Bakıda II Respublika Bayraq
Festivalı keçirilmişdir
Noyabrın
7-də Bakı İdman
Sarayında Gənclər
və İdman Nazirliyinin (GİN) təşkilatçılığı
ilə II Respublika Bayraq Festivalı keçirilmişdir.
AzərTAc xəbər verir
ki, festival Prezident İlham Əliyevin "Azərbaycan Respublikasının
Dövlət Bayrağı
Gününün təsis
edilməsi haqqında"
2009-cu il 17 noyabr tarixli sərəncamına
və "Azərbaycan
gəncliyi 2011-2015-ci illərdə"
Dövlət Proqramına
əsasən təşkil
edilmişdir.
Tədbirdə dövlət rəsmiləri,
qeyri-hökumət təşkilatlarının
nümayəndələri, tələbələr, Dövlət
Sərhəd Xidmətinin,
Daxili Qoşunların
zabit və əsgərləri, gənclər
təşkilatlarının üzvləri iştirak etmişlər.
Festival Azərbaycan
Respublikasının dövlət
himninin səsləndirilməsi
ilə açıq elan olunmuşdur.
Sonra tədbir
iştirakçılarına Azərbaycan
Respublikası bayrağının
tarixi haqqında ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, hər zaman başımızın
üzərində dalğalanan
üçrəngli bayraq
ilk dəfə 1918-1920-ci illərdə
Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı
kimi təsdiqlənmişdir.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev tədbir iştirakçılarını
9 noyabr - Dövlət
Bayrağı Günü
münasibətilə təbrik
etmişdir. Nazir müavini
Bakı şəhərindəki
Dövlət Bayrağı
Meydanının ölkəmizə
gələn xarici qonaqların hər zaman diqqətini cəlb etdiyini bildirmişdir.
Festival çərçivəsində
keçirilmiş gənc
rəssamların müsabiqəsinin
qalibləri mükafatlandırılmışlar.
Tədbirdə tanınmış incəsənət
ustalarının iştirakı
ilə geniş konsert proqramı təqdim olunmuşdur.
Festivalın sonunda tədbir
iştirakçılarının müşayiəti ilə
Bakı İdman Sarayının yaxınlığında
şarlardan düzəldilmiş rəmzi bayraq maketi havaya
buraxılmışdır.
Azərbaycan.-2012.-
8 noyabr.- S.7.