«Sərbəst toplaşmaq
azadlığı haqqında» Azərbaycan Respublikasının
Qanununda dəyişikliklər edilməsi barədə
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan
Respublikasının Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
1-ci bəndini rəhbər
tutaraq qərara alır:
"Sərbəst toplaşmaq
azadlığı haqqında" Azərbaycan
Respublikasının Qanununda (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 1998, ¹11, maddə 649; 2005, ¹4, maddə 278;
2007, ¹11, maddə 1053; 2008, ¹6,
maddə 455) aşağıdakı dəyişikliklər
edilsin:
1. 5-ci maddənin
II hissəsinin 6-cı bəndi aşağıdakı
redaksiyada verilsin:
"6) toplantı təşkilatçıları
barədə məlumat (fiziki şəxsin adı, soyadı,
atasının adı, və ünvanı; hüquqi şəxsin
adı və hüquqi ünvanı);".
2. 6-cı
maddə üzrə:
2.1. I hissədə
"şəxsdir" sözündən əvvəl "bir
və ya bir neçə hüquqi və ya fiziki" sözləri
əlavə edilsin;
2.2. III
hissə ləğv edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
2 noyabr 2012-ci il
Azərbaycan.-2012.-
11 noyabr.- S. 2.