Payız festivalı

 

Lənkəran Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Q.Vəliyev adına Mədəniyyət Mərkəzində "Lənkəran payızı" sənətkarlıq sərgisi və folklor kollektivlərinin iştirakı ilə folklor festivalı keçirilmişdir.

Tədbirdə yerli sənətkarların tətbiqi və təsviri sənət nümunələri sərgilənmiş, folklor kollektivləri maraqlı konsert proqramı ilə çıxış etmişlər.

Festivalda Lənkəranın 18 kəndinin sənətkarlıq profilli klub müəssisələri iştirak etmiş, Boladi, Mamusta, Vilvan, Göyşəban, Ürgə kəndlərinin klub müəssisələrinin folklor, rəqs və özfəaliyyət kollektivləri bacarıq və istedadlarını nümayiş etdirmişlər.

Festival tamaşaçıların marağına səbəb oldu. Burada nümayiş etdirilən sənət musiqi nümunələri hər birimizə keçmişə qayıtmağa, milli mədəniyyətimizin zəngin çalarlarından bəhrələnməyə imkan verdi.

 

 

İlqar ƏZİMOV,

Lənkəran şəhər Mədəniyyət

 turizm şöbəsinin məsləhətçisi

Azərbaycan.-2012.- 14 noyabr.- S.11.