Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 27 mart tarixli 43 nömrəli
Fərmanı ilə təsdiq edilmiş
«Azərbaycan Respublikasının Milli Təhlükəsizlik
Nazirliyi haqqında Əsasnamə»də dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin
2004-cü il 27 mart tarixli 43 nömrəli fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2004, ¹ 3, maddə 144, ¹ 9, maddə 677;
2005, ¹ 6, maddə 480, ¹ 10, maddə 910; 2006, ¹ 12, maddə 1055;
2007, ¹ 11, maddələr 1106, 1117; 2008, ¹ 3, maddə 177;
2009, ¹ 12, maddə 983; 2010, ¹ 2, maddə 83, ¹ 4, maddə 294;
2011, ¹ 2, maddələr 81, 85; ¹ 6, maddə 494; Azərbaycan
Respublikası Prezidentinin 2006-cı il 10 aprel tarixli
387 nömrəli, 2007-ci il 12 mart tarixli 542 nömrəli,
2008-ci il 31 yanvar tarixli 708 nömrəli və 21 noyabr tarixli 20 nömrəli,
2009-cu il 6 fevral tarixli 45 nömrəli fərmanları) ilə
təsdiq edilmiş "Azərbaycan
Respublikasının Milli Təhlükəsizlik
Nazirliyi haqqında Əsasnamə"yə
aşağıdakı məzmunda 9.43-1-ci bənd əlavə
olunsun:
"9.43-1. Nazirliyin
tabeliyində olan müalicə, profilaktika və sanatoriya-kurort
müəssisələri tərəfindən yerinə yetirilən
xidmətlərə ("Kəşfiyyat və əks-kəşfiyyat
fəaliyyəti haqqında" Azərbaycan
Respublikasının Qanununa, Azərbaycan
Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli
qanunu ilə təsdiq edilmiş
"Hərbi xidmətkeçmə
haqqında" Əsasnaməyə uyğun
olaraq, pulsuz tibb xidməti almaq hüququ olan, habelə sanatoriya-kurort müəssisələrində
imtiyazlı istirahət hüququ olan şəxslərə göstərilən
xidmətlər istisna olmaqla)
ödənişlərin tətbiq edilməsinə
razılıq vermək;".
2. Azərbaycan Respublikasının Nazirlər
Kabineti bu fərmandan irəli gələn məsələləri
həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
13 noyabr 2012-ci il
Azərbaycan.-2012.-
14 noyabr.- S.1.