Şahdağın ətəyində
abadlaşan məkan
Ölkəmizdəki
sürətli tərəqqinin Qusar rayonunun timsalında da
aydın görmək olar. Son
bir neçə il ərzində
bu diyarın da
siması gözəlləşib, burada xeyli yeni sosial
obyekt istifadəyə verilib.
Bunun da əsas səbəbi
rayonun inkişafına Prezident
İlham Əliyev tərəfindən
göstərilən diqqət və qayğıdır.
Ölkə rəhbərinin
təşəbbüsü ilə inşa
edilən obyektlər əhalinin yaşayış səviyyəsinin,
sosial rifahının yüksəldilməsində
mühüm rol
oynayıb. Digər tərəfdən,
iqtisadiyyatın liberallaşdırılması müasir
standartlara cavab verən
yeni texnika və
texnologiyaların tətbiqi, bazar
iqtisadiyyatının tələblərinə uyğun,
rəqabətədavamlı məhsulların istehsal
həcminin artması ilə müşayiət olunur.
Rayon iqtisadiyyatının aparıcı
sahəsi kənd təsərrüfatıdır. Cari ildə rayonda 33384 hektar dənli bitkilər əkilmiş, 566038 sentner məhsul
yığılmışdır. Bu da əvvəlki
illərdə olduğundan çoxdur.
Belə ki keçən ilin
eyni dövrü ilə
müqayisədə 4,9 ton çox
ət, 45,8 ton çox
süd, 9 min ədəd
çox yumurta istehsal olunmuşdur.
Qusarlılar
əkib-becərdikləri məhsulun bir
hissəsini ölkənin paytaxtı Bakı şəhərində
keçirilən kənd təsərrüfatı
yarmarkalarına göndərirlər. Əvvəlki illərdə
bir qədər çətinliklər meydana çıxsa da,
hazırda bu sahədə işlər öz yoluna düşməkdədir. Satış yarmarkalarına 34 sahibkar tərəfindən 435,2 ton kənd təsərrüfatı məhsulları
çıxarılmışdır. Sahibkarlara
istehsal etdikləri məhsulları başqa rayonlara
daşınmasında və satışında da kömək göstərilir. Öncə həmin
bölgələrdə hansı məhsullara ehtiyac
olduğu öyrənilir, daha
sonra şənbə və bazar günləri satış təşkil edilir.
Rayonda kommunal xidmətlərin səviyyəsinin
yüksəldilməsi sahəsində də bir
sıra işlər görülmüşdür.
Əhalinin fasiləsiz elektrik enerjisi ilə təminatı məqsədilə
elektrik xətlərində təmir
işləri görülmüş, yararsız
dayaqlar, 12 kilometrdən çox
naqil təzələnmişdir. Yeri
gəlmişkən, Qusarda qış soyuq keçdiyi üçün əhali enerjidən daha çox istifadə edir. Transformatorların vaxtaşırı
yararsız hala düşməsi isə
problemlər yaradır. Bunun
qarşısını almaq üçün transformator
yarımstansiyalarında təmir işlərinə sentyabrdan başlanıb. Xürel, Xudat, Ukur, Yeni Həyat kəndlərində
ümumilikdə 5 transformator daha güclüləri ilə əvəzlənib.
Əhalinin üzləşdiyi əsas problemlərdən biri də dirəklərarası xətlərin
qırılması idi. Artıq bu problem demək olar ki, aradan
qaldırılmışdır.
Sakinlərin təbii
qazla təminatının
yaxşılaşdırılması üçün
də çox iş görülür. Hazırda Gedəzeyxur-İmamqulukənd,
Balaqusar-Urva magistral qaz xətlərinin keçən ildən
yarımçıq qalmış hissələrində,
Qusarçayın sol sahilində, Aerodrom və Balaqusar yeni yaşayış massivlərində
çəkiliş işləri aparılır. Bunlarla yanaşı, kəndlərə gedən
qaz xətləri əlaqədar təşkilatın
əməkdaşları tərəfindən yoxlamalardan
keçirilir. Mütəxəssislərin
verdiyi rəyə görə, rayonda qış aylarında qazla
bağlı problem olmayacaq.
Görülən
işlərdə bir sıra xarici şirkətlər də iştirak
edirlər. Məsələn, Yaponiya
Beynəlxalq Əməkdaşlıq Agentliyi
ilə birgə maliyyələşdirilən "Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya
layihəsi" çərçivəsində Qusar şəhərinin və ətraf 7 kəndin
içməli su təchizatının
yaxşılaşdırılması məqsədilə Qusarçayda 700 paqonmetrlik
suqəbuledici qurğunun, yeni su anbarlarının tikintisinə
başlanmışdır. Layihə çərçivəsində
növbəti ildə küçələrdə su və kanalizasiya xətlərinin
çəkilməsinə başlanacaq.
Qusarda yolların rahatlığına xüsusi fikir verilir. 22 kilometrlik Həzrə-Zuxul
yolunda son tamamlama işləri görülür.
Eyni zamanda, "Şahdağ"
Qış-Yay Turizm Kompleksinə
gediş-gəliş yollarının çəkilişinə
ötən il başlanılmış
Bakı-Gəndob-Rusiya Federasiyası ilə dövlət sərhədi
avtomobil yolunun rayon ərazisindən keçən hissəsinin
və Qusar-Əniğ-Ləzə avtomobil
yolunun tikintisi davam etdirilmişdir.
Rayon mərkəzində bir sıra
küçələrin asfaltı dəyişdirilmiş, səkilər,
piyada keçidləri sahmana
salınmış, bir çox
yerlərdə divarlar dekorativ
daşla üzlənmiş, elektrik və rabitə dirəkləri dəyişdirilmiş,
digər təmir işləri görülmüşdür.
Ümumiyyətlə
desək, Şahdağın qarlı zirvəsinin ətəklərində
yerləşən, qışı soyuq
keçən bu bölgədə
şaxtalı aylara əvvəlcədən
ciddi hazırlaşmaq lazımdır. Odur ki, əlaqədar təşkilatlar
qışa hazırlığa yay
aylarından başlayırlar. Bu məqsədlə
rayon icra hakimiyyəti
tərəfindən təsdiq edilmiş xüsusi proqram tərtib olunmuş və işlər icra
strukturları tərəfindən ciddi nəzarətə
götürülmüşdür. Müəssisə və təşkilatların oduna olan tələbatının
ödənilməsi üçün
ayrıca fond yaradılmış, meşələrin
qanunsuz qırılmasının
qarşısını almaq üçün əlaqədar təşkilatlara
göstərişlər verilmiş, bu sahədə çalışanlar oktyabr ayından xüsusi iş rejiminə keçmişlər.
Qış mövsümünə hazırlıqla əlaqədar
birləşmiş qazanxanalar və istilik şəbəkəsi sahəsində
hazırlıq işləri isə nəzərdə tutulan vaxtda başa çatdırılmışdır.
Rayonda fəaliyyət göstərən yol istismar idarəsi
qış mövsümü ilə əlaqədar
avtomobil yollarında maşınların hərəkətinin
təhlükəsizliyini təmin etmək üçün
bir sıra işlər görmüşdür.
Onu da qeyd edək ki, qışa
hazırlıqla bağlı rayon icra hakimiyyəti sentyabr
ayında bütün müəssisə və
təşkilatlara tövsiyələr göndərib. Bundan
sonra qışa hazırlıq planı
hazırlanıb. Qarlı-çovğunlu günlərdə rayon mərkəzi ilə uzaq
dağ kəndləri arasında əlaqələrin
kəsilməməsi üçün
rabitə vasitələrinin işini fasiləsiz
təmin etmək üçün komissiya da
yaradılmışdır.
Qış mövsümündə ortaya
çıxan problemlərdən biri də məktəb və
xəstəxanalarla bağlı olur. Odur ki, Qusarda qışa
hazırlaşarkən səhiyyə və təhsil müəssisələrinin
fəaliyyəti daim diqqətdə saxlanılır və bu il
həmin müəssisələrin maddi-texniki təchizatı
xeyli yaxşılaşdırılıb.
Akif ƏLİYEV
Azərbaycan.-2012.-
13 noyabr.- S.10.