Ə.Ə. Məmmədova «Azərbaycan Respublikası
Prezidentinin fəxri
diplomu»nun verilməsi haqqında
Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Milli Olimpiya
Komitəsinin yaradılmasının 20 illik yubileyi münasibətilə
və idmanın inkişafında xidmətlərinə görə
Ələkbər Əmir oğlu Məmmədova "Azərbaycan
Respublikası Prezidentinin fəxri diplomu" verilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
5 noyabr 2012-ci il
Azərbaycan.-2012.-
8 noyabr.- S.2.