Azərbaycan Prezidenti
İlham Əliyev Avropa
Komissiyasının elektron
gündəlik məsələləri üzrə
vitse-prezidentini qəbul etmişdir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev noyabrın 7-də
Avropa Komissiyasının elektron gündəlik məsələləri
üzrə vitse-prezidenti xanım Neelie Kroesi qəbul
etmişdir.
Xanım Neelie Kroes ölkəmizdə
gedən inkişaf proseslərinin onda dərin təəssürat
yaratdığını dedi. O, VII İnternet İdarəçilik
Forumunun Bakıda yüksək səviyyədə təşkil
olunmasına görə dövlət başçısına
minnətdarlığını bildirdi. Xanım Neelie Kroes
elektron kütləvi informasiya vasitələrinin, azad internetin
inkişafının və elektron hökumət layihəsinin
böyük önəm daşıdığını
vurğuladı.
Dövlət başçısı
Avropa Komissiyasının elektron gündəlik məsələləri
üzrə vitse-prezidenti xanım Neelie Kroesin Forumda
iştirakının əhəmiyyətini qeyd etdi. Forumu
ölkəmizdə informasiya və kommunikasiya texnologiyaları
sektorunda görülən işlərin nəticəsi kimi dəyərləndirən
Prezident İlham Əliyev internetin və elektron kütləvi
informasiya vasitələrinin Azərbaycanda bundan sonra da
inkişaf etdiriləcəyinə əminliyini bildirdi. Dövlət
başçısı ölkəmizdə genişzolaqlı
internet xidmətinin yaradılması istiqamətində
görülən tədbirlərin əhəmiyyətini
qeyd etdi.
Görüşdə Azərbaycan ilə
Avropa Komissiyası arasında əməkdaşlığın
müxtəlif istiqamətlərdə, o cümlədən
informasiya və kommunikasiya texnologiyaları sahəsində daha
da inkişaf etdirilməsi ilə bağlı məsələlər
ətrafında fikir mübadiləsi aparıldı.
AzərTAc
Azərbaycan.-2012.-
8 noyabr.- S.1.