Azərbaycan ilə İtaliya arasında müdafiə sahəsində əməkdaşlıq
haqqında saziş imzalanmışdır
Azərbaycan
Respublikasının müdafiə naziri, general-polkovnik Səfər
Əbiyev noyabrın 6-dan İtaliya Respublikasında rəsmi səfərdədir.
Azərbaycanın Müdafiə Nazirliyinin
mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki,
general-polkovnik Səfər Əbiyevin İtaliya
Respublikasının müdafiə naziri, admiral Campaola Di Paola
ilə əvvəlcə təkbətək, sonra isə
geniş tərkibli görüşü olmuşdur.
Görüşdə Azərbaycan ilə
İtaliya respublikaları arasında hərbi əməkdaşlıq
əlaqələrinin inkişafı məsələləri
müzakirə olunmuşdur.
İyirmi ildir Azərbaycan
torpaqlarının erməni işğalı altında
olduğunu, nəticədə bir milyon insanın öz
yurd-yuvasından qaçqın düşdüyünü və
BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin
tələblərinin Ermənistan tərəfindən yerinə
yetirilmədiyini diqqətə çatdıran nazir Səfər
Əbiyev bildirmişdir ki,
münaqişənin sülh yolu ilə həll edilməsində
ATƏT-in Minsk qrupunun fəaliyyəti heç bir nəticə
vermir. Ona görə də biz bu məsələnin üzərində
ciddi düşünürük və Azərbaycan öz ərazilərini
işğaldan azad etmək üçün nə
lazımdırsa edəcəkdir.
Görüşün sonunda Azərbaycan
Respublikası ilə İtaliya Respublikası arasında
müdafiə sahəsində əməkdaşlıq
haqqında saziş imzalanmışdır.
Noyabrın 7-də isə Azərbaycan
Respublikasının müdafiə naziri Səfər Əbiyev
müdafiə sənayesi obyektlərinə baş çəkəcək
və İtaliya istehsalı olan silah və texnika ilə
tanış olacaqdır.
Azərbaycan.-2012.-
8 noyabr.- S.5.