Bakıda Azərbaycan-ABŞ informasiya-kommunikasiya texnologiyaları forumu keçirilmişdir

 

 Noyabrın 7-də "Four seasons" hotelində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN), Azərbaycanda Amerika Ticarət Palatası (AMCHAM) və Birləşmiş Ştatların ölkəmizdəki səfirliyinin birgə təşkilatçılığı ilə ABŞ-Azərbaycan informasiya-kommunikasiya texnologiyaları (İKT) forumu keçirilmişdir.

AzərTAc xəbər verir ki, tədbirdə RİTN və səfirliyin əməkdaşları, hər iki ölkənin yüksək vəzifəli dövlət rəsmiləri, ictimaiyyət nümayəndələri və KİV-lərin təmsilçiləri iştirak etmişlər.

Tədbiri açan AMCHAM-ın icraçı direktoru Nərgiz Nəsrullayeva-Müdüroğlu informasiya texnologiyalarının inkişaf etdirilməsinin vacibliyindən söz  açmış, ölkəmizin hərtərəfli yüksəlişini daha da gücləndirmək üçün bu sahənin əhəmiyyətini vurğulamışdır.

ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar İKT-ni ölkələrin demokratik inkişafının bir göstəricisi kimi qiymətləndirmiş və respublikamızın bu sahədə regiondadünyada qabaqcıl ölkələrdən olduğunu qeyd etmişdir. ABŞ-ın ölkəmizi bu sahədə dəstəklədiyini vurğulayan səfir bu sektor üzrə Azərbaycan ilə əməkdaşlıqda maraqlı olduqlarını diqqətə çatdırmışdır.

AMCHAM-ın İKT komitəsinin sədri Rüfət Hacıəlibəyov təmsil etdiyi qurumun Azərbaycanda gördüyü işlər və gələcək planları haqqında məlumat vermişdir.

"ABŞ-Azərbaycan İKT əməkdaşlığı" mövzusundakı birinci sessiyada rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov ölkəmizdə son illər İKT sektorunda aparılan islahatlar və həyata keçirilən layihələr haqqında tədbir iştirakçılarına məlumat vermişdir. Forumu yüksək qiymətləndirən nazir Azərbaycanın beynəlxalq aləmdə tolerant, neft sektorundan sonra qeyri-neft sektorunu, o cümlədən də İKT sahəsini inkişaf etdirən nümunəvi ölkə olduğunu  qeyd etmişdir. "Trans-Avrasiya Super İnformasiya Magistralı" (TASİM) layihəsi, eləcə də regional layihələrdən söz açan nazir ABŞ ilə süni peyk sahəsində əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri, "Microsoft" ilə Azərbaycan hökuməti arasında imzalanmış saziş, bu şirkətin ölkəmizdə Data Mərkəzinin yaradılması və sair məsələlər haqda da məlumat vermişdir. Ə.Abbasov bildirmişdir ki, Azərbaycanda internetin yayılması 65 faiz təşkil edir ki, bunun 30 faizi genişzolaqlıdır. Ölkəmizin bütün ərazisi mobil rabitə və internet ilə əhatə olunmuş, abunəçilərin sayı artmaqda davam edir. Bu göstəricilər üzrə Azərbaycan AsiyadaAvrasiyada aparıcı ölkələrdən biridir. Ə.Abbasov ölkəmizdə "Elektron hökumət" quruculuğu istiqamətində aparılan tədbirlərin beynəlxalq təcrübəyə, o cümlədən ABŞ təcrübəsinə əsaslandığını vurğulamışdır.

ABŞ Dövlət Departamentinin İKT üzrə əlaqələndiricisi, səfir Filip Verveyer Azərbaycanın İKT-nin inkişafına görə regiondadünyada qabaqcıl ölkələrdən olmasını təqdirəlayiq hal kimi dəyərləndirmişdir. Birləşmiş Ştatların Azərbaycan ilə bu sahədə əməkdaşlıq etməkdə maraqlı olduğunu qeyd edən ABŞ rəsmisi, forumuniki ölkə arasındakı əməkdaşlıq memorandumunun əhəmiyyətini vurğulamışdır.

Birinci sessiyanın sonunda Ə.AbbasovF.Verveyer RİTN ilə Dövlət Departamenti arasında İKT sahəsində əməkdaşlığa dair anlaşma memorandumunu imzalamışlar.

İmzalanma mərasimindən sonra Ə.AbbasovF.Verveyer birgə mətbuat konfransı keçirmişlər.

Mətbuat konfransında ölkələrimiz arasındakı ikitərəfli münasibətlərin inkişafı yüksək qiymətləndirilmiş, imzalanan memorandumun xüsusilə Azərbaycan üçün geniş imkanlar açacağı qeyd edilmişdir.

Sonra "Azərbaycanda İKT sektorunda investisiyalar üçün perspektivlər və cari layihələr" mövzusunda ikinci sessiya keçirilmişdir.

Bu sessiyada "İKT Fondu: İKT sektorunda birgə investisiyalar üçün yeni imkanlar", "İnkişaf etməkdə olan internet və onun mobil şəbəkə operatorlarına qlobal təsiri", "Azərbaycanda genişzolaqlı şəbəkələrin inkişafı, iqtisadi şaxələndirmə və artım savadlı və demokratik cəmiyyət quruculuğu üçün əsasdır", "Müasir texnologiyalara keçid - Azərbaycanda səmərəli ittifaqın nümunələri" və digər mövzularda məruzələr dinlənilmişdir.

 

 

Azərbaycan.-2012.- 8 noyabr.- S.5.