«012 Bakı Public Art Festivalı»
başa çatmışdır
Noyabrın 10-da Nizami Kino Mərkəzində
müasir Azərbaycan
incəsənətinin inkişafı
və təbliği ilə məşğul olan "YARAT!" qeyri-kommersiya
təşkilatının birinci
"012 Bakı Public Art Festivalı"nın bağlanış
mərasimi keçirilmişdir.
AzərTAc xəbər verir
ki, tədbiri açan "YARAT!" Müasir İncəsənət Məkanının
rəhbəri Aida Mahmudova
fevral ayından başlayaraq Azərbaycan paytaxtında "012 Bakı
Public Art Festivalı" layihəsinin
reallaşdırıldığını
bildirmişdir.
Diqqətə çatdırılmışdır
ki, layihədə iştirak edən rəssamlar festival zamanı
əsərlərini müəyyən
olunmuş ardıcıllıqla,
şəhərin bu və ya digər
məkanında ictimaiyyətin
nəzərinə təqdim
etmişlər.
Bir incəsənət
layihəsi olaraq
"012 Bakı Public Art Festivalı"
əvvəllər müasir
incəsənətlə heç
bir əlaqəsi
olmayan insanları cəlb etməyi bacarmışdır. Həm
də axı, rəssamın yaradıcılıq
"mətbəxi" ilə
tanış olmaq, yaradıcılıq
prosesini müşahidə
etmək həddindən
artıq maraqlıdır.
Bu an müəlliflərə
qulaq asmaq, onların öz əl işləri və festival haqqında söylədikləri fikirləri
eşitmək tamaşaçıya
zövq verən bir məqamdır. İncəsənət pərəstişkarlarının
məhz bu marağını nəzərə
alan festivalın təşkilatçıları gənc,
istedadlı və perspektivli rejissor Rüfət Həsənov
tərəfindən çəkilən
festival haqqında sənədli
filmin nümayişini
təşkil etmişlər.
Aida Mahmudova nəzərə çatdırmışdır
ki, həmçinin növbəti ilin fevral ayında
"YARAT!" qeyri-kommersiya təşkilatı tərəfindən
yeni bir layihənin həyata keçirilməsi nəzərdə
tutulmuşdur. Həmin
layihədə müəyyən
qədər mövzu və ad dəyişikliyi ola bilər,
lakin ideya dəyişməz qalacaqdır.
Sənətşünas və rəssam
Teymur Daimi "012 Bakı Public Art Festivalı"
haqqında geniş məlumat vermişdir.
Bildirilmişdir ki, festival çərçivəsində
təqdim olunan əsərlər zamanla səsləşir. Layihə intellektuallıq
baxımından da diqqəti cəlb edəndir. İştirakçı rəssamlar təkcə
əsərlərinin təqdimi
üçün məkanı
seçməmiş, həm
də bu məkanın tarixi ilə bağlı araşdırmalar aparmışlar.
Nəhayət, festival çərçivəsində
rəssamlar öz əsərlərini daha açıq məkanda, geniş şəkildə
təqdim edərək,
qalereyaların və muzeylərin müəyyən
məhdudiyyətlərindən azad olaraq tam yaradıcılıq sərbəstliyi
əldə etmişlər.
Teymur Daimi belə bir festivalın ənənəyə çevriləcəyi
təqdirdə onun müasir incəsənətə
töhfə vermək
imkanını diqqətə
çatdırmışdır.
Gənc rejissor Rüfət
Həsənov bildirmişdir
ki, filmin çəkilişi "012 Bakı
Public Art Festivalı" eskizlərinin
bu ilin fevral
ayında keçirilən
təqdimatından başlamışdır. Daha sonra çəkiliş incəsənət layihəsinin
bütün mərhələlərini
(rəssamlar tərəfindən
incəsənət əsərlərinin
yaradılması, əl
işlərinin və
festival barədə öz
fikirlərini paylaşdıqları
müsahibələr, nəhayət,
ərsəyə gəlmiş
əsərlərin təqdimatı)
əhatə etmişdir.
Canlı
və eyni zamanda, sadə tərzdə çəkilmiş
sənədli filmdə
2012-ci ildə Azərbaycanın
əsas incəsənət
hadisəsi sayılan festivalın mərhələli
həyata keçirilməsinin
yaradıcılıq prosesi
əks olunmuşdur.
"012 Bakı
Public Art Festivalı"nda həm tanınmış,
həm də yeni fəaliyyətə başlayan 21 rəssam iştirak etmişdir.
Mərasimdə bir saat davam edən film böyük maraqla izlənilmiş və alqışlarla qarşılanmışdır.
Filmin nümayişindən
sonra Baş nazirin müavini Elçin Əfəndiyev çıxış edərək
"012 Bakı Public Art Festivalı"nın əhəmiyyətindən
danışmışdır. Bildirmişdir ki, on ay ərzində
təqdim olunan müasir incəsənət
əsərləri nəinki
mədəni həyatımızın
tərkib hissəsinə,
hətta mən deyərdim ki, milli faktorumuza, yəni, bizim üçün tamamilə
doğma bir janra çevrilmişdir.
Elçin Əfəndiyev demişdir
ki, festivalın üzərindəki aurada böyük bir gənclik, yenilik, yaradıcılıq ehtirası,
sərbəstlik, sərhədsizlik,
intəhasızlıq vardır. Sərbəstlik, müstəqillik, gənclik, istedad olan yerdə isə, şübhəsiz,
müsbət emosiyalar
aşılanır. Belə bir
aura öz-özünə deyil,
gərgin əməyin
nəticəsində yaranmışdır.
Bu məqamda "YARAT!"
Müasir İncəsənət
Məkanının rəhbəri
Aida Mahmudovanın və
bütün yaradıcı
kollektivin əməyini
xüsusi qeyd etmək yerinə düşər.
Baş nazirin müavini festivalda
iştirak edən 21 rəssamın yaşından asılı
olmayaraq hamısında gənclik ehtirası olduğunu qeyd edərək
onlara uğurlar arzulamışdır.
Azərbaycan.-2012.-
11 noyabr.- S.8.