Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi
haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi
Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin
I hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara
alır:
Maddə 1. Azərbaycan
Respublikasının İnzibati Xətalar
Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹
8, I kitab, maddə 584; 2001, ¹ 1, maddə 24,
¹ 3, maddə 139, ¹ 7, maddə 455, ¹ 11, maddələr 680, 698, ¹
12, maddə 731; 2002, ¹ 1, maddə 9, ¹ 4, I kitab,
maddə 165, ¹ 5, maddələr 234, 237, 239, ¹ 6, maddə 326, ¹
8, maddə 463, ¹ 12, maddə 692; 2003, ¹ 1, maddələr 3, 13,
23, ¹ 4, maddələr 177, 178, ¹ 5, maddə 228, ¹ 6, maddələr
257, 276, 279, ¹ 8, maddələr 407, 425, ¹ 12, I kitab,
maddələr 676, 696, II kitab, maddələr
713, 714; 2004, ¹ 1, maddələr 6, 7, 10, 13, ¹ 4, maddələr
200, 201, 204, ¹ 5, maddələr 313, 314, 317, 321, ¹ 6, maddə 397,
¹ 8, maddələr 596, 597, ¹ 10, maddələr 762, 779, ¹ 11, maddə
900, ¹ 12, maddə 973; 2005, ¹ 1, maddələr 5,
6, ¹ 2, maddə 61, ¹ 4, maddələr 272, 273, 275, 278, ¹ 6, maddələr
462, 466, ¹ 7, maddə 576, ¹ 8, maddələr 691, 692, ¹ 10, maddələr
875, 877, 904, ¹ 11, maddələr 993, 994, 995, ¹ 12, maddələr
1083, 1085; 2006, ¹ 2, maddələr 64, 68, ¹ 3, maddələr
219, 220, 223, 225, ¹ 5, maddə 385, ¹ 6, maddə 478, ¹ 11, maddələr
923, 924, 932, ¹ 12, maddələr 1005, 1020, 1024; 2007,
¹ 1, maddələr 3, 4, ¹ 2, maddələr 65, 68, ¹ 5, maddələr
397, 398, 401, 440, ¹ 6, maddələr 560, 561, 562, 579, ¹ 8, maddə
757, ¹ 10, maddələr 935, 936, 938, 940, ¹ 11, maddələr
1048, 1049, 1053, 1070, 1077, 1080, 1089, 1091, ¹ 12, maddələr 1195,
1211, 1217, 1218, 1221; 2008, ¹ 2, maddə 47, ¹ 3,
maddələr 146, 152, 159, ¹ 4, maddə 249, ¹ 5, maddə 340, ¹
6, maddələr 454, 460, 461, 464, ¹ 7, maddələr 601, 602,
605, ¹ 8, maddələr 699, 701, 711, ¹ 10, maddələr 884, 885,
¹ 11, maddələr 956, 957, ¹ 12, maddələr 1045, 1047, 1049;
2009, ¹ 2, maddələr 36, 45, 49, 52, 53, ¹ 5, maddələr 309,
315, ¹ 6, maddələr 404, 405, ¹ 7, maddələr 517, 518, 519, ¹
8, maddə 611, ¹ 12, maddələr 953, 954, 966, 971; 2010, ¹ 2, maddələr 70, 71, ¹ 3, maddələr 167,
171, 178, ¹ 4, maddələr 275, 276, ¹ 5, maddələr 379, 380, ¹
6, maddə 483, ¹ 7, maddələr 577, 591, 594, 595, 598, 600, ¹ 10,
maddə 838, ¹ 11, maddələr 936, 938, 949, ¹ 12, maddə 1059;
2011, ¹ 2, maddələr 70, 71, ¹ 3, maddələr
162, 164, 167, 168, 170, ¹ 4, maddələr 246 və 254, ¹ 6, maddələr
470, 479, 487, ¹ 7, maddələr 596, 614, ¹ 10, maddə 881, ¹ 11, maddə 981, ¹ 12, maddələr
1094, 1095, 1099, 1103, 1106; 2012, ¹ 1, maddə 3,
¹ 2, maddə 50, ¹ 3, maddə 194, ¹ 4, maddə 271, ¹ 5, maddə
404, ¹ 6, maddə 499, ¹ 7, maddələr 649, 665, 667; Azərbaycan
Respublikasının 29 iyun tarixli
416-IVQD nömrəli qanunu)
aşağıdakı dəyişikliklər edilsin:
1. Aşağıdakı
məzmunda 23.1.5-1-ci maddə əlavə edilsin:
"23.1.5-1. ictimai işlər; ".
2. 25.5-ci maddədə
"üç" sözü
"beş" sözü
ilə əvəz edilsin.
3.
Aşağıdakı məzmunda 28-1-ci maddə əlavə edilsin:
"Maddə
28-1. İctimai işlər
28-1.1.
İctimai işlər, barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxsin
əsas işindən və ya təhsilindən
asudə vaxtlarında haqqı ödənilmədən cəmiyyətin
xeyrinə ictimai faydalı işlər
yerinə yetirməsindən ibarətdir. Belə işlərin növləri
müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilir.
28-1.2. İctimai işlər altmış saatdan iki yüz
qırx saatadək müddətə müəyyən edilir və gün ərzində
dörd saatdan çox ola bilməz.
28-1.3. İctimai işlər aşağıdakı
şəxslərə tətbiq oluna bilməz:
28-1.3.1. birinci və ikinci qrup əlillərə, sağlamlıq imkanları
məhdud uşaqlara;
28-1.3.2. hamilə
qadınlara;
28-1.3.3. himayəsində
səkkiz yaşınadək uşağı olan
qadınlara;
28-1.3.4. pensiya yaşına çatmış qadın
və kişilərə;
28-1.3.5. hərbi
xidmətə çağırış üzrə müddətli
həqiqi hərbi xidmətdə olan hərbi
qulluqçulara.".
4. 31.1-ci maddədə
"inzibati cərimə" sözlərindən
sonra ", ictimai
işlər" sözləri əlavə edilsin.
5. 49-cu maddənin
sanksiyası aşağıdakı redaksiyada
verilsin:
"fiziki şəxslər min
beş yüz manatdan üç min manatadək miqdarda, vəzifəli
şəxslər üç min manatdan altı min manatadək miqdarda, hüquqi şəxslər on
beş min manatdan otuz min
manatadək miqdarda cərimə edilir.".
6. 159-1-ci maddə
ləğv edilsin.
7.
Aşağıdakı məzmunda 313-2-ci maddə əlavə
edilsin:
"Maddə
313-2. İnzibati cərimə və ictimai işlər növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın
icra edilməməsi
313-2.1. Yol hərəkəti
qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə
görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın
qanuni qüvvəyə mindiyi
gündən 3 ay müddətində qanunla müəyyən edilmiş
əsaslar olmadan icra
edilməməsinə görə -
yüz altmış saatdan
iki yüz qırx
saatadək ictimai işlər tətbiq olunur.
313-2.2. Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların
törədilməsinə görə inzibati
cərimə növündə inzibati tənbeh
tətbiq etmə haqqında qərarın qanuni
qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla
müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə
görə -
nəqliyyat vasitələrini
idarə etmək hüququ altı aydan bir ilədək
müddətə məhdudlaşdırılır.
313-2.3. İctimai işlər növündə inzibati tənbehin çəkilməsindən boyun qaçırmağa görə -
on beş
günədək inzibati
həbs tətbiq olunur.
Qeyd:
1. Bu məcəllənin
313-2.1-ci maddəsində nəzərdə
tutulmuş inzibati xətanı törətmiş
şəxs müvafiq
cəriməni, dəbbə
pulunu (bu məcəllə ilə müəyyən edilmiş
hallarda), 313-2.2-ci maddəsində
nəzərdə tutulmuş
inzibati xətanı törətmiş şəxs
isə müvafiq cəriməni, dəbbə
pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və
onun orada saxlanılmasına görə
haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar
qəbul edənədək
ödədikdə inzibati
məsuliyyətdən azad
olunur.
2. Bu məcəllənin
313-2.3-cü maddəsində "inzibati tənbehin çəkilməsindən boyun
qaçırmaq" dedikdə
aşağıdakılar başa
düşülür:
2.1. üzrsüz
səbəbdən həftədə
iki dəfə və daha çox
ictimai işə çıxmamaq;
2.2. həftədə
iki dəfə və daha çox
ictimai işlər növündə inzibati tənbehin icrası yerlərində əmək
intizamını pozmaq;
2.3. ictimai
işlər növündə
inzibati tənbehi çəkməmək məqsədi
ilə gizlənmək.".
8. 298-ci maddə aşağıdakı redaksiyada
verilsin:
"Maddə 298. Toplantıların təşkili
və keçirilməsi
qaydasının pozulması
298.1. Yığıncaqların,
mitinqlərin, nümayişlərin,
küçə yürüşlərinin
və piketlərin təşkilinin və keçirilməsinin qanunla
müəyyən edilmiş
qaydasının toplantının
təşkilatçısı tərəfindən pozulmasına
görə -fiziki şəxslər min beş
yüz manatdan üç min manatadək
miqdarda cərimə edilir, yaxud işin
hallarına görə,
xətanı törədənin
şəxsiyyəti nəzərə
alınmaqla iki yüz saatdan iki yüz qırx
saatadək ictimai işlər və ya on beş günədək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər üç
min manatdan altı min manatadək miqdarda, hüquqi şəxslər
on beş min manatdan otuz min manatadək miqdarda cərimə edilir.
298.2. Qanunla müəyyən edilmiş
qaydada təşkil edilməyən yığıncaq,
mitinq, nümayiş, küçə yürüşü
və ya piketdə iştirak etməyə görə - üç
yüz manatdan altı yüz manatadək miqdarda cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin
şəxsiyyəti nəzərə
alınmaqla yüz altmış saatdan iki yüz saatadək
ictimai işlər və ya on beş
günədək inzibati
həbs tətbiq olunur.
Qeyd: Bu məcəllənin 298.1-ci və
298.2-ci maddələrində nəzərdə tutulmuş
əməllərdə cinayət
tərkibinin əlamətləri
olduqda, həmin əməllər Azərbaycan
Respublikası Cinayət
Məcəlləsinin müvafiq
maddələrinə əsasən
cinayət məsuliyyətinə
səbəb olur.".
9. 360.1-ci maddədə
"159-1" rəqəmi çıxarılsın və
"296-1," rəqəmindən sonra "298," rəqəmi
əlavə edilsin.
10. 371.5-ci maddədə
"və ya Azərbaycan Respublikasının
hüdudlarından kənara
əcnəbiləri və
vətəndaşlığı olmayan şəxsləri inzibati qaydada çıxartma" sözləri
", Azərbaycan Respublikasının
hüdudlarından kənara
əcnəbiləri və
vətəndaşlığı olmayan şəxsləri inzibati qaydada çıxartma və ya ictimai işlər"
sözləri ilə əvəz edilsin.
11. 398.1.1-ci maddədə
"tabe olmadıqda,"
sözlərindən sonra
"yığıncaqların, mitinqlərin, nümayişlərin,
küçə yürüşlərinin
və piketlərin təşkili və keçirilməsi qaydasını
pozduqda, ictimai işlər növündə
inzibati tənbehin çəkilməsindən boyun
qaçırdıqda," sözləri əlavə
edilsin.
12. 410-1.9-cu və
456.4-cü maddələrdə
"159-1-ci" sözü
"313-2.2-ci" sözü ilə əvəz edilsin.
13. 446.1.4-cü maddə
aşağıdakı redaksiyada
verilsin:
"446.1.4. Bu məcəlləyə
əsasən şəxsin
inzibati məsuliyyətdən
azad edilməsi üçün əsaslar
olduqda;".
14. Aşağıdakı
məzmunda 446.1.5-ci və
446.1.6-cı maddələr əlavə edilsin:
"446.1.5. ictimai
işlər növündə
inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası zamanı bu Məcəllənin
28-1.3-cü maddəsində nəzərdə tutulmuş
hallar yarandıqda;
446.1.6. barəsində
inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs
həmin qərarı
icra etməməyə
görə bu məcəllənin 313-2.1, 313-2.2 və ya 313-2.3-cü maddəsinə əsasən
inzibati məsuliyyətə
cəlb edildikdə.".
15. Aşağıdakı
məzmunda 456-1-ci maddə
əlavə edilsin:
"Maddə
456-1. İctimai işlər haqqında qərarın icrası
456-1.1. İctimai
işlər növündə
inzibati tənbeh tətbiq etmə haqqında qərarı, barəsində bu tənbeh növü tətbiq edilən şəxsin yaşadığı
ərazinin müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi ictimai yerlərdə icra məmuru icra edir.
456-1.2. Barəsində
ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxs icra məmurunun icraata başlamaq haqqında qərar qəbul etdiyi gündən sonra ən geci on gün müddətində
ictimai işlərin çəkilməsinə cəlb
olunur.
456-1.3. İcra məmuru, barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxslərin
qeydiyyatını aparır,
onlara ictimai işlərin icrasının
qayda və şərtlərini izah edir, müvafiq icra hakimiyyəti orqanı ilə ictimai işlərin həyata keçiriləcəyi
yerlərin siyahısını
razılaşdırır, barəsində
ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxslərin
davranışına nəzarət
edir, onların işləmiş olduğu
vaxtın uçotunu aparır.
456-1.4. Barəsində
ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxslər
ictimai işləri yerinə yetirdikləri yerin müəssisədaxili
intizam qaydalarına riayət etməli, əməyə vicdanla yanaşmalı, onlar üçün müəyyən
olunmuş yerlərdə
və məhkəmənin
qərarında müəyyən
olunmuş müddətdə
işləməli və
yaşayış yerini
dəyişdikdə bu
barədə icra məmuruna məlumat verməlidirlər.
456-1.5. Barəsində
ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxsə əsas iş yerində növbəti məzuniyyətin verilməsi
ictimai işlər növündə inzibati tənbehin icrasını dayandırmır.
456-1.6. İctimai
işlər növündə
inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası zamanı bu məcəllənin
28-1.3-cü maddəsində nəzərdə tutulmuş
hallar yarandıqda, barəsində ictimai işlər növündə
inzibati tənbeh tətbiq edilən şəxs və ya onun qanuni
nümayəndəsi qərarın
icra edilməsinə xitam verilməsi barədə məhkəməyə
ərizə ilə müraciət edə bilər.
456-1.7. İctimai
işlər növündə
inzibati tənbehin müddəti saatla hesablanır.
456-1.8. İctimai işlər növündə
inzibati tənbehin müddəti həftə
ərzində on iki saatdan az
olmayaraq müəyyən
edilir. İctimai işlər növündə
inzibati tənbehin müddəti istirahət,
səsvermə, iş
günü hesab edilməyən bayram günləri, ümumxalq hüzn günü və barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxsin əsas işindən və ya təhsilindən
asudə vaxtlarında
dörd saatdan, iş günlərində
isə iki saatdan, məhkumun razılığı ilə
isə dörd saatdan çox ola bilməz.
Üzrlü səbəblər
olduqda, icra məmuru məhkuma həftə ərzində
müəyyən olunmuş
vaxtdan az
işləməyə icazə
verir.
456-1.9. İctimai
işlər növündə
inzibati tənbehin icrası zamanı işəgötürən, barəsində
bu tənbeh növü tətbiq edilən şəxslər
üçün müəyyən
edilmiş işin yerinə yetirilməsinə
nəzarət edir, onların işlədikləri
saatların uçotunu
aparır və ictimai işlərin yerinə yetirilməsindən
boyun qaçırma halları barədə icra məmuruna məlumat verir.
456-1.10. Barəsində
ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxs ictimai işlər növündə inzibati tənbehin çəkilməsi
qaydalarını pozduqda,
icra məmuru ona məsuliyyət daşıyacağı barədə
rəsmi xəbərdarlıq
edir.
456-1.11. Barəsində
ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxs ictimai işlər növündə inzibati tənbehin çəkilməsindən
boyun qaçırdıqda,
icra məmuru bu məcəllənin
313-2.3-cü maddəsində nəzərdə tutulmuş
inzibati xəta haqqında protokol tərtib edir.".
Maddə 2. Bu qanun 2013-cü il yanvarın
1-dən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
2 noyabr 2012-ci il
Azərbaycan.-2012.-
11 noyabr.- S. 3.