Heydər Əliyev Fondunun
vitse-prezidenti Leyla
xanım Əliyevanın
təşəbbüsü ilə Həştərxan şəhərinin yuxarı
sinif şagirdləri arasında «Təbiəti mühafizə»
mövzusunda inşa yazı müsabiqəsinə
başlanılmışdır
Xəbər verdiyimiz kimi, Heydər Əliyev
Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər
Təşkilatının (RAGT) sədri Leyla xanım Əliyeva
sentyabrın 12-də Rusiya Federasiyasının Həştərxan
şəhərində Heydər Əliyev adına 11 nömrəli
orta məktəbdə RAGT-nin Həştərxan bölməsinin
üzvləri ilə görüşmüşdür.
Leyla xanım Əliyeva görüşdə
çıxış edərək bildirmişdir ki, RAGT-nin Həştərxan
bölməsi ən fəal regional bölmələrdən
biridir. RAGT Həştərxanda çoxlu sayda layihə, o
cümlədən təhsil sahəsində layihələr həyata
keçirir. Leyla xanım Əliyeva
çıxışında Həştərxan şəhərinin
ümumtəhsil müəssisələrinin yuxarı sinif
şagirdləri arasında "Təbiəti mühafizə"
mövzusunda müsabiqə keçirilməsini təklif
etmişdir.
Səfər
çərçivəsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva Həştərxan
vilayətinin qubernatoru Aleksandr
Jilkin ilə görüşdə Heydər Əliyev Fondunun
təşəbbüsü ilə Azərbaycanda IDEA (International Dialogue for Environmental Action) Ətraf Mühitin
Mühafizəsi naminə Beynəlxalq Dialoq
Kampaniyasının başlandığını, ötən dövr ərzində
bu kampaniya çərçivəsində
çoxlu maraqlı layihələrin həyata
keçirildiyini, təxminən 60 min ağac əkildiyini, konfranslar, seminarlar təşkil
edildiyini diqqətə
çatdırmışdır. O, həmçinin bildirmişdir ki, Heydər Əliyev Fondunun
Rusiya Nümayəndəliyi ətraf mühitin mühafizəsinə dair IDEA layihəsini Həştərxan şəhərində
həyata keçirməyi planlaşdırır.
Leyla xanım Əliyevanın Həştərxan
məktəbliləri arasında "Təbiəti mühafizə"
mövzusunda inşa
yazı müsabiqəsinin keçirilməsi təklifi qubernator tərəfindən razılıqla
qarşılanmışdır.
AzərTAc
xəbər verir ki,
Heydər Əliyev Fondunun, Rusiyanın Azərbaycanlı
Gənclər Təşkilatının və Həştərxan
Vilayət Administrasiyasının birgə təşkilatçılığı
ilə artıq Həştərxan
şəhər məktəblərinin IX, X və XI sinif
şagirdləri arasında "Təbiəti mühafizə" mövzusunda
inşa yazı müsabiqəsinə
başlanılmışdır.
Noyabr-dekabr aylarını əhatə edəcək
müsabiqəyə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi
Günündə yekun vurulacaqdır.
Qaliblər fəxri fərman və qiymətli
hədiyyələrlə mükafatlandırılacaqlar.
Azərbaycan.- 2012.-
9 noyabr.- S.5.