«Azərbaycan Respublikasının
dövlət müstəqilliyinin bərpasının 20 illiyi» Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə
əlaqədar «Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi
haqqında» Azərbaycan Respublikasının Qanununda
dəyişikliklər edilməsi barədə
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 9-cu bəndini
rəhbər tutaraq qərara alır:
Maddə 1. "Azərbaycan Respublikasının orden
və medallarının təsis edilməsi haqqında" Azərbaycan
Respublikası Qanununun (Azərbaycan
Respublikası Ali Sovetinin
Məlumatı, 1992, ¹ 23, maddə 996; 1993, ¹ 23-24, maddə 676;
Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2002, ¹ 5, maddə 251; 2003, ¹ 12, I kitab, maddə 677; 2005, ¹ 4,
maddə 291; 2006, ¹ 10, maddə 846; 2007, ¹ 3, maddə 213; 2008, ¹
6, maddələr 452, 472; 2009, ¹ 1, maddə 4, ¹ 5, maddə 312, ¹
7, maddələr 514, 515, ¹ 12, maddə 974; 2010, ¹ 3, maddə
174, ¹ 11, maddə 960; 2011, ¹ 11, maddə 992) 2-ci maddəsində
"Tərəqqi" medalı;" sözlərindən
sonra aşağıdakı məzmunda dördüncü hissə əlavə edilsin:
"Azərbaycan
Respublikasının dövlət müstəqilliyinin bərpasının
20 illiyi" yubiley
medalı;".
Maddə 2.
"Azərbaycan Respublikasının dövlət müstəqilliyinin
bərpasının 20 illiyi" Azərbaycan
Respublikasının yubiley medalı
haqqında Əsasnamə" təsdiq edilsin
(əlavə olunur).
Maddə 3.
"Azərbaycan Respublikasının dövlət müstəqilliyinin
bərpasının 20 illiyi" Azərbaycan
Respublikasının yubiley medalının
təsviri" təsdiq edilsin (əlavə
olunur).
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
1 oktyabr 2012-ci il
Azərbaycan.-2012.-
1 noyabr.- S. 1.