Amerika Birləşmiş Ştatlarının
Prezidenti zati-aliləri cənab Barak Obamaya
Hörmətli cənab Prezident!
Amerika Birləşmiş
Ştatlarının Prezidenti vəzifəsinə
yenidən seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Seçkilərdə qələbəniz dost
Amerika xalqının Sizə inam və etimadının, həyata keçirdiyiniz daxili və
xarici siyasət xəttinə dəstəyinin
real ifadəsidir.
Azərbaycan ilə
Amerika Birləşmiş
Ştatlarını bütün sahələrdə
səmimi dostluq və
qarşılıqlı faydalı əməkdaşlıq
münasibətləri birləşdirir. Dünyanın
enerji təhlükəsizliyinin təmin
edilməsi, beynəlxalq terrorizmə qarşı mübarizə,
münaqişə zonalarında sülhün
və sabitliyin əldə edilməsi
işində birgə iştirakımız dövlətlərarası
münasibətlərimizi strateji tərəfdaşlıq
səviyyəsinə yüksəltmişdir.
İnanıram
ki, Sizin növbəti
prezidentliyiniz dövründə Azərbaycanla
Amerika Birləşmiş Ştatları
arasında qarşılıqlı maraqlara
və ümumi dəyərlərə əsaslanan
strateji tərəfdaşlığımız
daha da genişlənəcək
və möhkəmlənəcək, ölkələrimiz
birlikdə beynəlxalq təhlükəsizlik, iqtisadi
inkişaf və demokratik
islahatlar sahəsində sıx əməkdaşlığı
uğurla davam etdirəcəklər.
Azərbaycan,
həmçinin iyirmi ildən artıq davam edən Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin
sülh yolu ilə ədalətli,
beynəlxalq hüquq çərçivəsində
həlli istiqamətində ATƏT-in Minsk
qrupunun həmsədri kimi
Birləşmiş Ştatların və şəxsən Sizin səylərinizə böyük ümidlər bəsləyir.
Cənab Prezident, bir daha Sizə səmimi təbriklərimi və ən
xoş arzularımı yetirir,
dost Amerika
xalqının rifahı naminə fəaliyyətinizdə daha böyük uğurlar arzulayıram.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Preziden
Bakı şəhəri,
7 noyabr 2012-ci il
Azərbaycan.-2012.-
8 noyabr.- S.1.