«Azərbaycan Respublikasının
hüquq-mühafizə orqanlarında siyasi
partiyaların və siyasi məqsədlər
güdən kütləvi ictimai hərəkatların
təşkilat strukturlarının fəaliyyətinə xitam verilməsi haqqında» Azərbaycan
Respublikası Prezidentinin 1991-ci il 24 avqust tarixli
320 nömrəli Fərmanının ləğv
edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, "Siyasi
partiyalar haqqında" Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə" Azərbaycan Respublikasının
2012-ci il 20 aprel tarixli 346-IVQD nömrəli Qanununun
icrasını təmin etmək məqsədi ilə qərara alıram:
"Azərbaycan
Respublikasının hüquq-mühafizə orqanlarında siyasi partiyaların və siyasi
məqsədlər güdən kütləvi ictimai
hərəkatların təşkilat strukturlarının fəaliyyətinə
xitam verilməsi haqqında" Azərbaycan
Respublikası Prezidentinin 1991-ci il 24 avqust tarixli 320
nömrəli Fərmanı (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı,
1991, ¹ 15-16, maddə 291) ləğv edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 13 noyabr 2012-ci il
Azərbaycan.-2012.-
14 noyabr.- S.2.