Bakı Metropoliteninin 45 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilmişdir
Bakı metrosunun fəaliyyətə
başlamasının 45 illik yubileyi və metropoliten
işçilərinin peşə bayramı günü
münasibətilə Müslüm Maqomayev adına Azərbaycan
Dövlət Filarmoniyasında təntənəli mərasim
keçirilmişdir.
AzərTAc
xəbər verir ki, mərasimdə
dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, elm,
mədəniyyət, siyasət xadimləri, "Metro" Beynəlxalq Assosiasiyasına daxil olan metropolitenlərin,
istehsalat müəssisələrinin rəhbərləri
və nümayəndələri iştirak
etmişlər.
Yubiley tədbirində əvvəlcə
dövlət himni səsləndirilmişdir.
Sonra Bakı Metropoliteninin rəisi
Tağı Əhmədov Prezident İlham Əliyevin noyabrın 7-də metropoliten əməkdaşlarının fəxri
adlara, dövlət mükafatlarına və
Prezidentin fərdi təqaüdünə layiq görülməsi ilə bağlı sərəncamlarını
oxumuş, bunu metro işçilərinə dövlət səviyyəsində göstərilən
diqqət və qayğının təzahürü kimi qiymətləndirmişdir.
Bakı Metropoliteninin 45 illik fəaliyyəti
barədə geniş məruzə ilə
çıxış edən Tağı Əhmədov daim inkişafda olan metronun paytaxt
Bakı üçün əhəmiyyətini
vurğulamışdır. Dövlət
başçısının 2011-ci ilin
martında imzaladığı "Bakı Metropoliteninin
perspektiv inkişafı ilə
bağlı əlavə tədbirlər haqqında" sərəncamına
əsasən hazırlanan "Bakı Metropoliteni
xətlərinin Konseptual İnkişaf
Sxemi"ndən və Bakı Metropoliteninin
inkişafına dair Dövlət
Proqramının uğurlu
icrasından danışan T.Əhmədov metropolitenin
qarşıdakı 20 il üçün
inkişaf planına uyğun
olaraq yeraltı polad
yolların uzunluğunun 119 kilometrə,
stansiyaların sayının isə 76-ya
çatdırılacağını demişdir.
"Bu gün Bakını metrosuz təsəvvür etmək mümkün deyildir. Azərbaycanın memarlıq ənənələrini
və milli koloriti əks
etdirən metronun stansiyaları -
yeraltı sarayları əsl incəsənət
əsərləridir" - deyən T.Əhmədov bildirmişdir ki,
hazırda Bakı Metropoliteni
"İçərişəhər-Həzi Aslanov"
və "Xətai-Dərnəgül" xətlərindən
ibarətdir. Metropolitendə 52 eskalator
işə salınmışdır. Metro
tunellərinin ümumi uzunluğu
91,36 kilometrdir.
Bakı Metropoliteninin rəisi qeyd etmişdir ki, dövlətimizin
diqqət və qayğısı sayəsində metropoliten hazırda yeni stansiyaların inşasını fəal
surətdə həyata keçirir. Son üç il ərzində rahatlığı və
dizaynı ilə seçilən "Nəsimi",
"Azadlıq prospekti" və "Dərnəgül"
stansiyaları istismara verilmişdir.
"Azadlıq prospekti" stansiyası isə Bakı Metropoliteninin ilk təktağlı
və sütunsuz stansiyasıdır.
Həmçinin
indi ikinci elektrik deposunun və yeni stansiyanın layihələndirilməsi və
tikintisi ilə bağlı hazırlıq
işləri gedir ki, bu da Beynəlxalq Bakı Avtovağzal Kompleksini
şəhərin digər hissələri ilə birləşdirəcəkdir.
Bakı Metropoliteninin perspektiv inkişaf proqramına əsasən metropolitenin 5 xətdən ibarət
olacağını vurğulayan T.Əhmədov
diqqətə çatdırmışdır ki,
perspektivdə 53 yeni stansiyanın və
84,4 kilometr uzunluqda metro xətlərinin inşası nəzərdə
tutulur.
"Koroğlu" və "İçərişəhər"
stansiyalarında yenidənqurma işləri
aparılmış, müasir eskalatorlar
quraşdırılmışdır. Cari ilin yayında sərnişin
axınının çoxluğu ilə
fərqlənən "28 May"
stansiyasında mövcud LT-3
eskalatorları əvəzinə, Almaniya
istehsalı olan 4 müasir
"Tugela" eskalatoru
istifadəyə verilmişdir. Yenidənqurma
işləri bundan sonra
da davam etdiriləcəkdir.
Metro stansiyalarının inşası sahəsində
ən yeni üsulların tətbiqi stansiyanın
həm yerüstü vestibülünün
dizaynını, həm də yeraltı görkəmini tamamilə
dəyişəcəkdir. "Elmlər Akademiyası"
stansiyasının ikinci
çıxışının inşasına
başlanılmışdır ki, bu da stansiyanın hərəkət
yükünü azaltmağa,
sərnişinlərin rahatlığını təmin etməyə
imkan verəcəkdir.
T.Əhmədov
vurğulamışdır ki, metro vaqonları parkının proqrama
uyğun surətdə yeniləşdirilməsi
üçün dövlətin
yardımı ilə Bakı Metropoliteni
sıx əməkdaşlıq etdiyi
Rusiyanın "Metrovaqonmaş" müəssisəsindən
166 yeni vaqon
almışdır. Görülən tədbirlər nəticəsində
Bakı Metropoliteni ötən müddətdə
177 milyon sərnişin
daşımışdır.
Son illərdə təhlükəsizliyə də böyük əhəmiyyət verildiyini deyən metropoliten
rəisi vurğulamışdır ki, hər
hansı terror aktlarının
qarşısını operativ surətdə
almaq, sərnişinlərin təhlükəsizliyini
təmin etmək, qatarların hərəkətini və sərnişin
axınını tənzimləmək, mühəndis-texniki qurğulara nəzarət etmək, ictimai asayişin
pozulması hallarının qarşısını operativ surətdə almaq,
Bakı Metropoliteninin
stansiyalarındakı mühüm obyektlərin
mühafizəsini təmin etmək məqsədilə mərkəzləşdirilmiş
vahid "təhlükəsizlik və
videomüşahidə şəbəkəsi"
yaradılmışdır. Vestibüllərdə, eskalatorlarda, stansiyaların platformalarında,
keçidlərdə, vaqonlarda 3 mindən
çox videomüşahidə kamerası
qurulmuşdur ki, bunlar metropolitenin bütün sahələrində vəziyyəti
müntəzəm müşahidə etməyə imkan verir.
Sonra nəqliyyat naziri
Ziya Məmmədov metropoliten
işçilərini təbrik edərək, 1967-ci ildən
etibarən metro tikintisinin
uğurla davam etdirildiyini və bu günədək
böyük inkişaf
yolu keçdiyini diqqətə
çatdırmışdır. Nəqliyyat naziri bildirmişdir ki, metropolitenin
inkişafı ulu
öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrə, xüsusilə, 1970-ci illərə
və müasir dövrə təsadüf
edir. Ümummilli liderin müstəqillik dövründə
ölkəyə rəhbərliyə qayıtması ilə
Bakı Metropoliteninin həyatında
növbəti yeni mərhələ
başlamışdır. Beş stansiya istisna olmaqla, Bakı Metropoliteninin
bütün stansiyalarının tikintisi məhz ulu öndərin
adı ilə bağlıdır. Bu gün ümummilli lider Heydər Əliyevin Bakı Metropoliteninə
və metro işçilərinə
qayğı və diqqətini Prezident İlham Əliyev uğurla
davam etdirir.
Nazir bildirmişdir ki, hazırda metropolitenin tikintisi ilə yanaşı, istismarda
olan metro şəbəkəsinin
maddi-texniki bazasının gücləndirilməsi,
yenidənqurma və bərpa işlərinin aparılması da uğurla həyata keçirilir. Metronun vaqon parkı yenidən qurulur,
yeni vaqonlar
alınır.
Metropolitenin bundan sonra da paytaxtın əsas
ictimai nəqliyyat vasitəsi kimi daha da
inkişaf edəcəyinə əminliyini
bildirən Z.Məmmədov nəqliyyat sistemində metronun xüsusi
ağır sahə olduğunu vurğulayaraq, yeraltı yollarımızın
daimi fəaliyyətini təmin edən
metropolitençilərə təşəkkürünü bildirmişdir.
Daha sonra Moskva Metropoliteninin rəhbəri İvan
Besedin, Bakı Dövlət Universitetinin rektoru, Milli Məclisin deputatı Abel
Məhərrəmov, Rusiyanın "Transmaşholdinq"
müəssisəsinin rəhbəri Andrey
Andreyev və "Metro"
Assosiasiyası Müdiriyyətinin baş direktoru İqor Yermolenko çıxış edərək
bildirmişlər ki, Bakıda yeraltı yollara dövlət səviyyəsində göstərilən böyük qayğı və diqqət digər
postsovet ölkələrinə nümunə
ola bilər. Bakı Metropoliteni
fəaliyyəti dövründə ağır tarix
də yaşayıb, keçid dövrləri
də. Lakin bu illərdə
metropoliten öz
qaydasında və ritmində çalışmış, ən
nümunəvi ictimai nəqliyyat növü olmuşdur. Natiqlər Bakı Metropoliteninin
paytaxtın nəqliyyat infrastrukturunda xüsusi rol
oynadığını, metronun vaqon parkının yeniləndiyini, göstərilən
xidmətin keyfiyyətinin ildən-ilə
yaxşılaşdığını və metropoliten
sistemində ən müasir standartların
tətbiqini yüksək qiymətləndirmişlər.
Bildirilmişdir ki, Azərbaycanda
metro tikintisi ilə
yanaşı, metropoliten işçilərinin
sosial rifahının
yaxşılaşdırılması məsələsinə
də xüsusi diqqət göstərilir.
Bu gün dinamik inkişaf edən Azərbaycanda
yeraltı nəqliyyatın sərnişindaşıma sahəsində
rolu danılmazdır. Metro
həmçinin Bakıya xüsusi gözəllik
verir. Müasirliyi ilə
seçilən yaraşıqlı stansiyalar
könül oxşayır. Dövlətimizin
qayğısı ilə Bakı metrosu hələ
çox uzaqları yaxın edəcək,
paytaxt meqapolisinin ən
əhəmiyyətli nəqliyyat vasitələrinin birinə
çevriləcəkdir.
Mərasim Azərbaycan incəsənət
ustalarının konserti ilə davam etmişdir.
AzərTAc
Azərbaycan.-2012.-
9 noyabr.- S.10.