Prezident İlham Əliyev Ekvadorun
Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul
etmişdir
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev noyabrın 9-da Ekvador
Respublikasının ölkəmizdə yeni təyin olunmuş
fövqəladə və səlahiyyətli səfiri Patrisio
Alberto Çaves Savalanın etimadnaməsini qəbul
etmişdir.
Səfir Patrisio Alberto Çaves Savala fəxri
qarovul dəstəsinin qarşısından keçdi.
Səfir Patrisio Alberto Çaves
Savala etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti
İlham Əliyev səfirlə söhbət
etdi.
Patrisio Alberto Çaves Savala
Ekvador Respublikasının
Prezidenti Rafael Korreanın
salamlarını dövlətimizin
başçısına çatdırdı. O, ölkəsinin Azərbaycan
ilə ikitərəfli
münasibətlərin yüksək
səviyyədə inkişaf
etdirilməsində, əməkdaşlığımızın
müxtəlif beynəlxalq
təşkilatlar çərçivəsində
genişləndirilməsində maraqlı olduğunu dedi və əlaqələrimizin
gələcəkdə uğurla
inkişaf edəcəyinə
əminliyini bildirdi.
Dövlətimizin başçısı Patrisio Alberto Çaves Savalanın Azərbaycandakı
diplomatik fəaliyyətinin
ölkələrimiz arasında
əlaqələrin daha
da yaxınlaşması
işinə xidmət
edəcəyinə ümidvar
olduğunu bildirdi.
Prezident İlham Əliyev
Azərbaycan ilə Ekvador arasında beynəlxalq təşkilatlar
çərçivəsində fəal əməkdaşlığı
genişləndirmək üçün
yaxşı imkanların
olduğunu vurğuladı. Azərbaycan Prezidenti ölkələrimiz
arasında iqtisadi əlaqələrin də
inkişaf etdirilməsinin
önəmini qeyd etdi.
Dövlətimizin başçısı Prezident Rafael Korreanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Ekvador dövlətinin başçısına çatdırmağı
xahiş etdi.
AzərTAc
Azərbaycan.-2012.-
11 noyabr.- S.2.