«Azərbaycan Respublikasının
dövlət müstəqilliyinin bərpasının 20 illiyi» Azərbaycan
Respublikasının yubiley medalı haqqında Əsasnamə
Azərbaycan Respublikasının
2012-ci il 1 oktyabr tarixli Qanunu ilə təsdiq edilmişdir
Maddə 1. Təltif edilən şəxslər
"Azərbaycan Respublikasının
dövlət müstəqilliyinin bərpasının 20
illiyi" Azərbaycan Respublikasının yubiley medalı ilə
Azərbaycan Respublikasının dövlət müstəqilliyinin
bərpası uğrunda fəal iştiraka görə, Azərbaycan
Respublikasının dövlət müstəqilliyinin qorunub
saxlanılmasında və inkişafında xüsusi xidmətlərə
görə Azərbaycan Respublikasının vətəndaşları,
əcnəbilər və vətəndaşlığı
olmayan şəxslər təltif edilirlər.
Maddə 2. Təltif edən orqan
"Azərbaycan Respublikasının
dövlət müstəqilliyinin bərpasının 20 illiyi"
Azərbaycan Respublikasının yubiley medalı ilə bu Əsasnamənin
1-ci maddəsində göstərilən şəxslər
müvafiq icra hakimiyyəti orqanı tərəfindən təltif
edilirlər.
Maddə 3. Taxılma qaydası
"Azərbaycan Respublikasının
dövlət müstəqilliyinin bərpasının 20 illiyi"
Azərbaycan Respublikasının yubiley medalı
döşün sol tərəfinə, Azərbaycan
Respublikasının digər orden və medalları olduqda,
"Tərəqqi" medalından sonra taxılır.
Azərbaycan.-2012.-
6 noyabr.- S.3.