Azərbaycan
Respublikasının Samur-Yalama Milli Parkının yaradılması haqqında
Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, Azərbaycan
Respublikasının 2006-cı il 4 aprel tarixli 88-IIIQ nömrəli
Qanunu ilə təsdiq edilmiş
"Azərbaycan Respublikasını təmsil edən Maliyyə
Nazirliyi və Kreditanştalt
für Videraufbau, Frankfurt am Main
("KfW") arasında Cənubi Qafqaz
üçün Ekoregional Təbiəti
Mühafizə Proqramı çərçivəsində
"Samur-Yalama Milli
Parkının yaradılması" layihəsi üzrə
Maliyyələşdirmə Müqaviləsi" və həmin
müqaviləyə dair Xüsusi
Razılaşmaya uyğun olaraq
Azərbaycan Respublikasının götürdüyü
öhdəliklərin yerinə yetirilməsini təmin etmək
məqsədi ilə qərara alıram:
1. Azərbaycan
Respublikasının Xaçmaz rayonunun inzibati ərazisində
olan dövlət meşə fondu torpaqlarının əlavə olunan yerquruluşu
planında göstərilmiş 11772,45 hektarlıq sahəsində
Azərbaycan Respublikasının Samur-Yalama
Milli
Parkı yaradılsın.
2. Azərbaycan Respublikasının
Nazirlər Kabineti bu sərəncamdan
irəli gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 noyabr 2012-ci il
Azərbaycan.-2012.-
6 noyabr.- S.2.