Prezident İlham Əliyev Tailand Krallığının Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 9-da Tailand Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Rathakit Manathatın etimadnaməsini qəbul etmişdir.

Səfir fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Səfir Rathakit Manathat etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Görüşdə Azərbaycan Respublikası ilə Tailand Krallığı arasında əlaqələrin inkişaf etdirilməsində hər iki tərəfin maraqlı olduğu vurğulandı, ölkələrimizin əməkdaşlıq imkanlarının öyrənilməsində qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulandı, bu əməkdaşlığı enerji, mədəniyyət, turizm, iqtisadiyyat ticarət sahələrində inkişaf etdirmək üçün yaxşı imkanların olduğu bildirildi.

 

 

AzərTAc

 

Azərbaycan.-2012.- 11 noyabr.- S.2.