Çexiya
Respublikası Parlamentinin Deputatlar
Palatasının Xarici əlaqələr
komitəsi sədrinin müavini,
Çexiya-Azərbaycan parlamentlərarası dostluq
qrupunun rəhbəri Yan
Hamaçekin «Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu»
ilə təltif edilməsi haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası ilə
Çexiya Respublikası arasında dostluq əlaqələrinin
inkişafına verdiyi töhfələrə görə Yan
Hamaçek "Azərbaycan Respublikası Prezidentinin fəxri
diplomu" ilə təltif edilsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
8 noyabr 2012-ci il
Azərbaycan.-2012.-
9 noyabr.- S.1.