Azərbaycan Prezidenti İlham Əliyev Ümumdünya İnternet Korporasiyasının prezidenti Fadi Şehadeni qəbul
etmişdir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev noyabrın 4-də
internetin ünvan məkanını idarə edən
Ümumdünya İnternet Korporasiyasının prezidenti Fadi
Şehadeni qəbul etmişdir.
Dövlət başçısı
internetin ünvan məkanını idarə edən
Ümumdünya İnternet Korporasiyasının prezidenti Fadi
Şehadenin VII İnternet İdarəçilik Forumunda
iştirakının önəmini qeyd etdi. Prezident İlham Əliyev
Forumun Bakıda təşkil olunmasını Azərbaycanın
bu sahədə əldə etdiyi uğurların yaxşı
göstəricisi kimi dəyərləndirdi. Dövlət
başçısı ölkəmizdə azad internetin fəaliyyətinə
xüsusi diqqət verildiyini vurğuladı.
Ümumdünya İnternet
Korporasiyasının prezidenti Fadi Şehade Azərbaycanda
informasiya və kommunikasiya texnologiyaları sahəsində əldə
edilən uğurları yüksək qiymətləndirdi. O,
ünvanların idarə olunması sisteminin 14-cü regional
serverinin ölkəmizdə yaradılmasının əhəmiyyətini
vurğuladı. Qonaq bu serverin dünya üzrə 10-nun
ABŞ-da, 3-nün Avropada, 14-cünün isə Azərbaycanda
fəaliyyətə başlamasını böyük nailiyyət
kimi dəyərləndirdi və bunun regionda internetin keyfiyyətinin
artırılması işinə xidmət edəcəyinə
əminliyini bildirdi.
AzərTAc
Azərbaycan.-2012.-
5 noyabr.- S.1.