Prezident İlham Əliyev Zimbabvenin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul
etmişdir
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev noyabrın 9-da Zimbabve
Respublikasının ölkəmizdə yeni təyin olunmuş
fövqəladə və səlahiyyətli səfiri Bonifes
Quva Çidyausikunun etimadnaməsini qəbul etmişdir.
Səfir fəxri qarovul dəstəsinin
qarşısından keçdi.
Səfir Bonifes Quva Çidyausiku etimadnaməsini
Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti
səfirlə söhbət
etdi.
Bonifes Quva Çidyausiku
Zimbabve Respublikasının
Prezidenti Robert Muqabenin
salamlarını dövlətimizin
başçısına çatdırdı. O, ölkəsinin Azərbaycan
ilə siyasi, enerji, sərmayə qoyuluşu, müxtəlif
iqtisadi layihələrin
həyata keçirilməsi
və digər sahələrdə əlaqələri
inkişaf etdirməkdə
maraqlı olduğunu dedi. Ölkələrimizin
BMT, Qoşulmama Hərəkatı
və digər beynəlxalq təşkilatlarda
əməkdaşlıq etdiyini
vurğulayan diplomat Azərbaycanın
BMT Təhlükəsizlik Şurasının
üzvü olmasının
önəmini qeyd etdi.
Dövlətimizin başçısı Azərbaycanın BMT Təhlükəsizlik
Şurasına üzv
seçilərkən verdiyi
dəstəyə görə
Zimbabve hökumətinə
minnətdarlığını ifadə etdi. Ölkələrimizin beynəlxalq
təşkilatlar çərçivəsində
fəal əməkdaşlıq
etdiyini vurğulayan Prezident İlham Əliyev ikitərəfli münasibətləri müxtəlif
sahələrdə, o cümlədən
iqtisadi sahədə inkişaf etdirmək üçün yaxşı
imkanların olduğunu
dedi.
Dövlətimizin başçısı Prezident Robert Muqabenin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Zimbabve dövlətinin başçısına çatdırmağı
xahiş etdi.
AzərTAc
Azərbaycan.-2012.-
11 noyabr.- S.1.