Azərbaycan Prezidenti
İlham Əliyev Bolqarıstanın Ali Kassasiya Məhkəməsi sədrinin
başçılıq etdiyi nümayəndə heyətini qəbul
etmişdir
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev noyabrın 12-də Bolqarıstan
Respublikasının Ali Kassasiya Məhkəməsinin sədri
Lazar Qruyevin başçılıq etdiyi nümayəndə
heyətini qəbul etmişdir.
Azərbaycan ilə Bolqarıstan
arasında ikitərəfli münasibətlərin
bütün istiqamətlərdə, o cümlədən
iqtisadi və energetika sahələrində uğurla inkişaf etdiyini
vurğulayan dövlət başçısı bu münasibətlərin
daha da genişlənməsi ilə bağlı yaxşı
perspektivlərin olduğunu dedi. Prezident İlham Əliyev əlaqələrimizin
genişlənməsində yüksək səviyyəli
qarşılıqlı səfərlərin önəmini qeyd
etdi. Dövlət başçısı ölkələrimizin
Avropa İttifaqı, NATO və digər beynəlxalq təşkilatlar
çərçivəsində əməkdaşlığını
yüksək qiymətləndirdi. Prezident İlham Əliyev
Bolqarıstan Respublikasının Ali Kassasiya Məhkəməsinin
sədri Lazar Qruyevin ölkəmizə səfərinin onun azərbaycanlı
həmkarları ilə məhkəmə sistemi sahəsində
əməkdaşlığın inkişaf etdirilməsi
üzrə bağlı məsələlərin müzakirəsi
üçün yaxşı imkan yaratdığını
dedi.
Bolqarıstan Respublikasının Ali
Kassasiya Məhkəməsinin sədri Lazar Qruyev ölkələrimiz
arasında ikitərəfli münasibətlərin, o cümlədən
iqtisadi sahədə əməkdaşlığın son illər
sürətlə inkişaf etdiyini məmnunluqla
vurğuladı. O, Bolqarıstanın və Azərbaycanın
məhkəmə sistemi arasında əməkdaşlığın
inkişafı üçün yaxşı imkanların
olduğunu bildirdi və bu əməkdaşlığın
genişlənəcəyinə əminliyini ifadə etdi.
AzərTAc
Azərbaycan.-2012.-
13 noyabr.- S.2.