Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 26 fevral tarixli 532 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Konsulluğu haqqında Əsasnamə»də dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

 Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 26 fevral tarixli 532 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Konsulluğu haqqında Əsasnamə"ni "Siyasi partiyalar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2012-ci il 20 aprel tarixli 346-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 26 fevral tarixli 532 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, ¹ 2, maddə 98; 2009, ¹ 2, maddə 59; 2010, ¹ 11, maddə 968) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Konsulluğu haqqında Əsasnamə"nin 33-cü bəndindən "siyasi partiyaların," sözləri çıxarılsın, həmin bənddə "bilməz" sözündən əvvəl ", siyasi partiyaların təşkilatları yerləşdirilə" sözləri əlavə edilsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 noyabr 2012-ci il

 

Azərbaycan.-2012.- 14 noyabr.- S.2.