Nazir Əli Abbasov: Azərbaycan internetin inkişafında fəal iştirak edir
Azərbaycan internetin inkişafında fəal iştirak edir, respublikada internetdən istifadə sərbəstdir, "Facebook"
sosial şəbəkəsinin
istifadəçilərinin sayı isə bir milyon nəfərə
yaxınlaşır.
Azərbaycan rabitə
və informasiya texnologiyaları naziri Əli Abbasov bu sözləri Bakıda keçirilən
İnternet idarəçiliyi
problemləri üzrə
forum (İGF) çərçivəsində
nazirlərin "Sıx
əlaqəli dünyada
çağırışlar" mövzusunda görüşündə
söyləmişdir.
Nazir vurğulamışdır ki, ölkəmizdə
internet xidmətlərinin inkişafına
xüsusi diqqət yetirilir. Ə.Abbasovun sözlərinə görə, internet hər
kəs üçün
əlyetərli, ondan istifadə sərbəst olmalıdır. Ə.Abbasov
vurğulamışdır: "Bu baxımdan, Azərbaycanda
internet dövlətin nəzarəti
və idarəçiliyi
altında deyildir, o, ölkənin hər bir vətəndaşı
üçün tamamilə
əlyetərlidir".
Müasir dünyanın fiziki
və virtual hissələrə
bölündüyünü qeyd edən nazir virtual məkanda da təhlükəsizliyin
təmin edilməsinin
vacibliyini vurğulamışdır. Onun sözlərinə görə,
hazırda dünya ölkələri qarşısında
duran ən mühüm vəzifələrdən
biri məhz informasiya təhlükəsizliyi,
virtual təhdidlərdən səmərəli müdafiə
məsələsidir.
Nazirlərin görüşündə
BMT Baş katibinin müavini, iqtisadi və sosial əlaqələr
departamentinin rəhbəri Vu Honqbo, BMT Beynəlxalq
Telekommunikasiya İttifaqının baş katibi Hamadun Ture,
UNESCO-nun baş direktorunun kommunikasiya və informasiya məsələləri
üzrə müavini Yanis Karklins, habelə Əfqanıstan,
Albaniya, Misir, Sloveniya, Tunis, Rusiya, Ukrayna və digər ölkələrin
nümayəndələri çıxış etmişlər.
Azərbaycan.-2012.-
6 noyabr.- S.2.