«Hüquqi şəxslərin
dövlət qeydiyyatı və dövlət reyestri
haqqında» Azərbaycan Respublikası Qanununun
icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına dəyişikliklər
və əlavələr edilməsi və Azərbaycan
Respublikası Prezidentinin 1996-cı il 17 dekabr tarixli
521 nömrəli Fərmanının
qüvvədən düşmüş hesab edilməsi barədə» Azərbaycan
Respublikası Prezidentinin 2005-ci il 27 may tarixli
238 nömrəli Fərmanında dəyişiklik edilməsi
haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, "Hüquqi
şəxslərin dövlət qeydiyyatı və dövlət
reyestri haqqında" Azərbaycan
Respublikası Qanununun icrası ilə əlaqədar
Azərbaycan Respublikası Prezidentinin bəzi
fərmanlarına dəyişikliklər və əlavələr
edilməsi və Azərbaycan
Respublikası Prezidentinin 1996-cı il 17 dekabr tarixli
521 nömrəli Fərmanının qüvvədən düşmüş hesab
edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 27 may tarixli 238
nömrəli Fərmanını "Siyasi
partiyalar haqqında" Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə" Azərbaycan
Respublikasının 2012-ci il 20 aprel tarixli 346-IVQD nömrəli
Qanununa uyğunlaşdırmaq məqsədi
ilə qərara alıram:
"Hüquqi şəxslərin
dövlət qeydiyyatı və dövlət reyestri
haqqında" Azərbaycan Respublikası Qanununun icrası ilə
əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına
dəyişikliklər və əlavələr edilməsi və
Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 17 dekabr
tarixli 521 nömrəli Fərmanının qüvvədən
düşmüş hesab edilməsi barədə" Azərbaycan
Respublikası Prezidentinin 2005-ci il
27 may tarixli 238 nömrəli
Fərmanının (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2005, ¹ 5, maddə 403; 2007, ¹ 12, maddə
1246; 2011, ¹ 2, maddə 85) 7.1-ci bəndi ləğv edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
13 noyabr 2012-ci il
Azərbaycan.-2012.-
14 noyabr.- S.3.