Qürurdan qaynaqlanan sevinc hissi
Ölkəmizin hər
yerində böyük coşqu
ilə zamanın tələbindən yaranmış, Azərbaycan
vətəndaşlarının bütün
arzu və istəklərinin tərənnümçüsü,
ölkəmizin sürətli inkişafına töhfə verən
böyük siyasi təşkilatın-Yeni
Azərbaycan Partiyasının 20 illik
yubileyi təntənə ilə qeyd edilir.
Yeni Azərbaycan Partiyası dedikdə,
dərin minnətdarlıq duyğusu ilə
ümummilli lider Heydər
Əliyevi yada salır, onun
hər birimizə örnək olan bənzərsiz
ömür yoluna nəzər
yetirməli oluruq.
Ümummilli liderimiz Heydər
Əliyev ikinci dəfə Azərbaycana rəhbərlik
etdiyi on ildə respublikamız bütün
sahələrdə inkişaf etdi, güclü dövlətə
çevrildi. İnkişaf
edən iqtisadiyyatımız, nizami ordumuz
yaradıldı.
Bu gün ulu öndərin siyasi kursunu Prezident İlham Əliyev uğurla
davam etdirir. Bütün bölgələrimiz kimi, Yevlax da
inkişaf edir, gözəlləşir,
abadlaşır. İnsanlar daha firavan
yaşayırlar.
Yevlax şəhərinin "Sahil" istirahət mərkəzində
partiyanın yubileyi münasibətilə
keçirilən tədbirdəki bütün
çıxışlarda bu fikirlər təkrar-təkrar
vurğulandı.
Tədbiri
Milli Məclisin deputatı, YAP Yevlax rayon təşkilatının
sədri İlham Məmmədov
açdı. O, keçən dövr ərzində
görülmüş işlərin
böyüklüyünə diqqət çəkdi və bildirdi ki, xalqı bəlalardan,
müstəqil dövlətçiliyimizi məhv olmaqdan xilas etmiş ümummilli liderin
formalaşdırdığı bu siyasi təşkilatın 20 illik
fəaliyyəti o qədər əhatəlidir
ki, onun əzəmətini
sözlərlə ifadə etmək çətindir. YAP yarandığı gündən vəzifələrinin
öhdəsindən uğurla gəlir.
İstər seçkilərin keçirilməsi, istərsə
də partiyanın nüfuzunun gücləndirilməsi,
həyata keçirilən siyasətin insanlar
tərəfindən daha yaxşı qəbul
olunması və təşviq edilməsi istiqamətində partiya öz vəzifələrini
ardıcıl şəkildə, müvəffəqiyyətlə
yerinə yetirir. Bu gün partiyanın ən böyük
uğurlarından biri onun
sıralarının günbəgün genişlənməsidir.
Böyük sevinc
hissilə qeyd edildi ki, YAP Yevlax rayon təşkilatının
üzvlərinin də sayı artır. İndi
təşkilatın üzvlərinin sayı 7400 nəfərdir.
Bu, sadəcə statistika
deyil, Azərbaycan vətəndaşlarının
Prezident İlham Əliyevin
siyasətinə münasibətidir. YAP Azərbaycanda fəaliyyət
göstərən partiyalardan ən demokratiki, daim mübariz əhval-ruhiyyədə olan bir partiyadır.
Şəhər
icra hakimiyyətinin baş
referenti Vaqif Əliyev
ŞİH başçısı Qoca Səmədovun yubileylə bağlı təbrik məktubunu
oxudu. Təhbrik məktubunda deyilirdi:
"20 il ərzində ölkəmizdə əldə
olunan nailiyyətlər, qələbələr,
Azərbaycanın müasir, güclü dövlətə çevrilməsi,
sözün həqiqi mənasında, Yeni Azərbaycan Partiyasının şərəfli
tarixini ifadə edir.
Partiyanın keçdiyi yolu
Azərbaycanın bu illər ərzində
keçdiyi yoldan
ayrı təsəvvür etmək mümkün
deyildir.
Müstəqil
Azərbaycanın əldə etdiyi bütün uğurlar,
yüksək nailiyyətlər, respublikamızın sosial-iqtisadi inkişafı ümummilli
liderimiz Heydər Əliyevin
yaratdığı Yeni Azərbaycan
Partiyasının fəaliyyətilə bilavasitə
bağlıdır.
Xalqın
arzularının təcəssümü, yekdil
iradəsinin ifadəsi olan Yeni
Azərbaycan Partiyasının üzvləri Azərbaycan cəmiyyətinin
inkişafında və yeniləşməsində, dövlət
quruculuğunda yaxından iştirak
etmiş, uğurlara imza atmışdır.
Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və
qayğısı sayəsində son 9 il ərzində şəhərimizdə həyata
keçirilən geniş abadlıq, quruculuq, tikinti işlərində
Yeni Azərbaycan Partiyasının Yevlax rayon təşkilatının
üzvləri də fəal iştirak
etmişlər".
Tədbirdə
YAP Yevlax rayon təşkilatının
bir qrup fəalına
təşkilatın fəxri fərmanları və qiymətli
hədiyyələr təqdim edildi.
Sonra YAP Yevlax rayon təşkilatının aparat
rəhbəri Əli Quliyev
çıxış etdi. Bildirdi
ki, yubileylə bağlı YAP Yevlax rayon təşkilatı
geniş tədbirlər planı
hazırlayıb həyata keçirmişdir.
Buraya şəhər məktəbliləri
arasında şahmat
yarışlarının, inşa yazı
müsabiqəsinin, 9 rayon təşkilatının
komandaları arasında mini-futbol turnirinin keçirilməsi və s. daxildir.
YAP
Siyasi Şurasının üzvü,
ekologiya və təbii sərvətlər
nazirinin müavini Firdovsi Əliyev
bildirdi ki,
ölkədə bütün sahələrdə
olduğu kimi, ekologiya sahəsində, ətraf mühitin sağlamlaşdırılmasında
da böyük layihələr
həyata keçirilib və bu iş davam
etdirilir. Ölkə başçısının qayğı
və diqqəti sayəsində Yevlax da daxil olmaqla
ölkənin hər yerində əhalinin içməli suya olan tələbatının
yüksək səviyyədə ödənilməsi üçün böyük
layihələr icra edilir.
Təmizləyici qurğuların işə
salınması nəticəsində əhali Beynəlxalq Səhiyyə
Təşkilatının standartlarına cavab
verən su ilə təmin olunur.
Ölkəmizdə aparılan düzgün
siyasətin nəticəsidir ki, ekoloji problemlərin həlli istiqamətində
də uğurlara
nail olunur. Bu, insanların sağlamlığına xidmət
edir.
Rayon prokuroru, baş
ədliyyə müşaviri Elxan Pənahov, Yeni Azərbaycan
Partiyası mərkəzi aparatının məsul işçisi Araz Xudadanov, YAP üzvü Qənimət Qaraşov
və başqaları çıxışlarında siyasi həmfikirlərini şərəfli yubiley münasibətilə təbrik edərək
partiyanın ötən dövr ərzindəki fəaliyyətindən söz açdılar. Qeyd edildi
ki bu gün möhtərəm
Prezident İlham Əliyevin
rəhbərliyi altında xalqımız gözəl günlər
yaşayır, ölkəmizdə sabitlik hökm sürür, əmin-amanlıq,
insanların rifah halının durmadan yaxşılaşdırılması və
s. həyatımızın istiqamətini
müəyyən edir. Bunda
YAP-ın böyük xidmətəlri var. Ölkə başçısının
apardığı uğurlu daxili və xarici siyasət
Azərbaycanı regionun qüdrətli
dövlətinə çevirib. Ölkəmizin
səsi ən mötəbər məclislərdən gəlir.
Bu yolla inamla addımlayan Azərbaycanı daha işıqlı və nurlu
gələcək gözləyir.
Yeni Azərbaycan Partiyasının
yaranmasının 20 illik tarixi
Yevlaxda təntənə ilə keçdi. Səmimi ovqatda saatlarla davam edən tədbirə musiqi
töhfələri ilə rəngarəngliyi isə Gəncə
Dövlət Filarmoniyasının F.Əmirov adına Kamera Orkestri və məşhur
"Göygöl" xalq
çalğı alətləri ansamblının kollektivləri
bəxş etdilər.
Mərasim Kür çayı sahilindəki Bulvar istirahət mərkəzində xüsusi konsert proqramı
ilə davam etdi.
Əminə YUSİFQIZI,
YAP Yevlax rayon təşkilatı
Qadınlar
Şurasının sədri
Azərbaycan.-2012.-
8 noyabr.- S.4.