Bakı Dövlət Universitetində
Yeni Azərbaycan Partiyasının yaranmasının 20 illiyi
qeyd edilmişdir
Bakı Dövlət Universitetində
(BDU) Yeni Azərbaycan Partiyasının
(YAP) yaranmasının 20 illiyinə
həsr olunmuş tədbir keçirilmişdir.
Alim və mütəxəssislərin, təhsil
işçilərinin, tələbələrin iştirak etdikləri tədbirdə BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik
Abel Məhərrəmov ümummilli
lider, müasir
dövlətimizin memarı və qurucusu, dünya şöhrətli siyasi
xadim Heydər Əliyevin misilsiz
tarixi xidmətlərindən danışmış, ulu öndərin ideyalarının Azərbaycan
Prezidenti İlham Əliyev
tərəfindən uğurla həyata keçirildiyini vurğulamışdır.
Rektor dahi rəhbər
Heydər Əliyevin yaradıcısı olduğu
Yeni Azərbaycan Partiyasının ölkəmizin
ictimai-siyasi həyatındakı müstəsna
rolundan, respublikamızda qazanılan nailiyyətlərdən
bəhs etmişdir.
Yeni Azərbaycan Partiyası sədrinin
müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov
YAP-ın yaranma tarixi,
inkişaf mərhələləri,
ölkəmizin ictimai-siyasi həyatındakı
tarixi xidmətləri barədə
danışmışdır. Bildirmişdir
ki, YAP obyektiv tarixi zərurətdən
yaranmışdır.
1991-ci
ildə Azərbaycanın müstəqilliyini bərpa etdiyini xatırladan Ə.Əhmədov qeyd etmişdir ki, həmin dövrdə ölkəmizin
iqtisadiyyatında və digər sahələrdə ciddi tənəzzül özünü
göstərirdi, respublikada
özbaşınalıq, hərc-mərclik hökm
sürürdü. Reallıq ondan ibarət idi ki, o zaman hakimiyyətdə olan insanların
bacarıqsızlığı, səriştəsizliyi
ucbatından Azərbaycan çox
ağır böhran şəraiti ilə
üzləşmişdi. İnsanlar düçar olduqları ağır bəladan
çıxış yolları axtarırdılar,
düşünürdülər. Bu düşüncələrin,
axtarışların məntiqi nəticəsi olaraq
onlar yalnız ulu
öndər Heydər Əliyevə inam bəsləyirdilər.
İnsanlar bu qənaətə
gəlmişdilər ki, Azərbaycanı düçar olduğu
ağır böhrandan,
bütövlükdə ölkəni dağılmaq, parçalanmaq təhlükəsindən
yalnız ümummilli lider Heydər Əliyev xilas
edə bilər.
Yaranmış
ağır vəziyyətdən çıxış yolunu Heydər Əliyevin hakimiyyətə
qayıdışında görən intellektli
insanlar bu real düşüncələrini sivil yollarla həyata
keçirmək istəyirdilər. Beləliklə, Yeni Azərbaycan Partiyasının yaranması
ideyası mühüm əhəmiyyət
kəsb etmişdi. YAP-ın
yaradılması ulu öndər Heydər
Əliyev şəxsiyyəti və
fenomeni ilə birbaşa
əlaqədar idi. Bu
partiyanın yaranması
insanların böyük şəxsiyyətə
inamını daha da
artırdı.
Ə.Əhmədov
xatırlatmışdır ki, Yeni Azərbaycan Partiyasının
yaranmasından, 1993-cü ildə xalqın təkidli tələbi
ilə partiyanın sədri, ümummilli lider Heydər Əliyevin ikinci
dəfə hakimiyyətə qayıdışından sonra ölkəmizdə hərc-mərcliyə
son qoyulmuş, əmin-amanlıq,
sabitlik bərqərar edilmiş,
Azərbaycanın düçar olduğu
dağılmaq təhlükəsi
sovuşmuş, respublikamız
sürətli inkişaf yoluna
çıxmışdır.
Müdrik rəhbər Heydər Əliyev
şəxsiyyətinin böyüklüyündən bəhs
edən Ə.Əhmədov müstəqil dövlətimizin
yaranmasında, qorunub saxlanmasında və
dünyada tanınmasında ulu öndərin əvəzsiz rolundan
bəhs etmişdir.
Ümummilli lider Heydər Əliyev
siyasətinin əhəmiyyətindən danışan Ə.Əhmədov
dahi rəhbərin siyasətinin Azərbaycan
Prezidenti İlham Əliyev
tərəfindən əzmlə davam etdirildiyini bildirmiş,
respublikamızın dinamik inkişaf
etdiyini, beynəlxalq aləmdə nüfuzunun artdığını, dünya ölkələri arasında
özünə layiqli yer tutduğunu
diqqətə çatdırmışdır.
Prezident İlham Əliyevin
apardığı məqsədyönlü siyasətin uğurlu nəticələrindən
bəhs edən Ə.Əhmədov Azərbaycanın daha parlaq gələcəyinə,
xalqımızın nurlu sabahına
inamını ifadə etmişdir.
YAP Yasamal rayon təşkilatının
sədri, professor Fikrət
İsmayılov, BDU-nun tarix
fakültəsinin dekanı Azad Rzayev ümummilli lider Heydər Əliyev ideyalarının əbədi
yaşayacağını vurğulamışlar.
Tədbirdə BDU-nun ayrı-ayrı fakültələrində
təhsil alan tələbələrin bir qrupu YAP-a üzv qəbul olunmuşdur.
Sonra YAP Yasamal rayon ərazi ilk partiya təşkilatlarının futbol komandaları arasında təşkil olunan yarışların bağlanış mərasimi
keçirilmişdir.
Yarışın qalibi Dövlət
Sosial Müdafiə Fondunun komandası olmuşdur.
AzərTAc
Azərbaycan.-2012.-
6 noyabr.- S.3.