«Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində
dəyişikliklər edilməsi haqqında» Azərbaycan
Respublikasının 2012-ci il 2 noyabr tarixli 462-IVQD nömrəli
qanununun tətbiqi və «Azərbaycan
Respublikasının İnzibati Xətalar
Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə
minməsi və bununla
bağlı hüquqi tənzimləmə
məsələləri haqqında» Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə»
Azərbaycan Respublikası Prezidentinin
2000-ci il 29 avqust tarixli 389 nömrəli fərmanında dəyişikliklər
edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər
tutaraq, "Azərbaycan Respublikasının İnzibati Xətalar
Məcəlləsində dəyişikliklər edilməsi
haqqında" Azərbaycan Respublikasının 2012-ci il 2
noyabr tarixli 462-IVQD nömrəli qanununun qüvvəyə minməsi
ilə əlaqədar həmin qanunun tətbiqini təmin etmək
məqsədi ilə qərara alıram:
1. Azərbaycan
Respublikasının Nazirlər Kabineti:
1.1.
üç ay müddətində
Azərbaycan Respublikası qanunlarının və Azərbaycan
Respublikası Prezidentinin aktlarının
"Azərbaycan Respublikasının İnzibati
Xətalar Məcəlləsində dəyişikliklər
edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə
təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə
təqdim etsin;
1.2. üç ay müddətində
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
normativ hüquqi
aktlarının həmin qanuna
uyğunlaşdırılmasını təmin etsin və bu barədə
Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının həmin qanuna
uyğunlaşdırılmasını nəzarətdə
saxlasın və bunun icrası barədə
beş ay müddətində
Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin qanundan irəli gələn digər məsələləri
həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra
hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların
"Azərbaycan Respublikasının İnzibati
Xətalar Məcəlləsində dəyişikliklər
edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını
təmin etsin və bu
barədə Azərbaycan Respublikasının Nazirlər
Kabinetinə məlumat versin.
3. "Azərbaycan Respublikasının
İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi,
qüvvəyə minməsi və bununla bağlı hüquqi
tənzimləmə məsələləri haqqında" Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan
Respublikası Prezidentinin 2000-ci il 29 avqust tarixli 389 nömrəli
fərmanının (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2000, ¹ 8, III kitab, maddə 612; 2001, ¹ 7, maddə
462, ¹ 10, maddə 640, ¹ 12, maddə 755; 2002, ¹ 1, maddə 49, ¹ 5,
maddələr 260, 275, ¹ 8, maddələr 478, 484, 486; 2003, ¹ 6,
maddə 299, ¹ 8, maddə 434, ¹ 9, maddə 478, ¹ 10, maddələr
546, 547, 560, 571, 582; 2004, ¹ 1, maddələr 19, 26, ¹ 3, maddələr
138, 141, ¹ 4, maddə 235, ¹ 5, maddələr 340, 341, 343, 345, 346,
¹ 8, maddələr 607, 608, ¹ 11, maddə 909, ¹ 12, maddə 1005;
2005, ¹ 2, maddələr 67, 69, ¹ 4, maddələr 299, 303, ¹ 8,
maddə 702, ¹ 9, maddələr 801, 802, ¹ 12, maddə 1101; 2006,
¹ 2, maddə 83, ¹ 4, maddələr 321, 322, ¹ 5, maddə 407, ¹ 7,
maddə 590, ¹ 8, maddələr 662, 663, 674, 675, 679, ¹ 9, maddə
743, ¹ 11, maddələr 942, 945; 2007, ¹ 1, maddə 11, ¹ 2, maddə
87, ¹ 3, maddə 230, ¹ 7, maddə 715, ¹ 8, maddələr 767, 769,
¹ 11, maddələr 1110, 1116, 1120, ¹ 12, maddə 1227; 2008, ¹ 1,
maddə 7, ¹ 3, maddə 186, ¹ 6, maddələr 504, 507, ¹ 7, maddə
617, ¹ 8, maddə 713, ¹ 9, maddə 798, ¹ 10, maddə 894, ¹ 11, maddələr
969, 971, 980, ¹ 12, maddələr 1060, 1061, 1062, 1065; 2009, ¹ 3, maddə
163, ¹ 4, maddə 226, ¹ 5, maddə 330, ¹ 7, maddələr 532,
535, 539, 540, 542, ¹ 9, maddə 688, ¹ 10, maddələr 776, 785, ¹
12, maddələr 979, 993; 2010, ¹ 2, maddə 80, ¹ 3, maddələr
180, 189, ¹ 5, maddə 393, ¹ 7, maddələr 606, 607, 610, ¹ 8, maddələr
721, 725, ¹ 10, maddələr 847, 854, ¹ 11, maddə 972; 2011, ¹ 3,
maddələr 174, 175, ¹ 6, maddələr 490, 511, 513, ¹ 10, maddə
895, ¹ 12, maddələr 1117, 1129; 2012, ¹ 1, maddə 7, ¹ 2, maddə
64, ¹ 3, maddə 199, ¹ 4, maddə 284, ¹ 5, maddə 424, ¹ 6, maddə
544, ¹ 7, maddələr 682, 692, 698) 2.9-cu bəndində "həmin
Məcəllənin" sözlərindən sonra
"28-1.1-ci," sözləri əlavə edilsin, "və
370-3.3-cü" sözləri isə "370-3.3-cü,
456-1.1-ci və 456-1.3-cü" sözləri ilə əvəz
edilsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
9 noyabr 2012-ci il
Azərbaycan.-2012.-
11 noyabr.- S.3.