,
"Azərbaycanda bədən tərbiyəsi və
idmanın inkişafı üzrə Milli Strategiya (2009-2020-ci illər)", "Bədən
tərbiyəsi və idman haqqında"
qanundan irəli gələn vəzifələrin
icrası istiqamətində məqsədyönlü və təxirəsalınmaz
tədbirlər həyata keçirir.
İdarə tərəfindən futbolun daha da inkişaf
etdirilməsi və kütləviliyinin artırılması
istiqamətində konkret işlər
aparılmış, idarə və müəssisələrdə,
eləcə də ayrı-ayrı məhəllələrdə
futbol komandaları yaradılmış, uşaq futbolunun daha da inkişaf
etdirilməsinə nail olunmuşdur.
Bunun nəticəsində 2002-2003-cü
illərdə "Şirvan" futbol komandası respublika
çempionatının həvəskarlar liqasında 2-ci yeri, 2005-2006-cı illərdə isə 1-ci yeri tutmuşdur. Komanda 2007-ci ildə
UEFA-nın
həvəskarlar arasında 4-cü regional
yarışlarda İsveçrə, Serbiya,
Gürcüstan kimi
ölkələrin komandaları ilə mübarizə apararaq yarımqrupda 2-ci yerə
çıxmışdır. 2010-cu ildə 17 yaşlı futbolçulardan ibarət komanda
Gənclər və İdman Nazirliyi və AFFA tərəfindən təşkil
olunmuş respublika birinciliyi yarışlarında iştirak
edərək 5-ci, 1996-cı il təvəllüdlü
yeniyetmələrdən ibarət komanda
Bakı Futbol Federasiyasının təşkil
etdiyi "Sabahın ulduzları"
çempionatında 7-ci, Mingəçevir şəhərində
keçirilən beynəlxalq turnirdə 3-cü yerə layiq görülmüşdür.
Şirvan Şəhər İcra
Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı
ilə şəhərin yaşayış massivlərində
nümunəvi məhəllələr salınmış, sadə
idman qurğuları
quraşdırılaraq sakinlərin istifadəsinə verilmişdir. 2010-2011-ci illərdə şəhərin
"Təzə şəhər" və "Köhnə
şəhər" adlanan məhəllələrində
tikilən mini-futbol, voleybol
və basketbol meydançaları uşaq və yeniyetmələrin böyük sevincinə səbəb olmuşdur. Ümumiyyətlə, Şirvanda idmanın maddi-texniki
bazasının möhkəmləndirilməsi, kütləviliyinin
artırılması, yeniyetmələrin, gənclərin,
yaşlıların idmana cəlb
olunması, idarə və müəssisələrdə idman komandalarının yaradılması nəticəsində
idmanın kütləviliyi ümumşəhər xarakteri almışdır. Vaxtaşırı
olaraq keçirilən futbol,
voleybol, stolüstü
tennis, şahmat, dama yarışlarında bütün
yaşlardan olan sakinlər
fəal iştirak edirlər.
Şirvan şəhərinin
idmançıları son illər daha yüksək nəticələrə nail olmuşlar. Faktlara nəzər salaq:
2009-cu ildə respublika miqyaslı
yarışlarda şəhəri 444 nəfər yeniyetmə və
gənc təmsil edib. Onlardan
31 nəfəri 1-ci, 35 nəfəri 2-ci, 51 nəfəri
3-cü yerə layiq görülüblər.
Biləsuvar rayonunda çoxnövçülük üzrə zona yarışında şəhər
komandası 3-cü yerə, voleybol üzrə
yeniyetmələrdən ibarət komanda respublika birinciliyində 2-ci yerə
çıxmış, kişilərdən ibarət əltopu
komandası Gəncə şəhərində keçirilən
Azərbaycan çempionatında yüksək liqaya
vəsiqə qazanmışdır.
Beynəlxalq
turnirlərdə qazanılan nəticələr də sevindiricidir. 2009-cu ildə sərbəst
güləş üzrə Türkiyədə keçirilən
beynəlxalq turnirdə Cavid Dəmirov
2-ci, yunan-Roma güləşi üzrə
Bakı şəhərində keçirilən beynəlxalq
turnirdə Ümid Həmidli 3-cü, boks üzrə Heydər Əliyevin xatirəsinə
həsr olunmuş beynəlxalq turnirdə Bəxtiyar Əmirov
2-ci, yunan-Roma güləşi üzrə
Rusiyada keçirilən beynəlxalq turnirdə
Elvin Vəliyev 2-ci yerə layiq
görülmüşlər.
2010-cu ilin nailiyyətlərinə gəldikdə həmin
ildə respublika yarışlarında Şirvan şəhərini 446 nəfər
yeniyetmə və gənc təmsil edib. Onlardan 51 nəfəri 1-ci, 50 nəfəri 2-ci
və 77 nəfəri 3-cü olmuşdur.
Güləşçilər həmişəki kimi yenə də fərqlənmişlər. Həmin
ildə şəhərin gənc və yeniyetmə
tennisçiləri, voleybolçuları, şahmat
həvəskarları yüksək nəticələr əldə
etmişlər. Kikboksinq idman növü
üzrə beynəlxalq turnirdə Hüseyn
Balakişiyev, Vüsal
Muradov, Azər Məmmədov və Elnur Əliyev 1-ci, Rusiya
Federasiyasının Voronej şəhərində
təşkil edilmiş beynəlxalq turnirdə
Mirsirac Həsənov 1-ci, Rövşən
Nuruzadə, Aqşin Məmmədov və İsa Mustafayev 3-cü nəticə
göstərmişlər. Moskva şəhərində şahmat
üzrə keçirilən ənənəvi Aeroflot-Open
turnirində Gülnar Məmmədova bürünc medal
qazanmışdır. 2010-cu ildə Türkiyədə tələbələr
arasında şahmat üzrə
keçirilən dünya
çempionatında yenə də Gülnar
Məmmədova qızıl medal
mükafatçısı olmuşdur.
2011-ci ildə respublika yarışlarında şəhəri
851 nəfər yeniyetmə və gənc təmsil etmiş, qazanılan uğurlar
da sevindirici olmuşdur. Belə ki, 52 nəfər
1-ci, 46 nəfər 2-ci, 76 nəfər 3-cü yerlərə layiq görülmüşlər. Sərbəst
güləş üzrə şəhər komandası idman məktəblərinin 4-cü respublika oyunlarının zona
yarışında finala vəsiqə
qazanmışdır. Güləş Federasiyası tərəfindən
sərbəst və yunan-Roma güləşi
üzrə keçirilən respublika
turnirində şəhəri təmsil edən 6
idmançının ikisi sərbəst
güləş üzrə 2-ci, yunan-Roma
güləşi üzrə ikisi 3-cü
yerə çıxmışdır. Respublika
daxilində keçirilən digər yarışlarda da Şirvan şəhər
idmançıları müvəffəqiyyət
qazanmışlar.
Boks üzrə Heydər Əliyev kuboku uğrunda beynəlxalq
turnirdə Əli Həsənli, Zahir Məlikov
və İbrahim Məlikov 3-cü yerə
layiq görülmüşlər. Rusiya Federasiyasının Yaroslavl
şəhərində gənclər arasında 64 xanalı dama üzrə Avropa
birinciliyində Məhərrəm Fətullayev 3-cü yeri götürmüşdür.
"İdman ili" elan edilmiş
2012-ci ildə Milli Olimpiya Komitəsinin yaradılmasının
20 illiyi ilə əlaqədar silsilə tədbirlər
keçirilmişdir. İlin birinci yarısında 20 daxili tədbirdə
Şirvan şəhəri üzrə 1792 nəfər yeniyetmə
və gənc iştirak etmişdir. Respublika miqyaslı
yarışlarda şəhəri 346 nəfər təmsil
etmiş və onlardan 27-si 1-ci, 14-ü 2-ci, 31-i isə 3-cü
yerlərə layiq görülmüşlər.
Seyran CAVADOV
Azərbaycan.-2012.-
4 noyabr.- S.6.