Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli 408 nömrəli
Fərmanı ilə təsdiq edilmiş
«Azərbaycan Respublikasının Səfirliyi haqqında Əsasnamə»də
dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər
tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli 408 nömrəli
Fərmanı ilə təsdiq edilmiş
"Azərbaycan Respublikasının Səfirliyi haqqında Əsasnamə"ni
"Siyasi partiyalar
haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi
barədə" Azərbaycan Respublikasının 2012-ci il 20 aprel tarixli
346-IVQD nömrəli Qanununa
uyğunlaşdırmaq məqsədi ilə qərara
alıram:
Azərbaycan
Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli
408 nömrəli Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2006, ¹ 5, maddə 406) ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasının Səfirliyi haqqında Əsasnamə"nin
24-cü bəndindən "siyasi
partiyaların," sözləri çıxarılsın, həmin
bənddə "bilməz" sözündən əvvəl ", siyasi partiyaların təşkilatları yerləşdirilə"
sözləri əlavə edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 13 noyabr 2012-ci il
Azərbaycan.-2012.-
14 noyabr.- S.2.