Prezident İlham Əliyev Hindistanın kommunikasiya və informasiya texnologiyaları nazirinin
başçılıq etdiyi nümayəndə heyətini qəbul
etmişdir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev noyabrın 4-də
Hindistan Respublikasının kommunikasiya və informasiya
texnologiyaları naziri Kapil Sibalın başçılıq
etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Nazir Kapil Sibal Hindistan Prezidenti Pranab Mukhercinin və Baş nazir Manmohan Sinqhin
salamlarını dövlət başçısına
çatdırdı. Bakıda keçirilən VII İnternet İdarəçilik Forumunda iştirakından məmnunluğunu
bildirən hindistanlı qonaq tədbirin
yüksək səviyyədə təşkilinə görə
Prezident İlham Əliyevə
minnətdarlığını ifadə etdi.
Kapil Sibal Azərbaycan
Prezidentinin rəhbərliyi ilə son illər ölkəmizin əldə etdiyi böyük
uğurların onlarda dərin təəssürat
yaratdığını dedi. Nazir informasiya və kommunikasiya texnologiyaları sektorunda
ölkələrimiz arasında əməkdaşlığın
genişləndirilməsi üçün
böyük imkanların olduğunu
vurğuladı.
Dövlət
başçısı Azərbaycanın Hindistan
ilə müxtəlif istiqamətlərdə, o
cümlədən informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlığı
genişləndirməkdə maraqlı olduğunu
dedi. Ölkələrimiz arasında bir çox sahələrdə
əlaqələrin yaradıldığını vurğulayan Prezident İlham Əliyev bu münasibətlərin genişlənməsində
qarşılıqlı səfərlərin önəmini qeyd etdi.
Dövlət başçısı
Prezident Pranab Mukhercinin və Baş nazir Manmohan Sinqhin
salamlarına görə minnətdarlığını
bildirdi və onun da salamlarını Hindistanın Prezidentinə
və Baş nazirinə çatdırmağı xahiş etdi.
AzərTAc
Azərbaycan.-2012.-
5 noyabr.- S.1.