«Əsrin müqaviləsi»nin 15 yaşlı ilkini

 

1997-ci il noyabrın əvvəlində "Çıraq" platformasından neft hasilatına başlanmışdır

 

Bu, "Əsrin müqaviləsi"nin ilkin nefti idi. Noyabrın 12-də bu münasibətlə platformada təntənəli mərasim keçirildi. Burada ulu öndər Heydər Əliyev, "Azəri-Çıraq-Günəşli" (AÇG) layihəsinin əməliyyatçısı olan BP şirkətinin onun konsorsiumdakı tərəfdaşlarının nümayəndələri, xarici ölkələrdən gəlmiş qonaqlar iştirak edirdilər.

"Çıraq" platforması Xəzərdə, Bakı şəhərindən 120 kilometr şərqdə yerləşir. Onun dayaqları suyun 120 metr dərinliyində qərar tutub. Platformanın qurğularından quyuların qazılmasına 1997-ci ilin avqustunda başlanıb.

"Çıraq"ın işlənməsi istismarı AÇG çərçivəsinə daxil olan İlkin Neft Layihəsinin (İNL) bir hissəsidir. Bu layihə vaxtilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən tikilmiş köhnə "Çıraq"ın əsaslı təmirini, demək olar ki, təzədən inşa olunmasını, Xəzərin sahilində Səngəçal Qara dənizin sahilində Supsa terminallarının yaradılmasını əhatə edirdi. Bundan əlavə, İNL- dənizdə hasil olunan nefti quruya çıxarmaq üçün sualtı xətlər, sonra da onu dünya bazarlarına nəql etmək üçün ixrac kəmərləri lazım idi.

yaxşı ki Azərbaycanın əvvəldən yaradılmış neft infrastrukturu, məsələn, vaxtilə ulu öndər Heydər Əliyevin səyi ilə yaradılan, çox lazımlı, indi ümummilli liderin adını şərəflə daşıyan Bakı Dərin Özüllər Zavodu (BDÖZ) var idi. Ölkə Prezidenti İlham Əliyevin dediyi kimi: "Kontraktın icrası nəticəsində Azərbaycana milyardlarla xarici sərmayə qoyulmağa başlanmışdı. Bizim bütün neft-qaz infrastrukturumuz yeniləşdi. Vaxtilə - 1970-ci illərdə Heydər Əliyev tərəfindən göstərilən təşəbbüslər nəticəsində yaradılmış infrastruktur kontraktın sürətlə icra olunmasına xidmət göstərirdi. Əgər vaxtilə dəniz özüllər zavodu tikilməsə idi, kontraktın icrası çox yubana bilərdi. Deyə bilərəm ki, tarixdə ilk dəfə olaraq belə böyük, nəhəng investisiya qoyuluşu tələb edən kontraktın imzalanmasından ilkin neftin hasilatına qədər cəmi üç ildən az vaxt keçdi. Hesab edirəm ki, bu, dünya miqyasında misli görünməmiş sürətdir".

İlkin neftin alınması üçün nəzərdə tutulan bütün işlərin hamısının belə qısa bir müddətdə görülüb başa çatdırılması "Əsrin müqaviləsi"nin sözün əsl mənasında qələbəsi idi. Bu, Azərbaycana, layihənin tərəfdaşlarına, ümumiyyətlə dünya ictimaiyyətinə Xəzərdə gələcək işlərin rəvan gedəcəyindən müvəffəqiyyət qazanacağından xəbər verdi.

Artıq 15 ildir "Çıraq" nefti Xəzərin dibi ilə uzanan 24 düymlük kəmərlə Səngəçal terminalına axıdılır. Yataqdan çıxarılan səmt qazı isə 16 düymlük borularla ARDNŞ-in Neft Daşlarındakı məntəqəsinə çatdırılır.

"Çıraq"ın qədəmləri uğurlu olub, özündən sonra gələn layihələrin yoluna işıq saçıb. Belə ki, AÇG müqavilə sahəsində 2004-cü ildən indiyədək daha 6 platforma quraşdırılıb. Bu platformaların işə salınmasında "Çıraq"ın təcrübəsi böyük rol oynayıb.

Hazırda AÇG layihəsi özünün əməliyyatlar dövrünü yaşayır. İllər keçdikcə "Çıraq"da çalışan xarici mütəxəssisləri tədricən yerli sakinlər əvəz edib indi işçilərin əksəriyyəti Azərbaycan vətəndaşlarıdır.

Yatağın ehtiyatları hələ boldur. Burada yeni - "Çıraq Neft Layihəsi" (ÇNL) işlənir. ÇNL çərçivəsində quraşdırılacaq "Qərbi Çıraq" hasilat, qazma yaşayış platformasından Fasilə Balaxanı laylarına quyular qazılacaq. Yeni platformanın dayaqları əvvəlki "Çıraq"a nisbətən xeyli dərinlikdə yerləşəcək. Məqsəd daha çox neft hasil etməkdir. "Qərbi Çıraq"dan çıxarılacaq neft isə az deyil - 360 milyon bareldir.

Yeni platformanın bir özəlliyi odur ki, başdan-başa Azərbaycanda inşa olunur. Platformanın göyərtəsi Bibiheybətdəki ATA ("AMEK-Tekfen-Azfen") sahəsində tikilməkdədir. Dayaq blokunun inşası isə BDÖZ- artıq başa çatdırılıb.

Gələn il Xəzərdə, indi 15 yaşı tamam olan "Çıraq"ın qonşuluğunda "Qərbi Çıraq" adlı daha bir platforma ucalacaq. Ən yüksək hasilat dövründə o, gündə orta hesabla 180 min barel neft verəcək, AÇG-nin nefti getdikcə artacaq.

 

 

Flora SADIQLI

 

Azərbaycan.-2012.- 14 noyabr.- S.8.